E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə2/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   77

 

Kəsilişdə YSY- da bir neçə sulu horizont və  bəzi hallarda 
bütöv sulu kompleksə rast gəlmək olar. Yataqda yayılmış bu sulu 
horizontlar arasında elə horizontlar ola bilər ki,  onların hüdudunda 
yatağın  əsas  təbii resursu və ehtiyatı toplana bilər və o cümlədən,  
onun istismarı üçün əlverişli  şərait ola bilər.  Belə  əlverişli  şəraitə 
aşağıdakıları aid etmək olar:   a)  sulu horizontun qalınlığı  və 
susaxlayan süxurların litoloji tərkibi; b) sulu süxur-ların yüksək 
süzülmə qabiliyyəti və onların həm planda,  həm də  kəsilişdə az 
dəyişməsi;  c) yatağın qidalanma mənbəyinin arasıkə-silməz 
fəaliyyəti, o cümlədən sulu horizontun yerüstü sularla hidravlik  
əlaqəsi  və  s. 
Yataq hüdudunda mərkəzləşdirilmiş su təchizatında yeraltı 
suların istismar ehtiyatının yaranmasında  əsas rol oynayan sulu 
horizontlar  „məhsuldar”  adlanır. 
YSY-nin sənaye tipinin formalaşması qanunauyğunluqlarını 
müəyyən edən əsas amillər aşağıdakılardır: 
1) Geoloji-struktur amillər susaxlayan süxurların  əmələ-
gəlmə  və yatım  şəraitini, litoloji tərkibini, onların süzülmə 
xüsusiyyətlərini, müxtəlif sulu horizontların qarşılıqlı əlaqəsini və s. 
müəyyən edir; 
2) Hidrogeoloji amillər yeraltı su axınının hidrodinamik 
rejimini, qidalanma və boşalma  şəraitni, kimyəvi tərkibinin for-
malaşmasını,  o cümlədən yeraltı suların istismarının  ətraf mühitə 
təsirini və s. müəyyən edir; 
3) Geomorfoloji amillər    məhsuldar sulu horizontun for-
malaşması şəraitini,  o cümlədən susaxlayan layların və onları ayıran 
aralayların  süzülmə  xüsusiyyətlərini  müəyyən  edir; 
4) Hidroloji amillər yeraltı suların yerüstü sulardan süzülmə 
hesabına qidalanması - yeraltı  və yerüstü suların qarşılıqlı  əlaqəsi 
şəraitini müəyyən edir; 
5)  İqlim amilləri yeraltı suların atmosfer çöküntülərinin in-
filtrasiyası hesabına təbii qidalanma şəraitini,  onların buxarlanma-,  


 

bitkilərin transpirasiyası və s. hesabına təbii boşalması və s. şəraitini 
müəyyən edir; 
6) Texniki amillər  texniki-iqtisadi cəhətdən səmərəli sugö-
türücünün yeraltı suların istismarı üçün tətbiqi imkanlarını müəyyən 
edir. 
Beləliklə, yeraltı su yataqlarının sənaye tipinin for-malaşması 
çoxamilli prosesdir ki, yataqların təsnifatında da həmin  amillər  
mütləq  nəzərə  alınır. 
YSY-nin hüdudları daxilində yerləşən,  sugötürücü qurğu-ların 
texniki-iqtisadi cəhətdən səmərəli istismarı  şəraitini təmin edən 
sahələr  „istismar sahələri”  adlanır. Yatağın  ərazisində sugötürücü 
qurğuların yerləşdiyi bir və ya bir neçə perspektivli istismar sahəsi 
ola bilər. Yatağın sənaye cəhətdən qiymət-lən-dirilməsi onun 
ərazisində  dəqiq kəşf olunmuş istismar sahələ-rinin mövcudluğuna 
görə həyata keçirilir. 
Hər bir konkret sahədə hidrogeoloji tədqiqatlar yeraltı su 
yataqlarnın təbii şəraitinə uyğun olaraq  və  həmin yatağın spesi-fik 
xüsusiyyətləri nəzərə alınaraq aparılır. 
 
 
1.2. Yeraltı su yataqlarının öyrənilməsinin əsas prinsipləri 
 
Müxtəlif tip yeraltı su yataqlarnın öyrənilməsinin  əsas 
prinsipləri aşağıdakılardır: 
1) Hər bir obyektdə hidrogeoloji axtarış  və  kəşfiyyat 
işlərinin təşkilinin hidrogeoloji əsaslandırılması  və iqtisadi 
səmərəlilik prinsipi. Bu prinsip iki hissədən ibarətdir: birinci 
hissədə  şirin YSY-nin axtarış  və  kəşfiyyat işlərinin təşkili suya 
əvvəlcədən bildirilmiş  təlabata uyğun aparılır.Tədqiqat aparılan 
rayon üzrə geoloji və hidrogeoloji materialların  əvvəlcədən 
ümumiləşdi-rilməsi və analizi,  o cümlədən müxtəlif tip YSY- nin 
forma-laşmasının ümumi qanunauyğunluqları  əsasında sənaye tipli 
yatağın istismar ehtiyatına  əvvəlcədən proqnoz vermək lazımdır ki, 
bu da suya olan, əvvəlcədən bildirilmiş  təlabatı tam və ya qismən 
ödəməyə imkan verəcəyini  göstərir. 


 

Bu prinspin ikinci hissəsi tədqiqat aparılan rayonda yeraltı 
suların axtarışı  və  kəşfiyyatının aparılmasının iqtisadi səmə-
rəliliyinin bilavasitə qiymətləndirilməsinə  əsaslanır. Burada məqsəd 
verilən rayon üçün yeraltı suların digər su mənbələri (yerüstü sular, 
su anbarları  və s.) ilə müqayisədə üstünlüyünü sübuta yetirməkdir. 
Əgər tədqiqat rayonunda yeraltı sular mümkün su təchizatı mənbəyi 
kimi digər su mənbələrindən üstünlüyə malikdirsə, axtarış-kəşfiyyat 
işlərinin təşkilinin iqtisadi səmərəliliyi ilkin mülahizələr və  təxmini 
hesablamalarla asanlıqla sübuta yetirilir. Belə ilkin mülahizələr 
axtarış  işlərinin proqra-mında və ya layihəsində qeyd olunur. Daha 
mürəkkəb vəziyyət-də, yəni iki və  ya  üç  su  təchizatı  mənbəyi 
təxminən eyni iqtisadi  göstəricilərə malikdirsə, axtarış-kəşfiyyat 
işlərinin bərabər hüquq-lu aparılması texniki-iqtisadi məlumatda 
(TİM) dəqiq və  hər-tərəfli işıqlandırılır. TİM bu halda geoloji-
kəşfiyyat təşkilatı ilə marağı olan layihə institutunun birgə    iştirakı 
ilə hazırlanır. 
2) Yeraltı su yataqlarının öyrənilməsinin mərhələlik 
prinsipi.  Bu prinsipin mahiyyəti konkret yeraltı su yataqları 
haqqında-  yatağın formalaşması  şəraitinin öyrənilməsindən, yeraltı 
suların təbii ehtiyat və resursunun proqnozundan başlamış yeraltı 
suların istismar ehtiyatının miqdarca qiymətləndirilməsinə qədər olan 
bütün məlumatların ardıcıllıqla, yəni mərhələlər üzrə toplanıl-
masından ibarətdir. Buna müvafiq olaraq, bütün obyektlərdə geoloji-
kəşfiyyat işləri aşağıdakı ardıcıllıqla (mərhələlər üzrə) aparılır: 
əvvəlcə tədqiqat rayonunda  axtarış işləri  (ümumi və dəqiq axtarış), 
sonra isə seçilmiş konkret sahədə - yəni YSY-nın sənaye tipinin 
tədqiqat sahəsində ilkin və  dəqiq kəşfiyyat işləri aparılır.Yatağın 
sənaye istifadəsinə verilməsindən sonra sugö-türücü sahədə istismar 
kəşfiyyatı    mərhələsi həyata keçirilir ki, bu prosesdə  də yeraltı 
suların istismar rejimi öyrənilir. 
3) Yatağın tədqiqatının tamlıq, dolğunluq prinsipi. Bu  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə