E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə9/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

 
27
hidrokimyəvi  zonanın  sərhədləri  qurulmalı    və  bu  zonalarda  
hərəkət  edən  yeraltı  suların keyfiyyət  və  miqdar  xüsusiyyətləri  
işıqlandırılmalıdır.  Ona  görə    də    həmin  planalmanın  dərinliyi  
maksimum  olmalıdır.  Bu  halda  hidrokimyəvi  zonallığın  iki  
mümkün  variantını:  humid  və  arid  zonalar  üçün  xarakter  olan 
normal  (birbaşa)  və    çevrilmiş (inversiv)  variantlarını    nəzərə  
almaq  lazımdır. 
Normal  zonallıq  müşahidə  olunan  platforma  ərazilərin-də   
kristallik  əsas  az  yatım  dərinliyinə (300-500 m – ə    qədər)  
malikdirsə,  onda  bütün  çöküntü  örtüyünün  və    əsasın  aşınma  
zonasının hidrogeoloji  kəsilişi  öyrənilməlidir.  Platformaların  dərin  
sineklizlərində,  kənarlarda  əyilmiş    hissələrdə,  dağətəyi  və  
dağarası  çökəkliklərdə  tədqiqat  yeraltı  suların  duzlu  məhlulları  
yayılan  zonalara  qədər  aparılmalıdır.  Qırışıq – dağlıq  zonalarda  
tədqiqat  intensiv  su  mübadiləsi  zonasını  əhatə  edir. 
Çevrilmiş  zonallıqda  tədqiqat  dərində  yatan  duzlu  məh-
lulların  yerləşdiyi  zonaya  qədər,  xəritələmə  isə  hidrokarbo-natlı – 
kalsiumlu  suların  yerləşdiyi  dərinlik  zonasına  qədər  aparılır. 
Ortamiqyaslı hidrogeoloji  planalmada  şirin  və  duzlu  
sulardan  (ayrılan  bütün  hidrogeoloji  bölgülərin  sularının  
keyfiyyətinin  müqayisəli  xarakteristikası  ilə)  ibarət  bütün  qatın  
hidrogeoloji  kəsilişi  öyrənilir.  Bu  halda  ayrı – ayrı  məntəqələrdə  
yeraltı    duzlu    məhlulların  yatım  dərinliyi  və  kimyəvi  tərkibi  
müəyyən edilir  (əgər  bu  kiçikmiqyaslı  hidrogeoloji  planalmada  
öyrənilmişdirsə).  Xəritələmə  daha  dərində  yatan  sulu  horizontları  
(təsərrüfat – içməli,  müalicə  və sənaye  suları)  əhatə  etməlidir. 
İrimiqyaslı    planalma   aparılan  ərazilərdə    yeraltı suların  
öyrənilmə  dərinliyi  istismar  üçün  daha  böyük  əhəmiyyət  kəsb  
edən  sulu  horizont  və  komplekslərin  hipsometrik vəziyyətindən  
asılı  olaraq  müəyyən  edilir.  Belə  sulu  horizont  və  komplekslər  
planalma və  axtarış  işlərinin  nəticələrinə  əsasən  ayrılır. 


 
28
Hidrogeoloji stratifikasiyanın  məsələləri.  Hidrogeoloji 
xəritələmədə    və  yeraltı    suların  ehtiyatının  miqdarca 
 
qiymətləndirilməsində  geoloji  kəsilişin    sulu    və  sukeçirməyən  
qatlara  bölünməsi,  yeraltı    suların  toplanmasının  müvafiq  
formalarının  ayrılması  və  onların  yayılma  sahələrinin  müəyyən  
edilməsi  böyük  əhəmiyyət  kəsb  edir. 
Hazırda  kəsilişin hidrogeoloji  bölünməsi        və    xəritədə  
yeraltı  suların  yayılma  sahələrinin  göstərilməsi  üçün  iki  üsul  
tətbiq  olunur.  Onlardan  biri  litoloji – stratiqrafik   prinsipə 
əsaslanır.  Bu  zaman  süxurların  litoloji – stratiqrafik  xüsusiyyətləri  
ilə  yanaşı, həm  də    yeraltı    suların  hidrodinamik  xüsusiyyətləri  
göstərilir. 
Digər  üsul  süxurların  litoloji – petroqrafik  tərkibinin  və  
yeraltı  suların  toplanması  xarakterinin  qeydiyyatına əsaslanır. Bu  
üsulla  tərtib  olunmuş  xəritədə  yeraltı  suların  müxtəlif  tipləri  və  
sinifləri  müvafiq  rənglərlə  göstərilir. 
İkinci  üsulun  çatışmayan  cəhəti  xəritədə  geoloji  şəraitin  
həddən  artıq  sxemləşdirilməsi,  onun  çətin  oxunması,  xəritənin  
regionun  geoloji – struktur  xüsusiyyətləri  və  geoloji  inkişaf  tarixi   
ilə  bağlanması  hesab  olunur. 
Litoloji – stratiqrafik  üsul  isə  daha  əlverişli  olduğundan  
geniş  istifadə  edilir.  Həmin  üsulla   xəritə  üzrə  yeraltı  suların  
formalaşması    şəraiti,  geoloji  inkişaf  tarixinin  onun  formalaş-
masına  təsiri  dəqiq  müəyyən  olunur  və  sulu  horizont  və  
komplekslərin  mərtəbələr  üzrə  yerləşməsini  əks etdirmək  imkanı 
əldə  edilir.  Tərtib  edilmiş  belə  xəritə  asanlıqla  oxunur. 
  Hidrogeoloji  stratifikasiya    metodikasına  uyğun  olaraq,  
kövrək  və  zəif  sementləşmiş  çökmə  və  metamorfik  süxurların  
kəsilişlərinin  hidrogeoloji  bölünməsində  sulu  horizont,  sulu  
kompleks,  hidrogeoloji  mərtəbə    və  sukeçirməyən  qat  kimi  
hidrogeoloji  bölgülər  ayırmaq  məqsədəuyğun  hesab  olunur. 
Sulu  horizont   dedikdə,  süxurların  eyni  və  ya  müxtəlif  
yaşlı,  qravitasiya  suları  ilə  islanmış,  möhkəm,  hidrodinamik   


 
29
nöqteyi – nəzərdən  bütöv  hesab  olunan  qatı    nəzərdə  tutulur.  
Yatım  dərinliyinə  və  rejiminə  görə  qrunt-,  layarası  təzyiqsiz-  və  
artezian  (təzyiqli)  sulu  horizontları  ayrılır. 
Sulu   kompleks  horizontla  müqayisədə  daha  iri  hidro-
geoloji  bölgü  hesab  olunur.  O,  kəsilişdə  möhkəm  olub,  tavanda  
və  dabanda,  digər  sulu  komplekslərlə  hidravlik  əlaqəsini  
çətinləşdriən,  lakin  eyni  zamanda  həmin  kompleks-lərə  məxsus  
hidrodinamik  və  hidrokimyəvi  rejim  xüsusiyyət-lərini  təmin  edən  
möhkəm  sukeçirməyən  komplekslə  hüdud-lanmış,    eyni    və  ya  
müxtəlif  yaşlı-  və  tərkibli,  regional  yayılmış  süxurlardan  ibarət  
sulu  qatın  yayılması  ilə  xarakterizə  olunur. 
Sulu   kompleks   bir  neçə    qarşılıqlı    əlaqəli  sulu  hori-
zontdan  ibarət  ola  bilər.  Sulu  kompleksin  həcmi  stratiqrafik  
mərtəbə-,  dəstə-,  sıra-,  şöbə-,  sistemin  hissələri-  və  bəzi  hallarda  
sistemin  özü  ilə  müəyyən  olunur. 
 Hidrogeoloji  mərtəbə    yalnız  dabanda  yaxud  tavanda  və  
dabanda,  regional  yayılmış  möhkəm  sukeçirməyən  süxur-lar  qatı  
ilə    əhatə  olunmuş  sulu  komplekslərin  məcmuyundan  ibarətdir.  
Hidrogeoloji  mərtəbələr   bir – birindən  su  mübadilə-sinə,  yeraltı  
suların  formalaşması  xüsusiyyətlərinə, paleohidrogeoloji   inkişafın    
müxtəlif  əlamətlərinə    görə    fərqlə-nir. Hidrogeoloji  mərtəbənin  
həcmi   sistem,  onların  məcmuyu  və  qrup  kimi  stratiqrafik  
bölgülərlə  təyin  olunur. 
Yeraltı suların  toplanmasının  yuxarıda  göstərilən  forma-ları  
(sulu  horizont,  sulu  kompleks,  hidrogeoloji  mərtəbə)   həm  
kəsilişdə,  həm  də  planda  müxtəlif  ölçülərə    malik    ola    bilər.  
Regional  planda sulu   horizontlar daha  az  möhkəmliyə  malik  
hesab  olunur.  Eyni  bir  sulu  kompleksin  müxtəlif  sahə-lərində  
müxtəlif  sayda  sulu  horizontlar  ayrıla  bilər.  Bu  isə  kompleksdə  
sulu  horizontların  müqayisəsini  çətinləşdirir. 
Sulu  komplekslər  və    hidrogeoloji  mərtəbələr  bu  və  ya  
digər  təzyiqli  sistem  hüdudunda  daha  möhkəm  hesab  edilir.  
Onları  ayıran  sukeçirməyən  qatlar böyük  qalınlığı    və  geniş  
yayılma  sahələri  ilə  fərqlənir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə