E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

 
50
süzgəcinin  hazırlanmasına  xüsusi  diqqət  yetirilməli-dir.  Quyuda  
aşağı    salınan  səviyyənin  hər  pilləsinin  ölçüsü  təlabata  əsasən  
qəbul  olunur.  Bütün  hallarda  aşağı  salınmış  səviyyənin  minimal  
qiyməti  1 m – dən  az  olmamalıdır.  Quyuda  dinamik  səviyyə  
stabilləşdikdən  sonra  suçəkmə  1 – 2 sutka  davam  etdirilməlidir. 
Suçəkmə  məlumatlarına  əsasən  hidrogeoloji  parametr-lərin  
hesablanması  «Yeraltı  suların  dinamikası»  kursunda  ətraflı   şərh  
edilir. 
 
 
4.3. Sınaq  birləşmiş  quyular  sistemi    
sxeminin  hesablanması 
 
Sınaq  birləşmiş  quyular sisteminin  sxemi  dedikdə,  quyu-
ların  sayı,  onların  planda  və  kəsilişdə   yerləşmə  xarakteri  ba-şa  
düşülür. 
Sxem  hesabi  müddətdə    (6  –  15    sutka)    həyəcanlandırılan  
(suçəkmə  aparılan)  quyuda   səviyyənin  3 – 4 m – dən  az  olmayan  
enməsini  və  bütün  müşahidə  quyuları  ilə  yaranmış  depressiya  
qıfının  təmsiledici  dairəsini  təmin  etməlidir.  Bu  zaman  daha  
uzaqda  yerləşən  quyularda  səviyyənin  enmə  hündürlüyü  20 – 30 
sm – dən  az  olmamalıdır. 
Suçəkmələrin  aparılacağı  yerin  seçilməsi  onların  
məqsədindən  və  xüsusiyyətlərindən  asılıdır.  Hidrogeoloji  
parametrlərin  təyini  zamanı,  imkan  daxilində,  quyular  sulu  
horizontun  təsir  sərhədi  hüdudunda  deyil,  daha  xarakter  
sahələrdə  yerləşdirilir. 
Sınaq  birləşmiş  quyular  sistemində  müşahidə  quyuları-nın  
minimal  sayı    aşağıdakı    kimi    qəbul  edilir:  1) eynicinsli  
horizontlarda  2 – 3;  2)  qeyri – bircinsli  horizontlarda  -  3 – 4 ;  3)  
xüsusilə  qeyri – bircinsli  horizontlarda  -  4 – 10 .  Uzaq  müşahidə  
quyuları    suçəkmə  aparılan 
 
quyudan   
l
r
8
,
0
6
,
0


    (l  -  
horizontun  sərhədinə    qədər  olan  məsafə)  məsafədə    olmalıdır.  
Dərinliyi  150-300  m – dən  çox  olan  sulu   horizont-larda  
müşahidə  quyuları  minimum  sayda  qazılır.  


 
51
Sınaq  birləşmiş  quyular  sistemləri      bir-,    iki-    və    üçşüalı  
olur  ki,  onlarda  da  suçəkmə  aparılan  quyular  müşahidə  quyuları  
şüasının  zirvəsində  yerləşdirilir  (şək.3).  İkişüalı  birləşmiş  quyular  
sistemləri  anizotrop  və    məhdud  sulu  horizontlarda,  üçşüalı  
birləşmiş  quyular  sistemləri  isə  -  qeyri – bircinsli  və   mürəkkəb  
sərhədli  horizontlarda  qurulur. 
Müşahidə  quyuları      şüalarını  hidrogeoloji  şəraitin  mü-
əyyən  edilmiş  və  ya  mümkün dəyişmə  istiqamətində   (süxurla-rın  
süzülmə  keyfiyyətinin dəyişməsi  istiqamətində  və  ya  horizontun  
keçirici  və  qeyri – keçirici  sərhədlərinin  istiqamə-tində    və  s.)  
yerləşdirmək  lazımdır.  Suçəkmə  aparılan  quyu-dan  müvafiq  
müşahidə  quyusuna  qədər  olan  məsafə    r
n  
  B.Q.Samsonova  görə  
aşağıdakı  yarımempirik  düsturla  təyin  edilir: 
  
1
1


n
n
r
r
α
  ,                                   (6) 
burada:  r
n
  -  hesabi  müşahidə  quyusuna  qədər  olan  məsafə;  n -  
müşahidə  quyusunun  sıra  sayı ;  
α
  -  əmsal  olub,  təzyiqsiz  sular  
üçün  -  1,5   ;  təzyiqli   sular  üçün  isə  2,5  qəbul  edilir. 
 
                   
 
 
Şəkil  3.  Sınaq birləşmiş  quyular  sisteminin  sxemi: 
A -  qeyri – məhdud  layda;  B -  çayla  əlaqəsi  olan  yarımməhdud  
layda;    C    -    sınaq  (həyəcanlandırılan)  quyuları:  1 – 6 -  müşahidə  
quyuları;  
λ
    -    sınaq  quyuları  arasındakı    məsafə    (
λ
  = 0,3r
1
    -  
təzyiqsiz  sular  üçün;   
λ
  = 0,5r
1
  -  təzyiqli  sular  üçün )  ;  l -  sınaq  
quyusundan  çaya  qədər  olan  məsafə  (B  sxemi  üçün  
r
3
l

);  r
1
  ,     r
2  
,   
   
r
3
   -  sınaq  quyusundan,  uyğun  olaraq,  birinci,  ikinci  və  üçüncü  
müşahidə  quyularına  qədər  olan  məsafə 


 
52
 
 
Bir  şüada  quyuların  sıra  sayı -  tək,  digər  şüada  isə    cüt  
rəqəmlərlə  göstərilir.  Səviyyənin  enməsinə  quyunun  natamam-
lığının  təsirinin  azaldılması  üçün  birinci  müşahidə  quyusuna  
qədər  olan  məsafəni  r
1
m
)
1
7
,
0
(
÷

,   horizontun  kifayət  qədər  
böyük  qalınlığında   və  dərin  yatımında:  r
1
m
)
0
,
2
5
,
1
(
÷

  qəbul  
etmək  lazımdır.  Daha  uzaqda  yerləşən  quyuya  qədər  olan  
maksimal  məsafə    təzyiqsiz  sulu  horizontlarda  150 m – dən,  
təzyiqli  sulu  horizontlarda  1500 m – dən  artıq  olmamalıdır.  
Suçəkmə  aparılan  quyular  arasında-kı    məsafə  qrup  suçəkmədə  
(şək.3)  
1
3
,
r
=
λ
 -  təzyiqsiz,  
1
5
,
r
=
λ
    -    təzyiqli  sular  üçün  
qəbul  edilir. 
4.4. Səviyyənin  enmə  hündürlüyünün  və  suçəkmənin  
davametmə  müddətinin  seçilməsi 
Həyəcanlandırılan  (suçəkmə  aparılan)    quyuda    su    səviy-
yəsinin  buraxıla  bilən  maksimal  enmə  hündürlüyü  aşağıdakı  
kimi  təyin  olunur: 
1
0
)
8
,
0
6
,
0
(
h
h
H
S
e
bb




÷

    -  təzyiqsiz  sular; 
1
0
)
5
,
0
3
,
0
(
h
h
m
H
S
e
bb




÷


   -  təzyiqli  sular. 
burada:  

h
0
  -  quyuda nasosun  suqəbuledici  hissəsinin  su  layının  
altında  yerləşmə    dərinliyi ;  

h
1
 -  süzgəcin  müqaviməti   ilə  
əlaqədar  olaraq,  suyun  quyuya  çıxışında  təzyiq  itkisi;  H
e
 -  qrunt  
suyu  axınının  qalınlığı    və    ya    təzyiqli  sular  üçün  altdakı  
sukeçirməyən  lay  üzərindəki  təzyiqdir.   
Sulu  horizontun  qərarlaşmamış    rejimində    suçəkmələr  
səviyyənin  bir  pillə,  qərarlaşmış  rejimində  iki-,  üç  pillə  enməsi  
ilə   aparılır;  hər  iki  halda  suçəkmə  müəyyən  olunmuş  enməyə  
uyğun  olaraq  daimi  sərflə  aparılmalıdır.  Süxurların  növündən  
asılı  olaraq,  suçəkmələri  səviyyənin  maksimal  və    ya    minimal  
enməsi  ilə  (2 – 3  pillə enmə)  başlamaq  olar.  Çatlı,  kobud  qırıntı  
süxurlarda  suçəkmə  maksimal  sərflə  maksimal  enmə  ilə  (süzgəc  
olmadıqda),  qumlu  süxurlarda  -  minimal  enmə    ilə    (təbii  
süzgəcin  yaradılması  üçün)  başlanır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə