E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   77

 
24
materialları  regional  xəritələrin  qurulması,  yeni  mənimsə-nilmiş  
ərazilərin  əsaslı  sxeminin  tərtibi,  yeraltı  su  ehtiyatının  kompleks  
istifadəsi  və  mühafizəsi,  o  cümlədən  sənaye  və  kənd  təsərrüfatı  
obyektlərinin  yerləşdirilməsi  üçün  istifadə  edilə  bilər.  
Ortamiqyaslı  planalma  kiçikmiqyaslı  planalma  aparılan  
və    o    cümlədən  heç  bir  planalma  işi  aparılmayan  rayonlarda  
tətbiq  olunur.  Ərazinin  kiçikmiqyaslı   xəritəsi vardırsa,  bu  halda  
ortamiqyaslı  planalmanın   məqsədi        kiçikmiqyaslı  planalma  
nəticəsində  müəyyən  edilmiş  şirin  və  duzlu  su  zonalarının  daha  
dəqiq  öyrənilməsidir. 
Ortamiqyaslı  hidrogeoloji  planalma      ərazinin  xəritələn-
məsinin  əsas  növü  hesab  olunur  və  onlara  daha  çox  diqqət  
yetirilir.  Buna  görə    də  ortamiqyaslı  planalmadan   alınan  
məlumatlar  daha  tam  və  dolğun  olmalıdır.    
Ortamiqyaslı  hidrogeoloji  planalmanın  nəticəsində  rayon  
haqqında  məlumatlar  yaxın  10 – 15 il  ərzində    həmin  ərazidə  
yerləşdiriləcək  və  suya  ehtiyacı    olan    bütün    xalq    təsərrüfatı 
obyektlərinin  təmini  üçün  lazımi  suallara  cavab  verməlidir.  Buna  
görə  də  aşağıdakı məsələlər  dəqiq  öyrənilməlidir: 
1) yeraltı suların  müxtəlif  tiplərinin  (şirin,  duzlu,  mine-ral,  
termal,  sənaye)    axtarışının  əsas  istiqaməti
2) torpaqların  meliorasiya  şəraitinin  qiymətləndirilməsi  və  
müxtəlif  tipli  yeraltı  suların  istifadəsi;  
3) daha  böyük  miqyaslı  planalma  üçün  xüsusi  tədqi-
qatların  aparılması. 
 Ortamiqyaslı  hidrogeoloji  planalmanın  materiallarından  
əsas  sxemlərin  hazırlanması    layihələrinin  texniki – iqtisadi  
əsaslandırılması,    su    təsərrüfatı    və    mühəndisi  tədbirlərin  
layihələndirilməsi  və  hidrogeoloji  kəşfiyyatın  aparılmasında  
istifadə  olunur. 
İrimiqyaslı  planalma  regional  xarakter  daşıyır.  O,  əvvəl-
lər  orta  miqyasda  xəritələnmiş  iri  ərazini  əhatə    edir.    Onun  
məqsədi  xalq  təsərrüfatı  üçün  böyük  əhəmiyyət  kəsb  edən şirin-,   


 
25
minerallaşmış-  və    digər  tip  yeraltı  sular  yerləşən  sulu   
horizontları  dəqiqliklə  öyrənməkdir. 
İrimiqyaslı  hidrogeoloji  planalma  xüsusi  məsələlərin:  
sugötürücünün  yerləşəcəyi  sahənin  seçilməsi,  yeraltı    suların  
ehtiyatının  aşkar  edilməsi,  sahənin  suvarma  və  qurutma  
şəraitinin  qiymətləndirilməsi,  faydalı  qazıntı  yataqlarının  sulanma  
dərəcəsinin  öyrənilməsi  və  s.  üçün  aparılır. 
İrimiqyaslı  hidrogeoloji  planalma    zamanı  sulu  hori-zontlar  
daha  dəqiq  stratiqrafik  bölgülərdə  öyrənilir  və    tədqiq  olunur.  
Planalma  zamanı    qarşıya  qoyulan  və    öyrənilməsi  müəyyən  
praktiki  əhəmiyyətə  malik  olan  hidrogeoloji  elementlərin  təyininə  
xüsusi  diqqət  yetirilməlidir. 
 
 
2.2. Hidrogeoloji  planalmanın  məzmunu 
 
Hidrogeoloji  planalmanın  həll  edəcəyi  məsələləri  ümumi  
şəkildə  aşağıdakı  kimi  şərh  etmək  olar:     
1)  müxtəlif  geoloji  törəmə    və  strukturların  sululuğu  və  
geoloji  kəsilişin  öyrənilmiş    hissəsinin  hidrogeoloji  stratifi-
kasiyası; 
2)  xəritələnən  ərazidə    yayılmış    sulu-    və  sukeçirməyən  
horizontların  yatım  və  yayılma  şəraiti,  onların  qalınlığı,  fasial  və  
litoloji  xüsusiyyətləri,  onlarda  məsaməlik və  çatlılığın  xarakteri,  
doyma-  və  aerasiya  zonası  süxurlarının  suda  həll  olması; 
3) müxtəlif  sulu  horizontların  qidalanma  və  boşalma  
zonaları-  və  şəraiti,  onların  bir-biri ilə  və  yerüstü  sularla  yeraltı  
suların  qarşılıqlı  əlaqəsi,  qrunt-    və  artezian  sularının  yayılma  
sərhədləri; 
4)  yeraltı  suların  ion – duz  və  qaz  tərkibi,  radioaktivliyi  
və  temperaturu; 
5)  yeraltı  suların    rejimi; 
6) yeraltı  suların  su  təchizatı ,  suvarma  və  digər məqsədlər  
üçün  mövcud  və  mümkün  istifadə  şəraiti


 
26
7)  yeraltı  suların  ehtiyatı  və  süni  doldurulması  (bərpası) ; 
8) ərazinin  bataqlıqlaşma  şəraiti; 
9) faydalı  qazıntı  yataqlarının  sulanması; 
10) yeraltı  suların  süxurlara,  faydalı    qazıntılara,  fiziki – 
geoloji  hadisələrə  və  relyefin  formalaşmasına  təsiri; 
11) yeraltı    sulara    müxtəlif  süni  amillərin:  dağ  qazmala-
rının,  iri  sugötürücülərin,  su  anbarlarının,  suvarma  və  drenaj  
sistemlərinin,  sənaye  çirkab  sularının  və  s.  təsiri; 
12) yeraltı  suların  çirklənmədən  və  ehtiyatının  tükən-mədən  
mühafizəsi; 
13)  öyrənilən  ərazi  hüdudunda  süxurların  su – fiziki  və  
süzülmə  xüsusiyyətlərinin  müqayisəli  xarakteri, tikintinin 
 
mühəndisi – geoloji  şəraitinin  qiymətləndirilməsi. 
Hər  bir  hidrogeoloji – iqtisadi  rayonda  aparılan  
hidrogeoloji  planalma onun  mümkün  maksimal  dərinliyi  barədə  
tam  məlumat  verməlidir  (22). 
Hidrogeoloji  planalmanın  dərinliyi  onun  miqyası,  relyefin  
parçalanma  dərəcəsi,  kristallik  əsasın  susuz  qatının  tavanının  
yatım  dərinliyi,  geoloji  kəsilişin öyrənilən  hissəsində  süxurların  
sulanma  şəraiti,  ərazinin  mənimsənilmə  dərəcəsi  və s.  amillərlə  
müəyyən  olunur.  Planalma  zamanı    tədqiqatın  dərinliyi  
xəritələnmənin  dərinliyindən  çox  olmalıdır.  Bu,  xəritələnən  sulu  
qatın  çöküntülərinin  altında  yerləşən  yeraltı  sularla  hidravlik  
əlaqəsinin  müəyyənləşdirilməsi  üçün  zəruridir.  Bu  məsələlərin  
həlli  üçün  ayrı – ayrı  nöqtələrdə  bir  neçə    dərin  quyunun  
qazılması    və  müvafiq  getofiziki  tədqiqatların  aparılması    tələb  
oluna  bilər. 
Ümumi  halda,  hidrogeoloji  planalmanın  miqyası  nə  qədər  
kiçik  olarsa,  onun  proqnoz  əhəmiyyəti  bir  o  qədər  böyük  olur  
və  bununla  əlaqədar  olaraq,  xəritələnmənin  dərinliyi də  bir  o  
qədər  çox  olmalıdır.    Bu    halda    müxtəlif  miqyaslı  planalmalar  
arasında  dərinlik  üzrə  ardıcıllıq  təmin  olunur. 
Kiçikmiqyaslı  hidrogeoloji  planalmada   yeraltı    suların  
şaquli  hidrogeoloji  zonallığı  müəyyən  edilməli,  hər  bir   


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə