E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə13/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   77

 
39
quyularının  qazılmasında  tətbiq  olunur. 
Kolonka  qazıma  üsulu  sal süxurlarda  diametri  200 mm-ə  
qədər  olan  hidrogeoloji   quyuların  qazılmasında  tətbiq  olu-nur. 
Hidrogeoloji  quyuların  qazılması  zamanı  dəzgahı  seçərkən  
geoloji – texniki  şərait,  qazımanın  dərinliyi  və    diametri,  
süxurların  tərkibi  və  digər  amillər  nəzərə  alınma-lıdır.  
Aşağıdakı    dəzgahlar  böyük  praktiki  tətbiqə  malikdir:  
rotorlu  qazıma  üçün  :  AVB – 3 – 100,  URB – 3 AZ,  URB – 4 
PM,  1 BA – 15 V,  1 BA – 15 K,  ZİF – 300,  ZİF – 1200A,    UVB 
– 600  və  s. ;  zərbə  qazıma  üsulu  üçün:  UKS – 22 M ,  UKS – 
30M;  kombinə  olunmuş  qazıma  üçün:  UQB -  50A,  UQB -  50M, 
URB -  2A,  1 BA – 15 K;  reaktiv – turbin  qazıma  üsulu  üçün:  BU 
– 75 BR , BD,  9 D   və  s. 
 
 
 
3.3. Hidrogeoloji  quyuların  konstruksiyasına   
olan  əsas  təlabatlar   
 
Hidrogeoloji  quyuların  konstruksiyası      onların  istifadə  
məqsədindən,  diametrindən,  dərinliyindən,  qazıma  üsulundan  və  
digər  amillərdən  asılıdır. 
Müxtəlif  kateqoriyalı  hidrogeoloji  quyuların  konstruk-
siyasına      müəyyən  təlabatlar  irəli  sürülür.  Həmin  təlabatlar  
aşağıdakılardan  ibarətdir:  1)  quyuların  qazılması    və    sulu  
horizontların  açılması  zamanı  görülən  işlərin  səmərəli  və  
təhlükəsiz  olması;    2)    öyrənilən  bütün  sulu  horizontların  
keyfiyyətli  sınağı  və  müvafiq  izolyasiyası;  3)  quyuda  suqaldırıcı  
avadanlığın  (nasos)  və  ölçü  cihazlarının  yerləşdirilməsi;  4) zəruri  
kompleks  hidrogeoloji  müşahidə    və    tədqiqatların  səmərəli  və  
keyfiyyətli  aparılması;  5) sulu  horizontların  çirklənmədən  
mühafizəsi;  6)  müvafiq  təyinatlı  quyuların  istifadəsində  
etibarlılıq  və  davamlılıq  şərti;  7)  minimum  əmək, vaxt  və  vəsait  
sərfi  ilə  quyuların  avadanlıqlaşdırılması    imkanı;    8)    təmir  və  
ləğvetmə  işlərinin (zərurət  yarandıqda)  tez  və   


 
40
səmərəli  yerinə  yetirilməsi  və  quyunun  boru  və  süzgəclərindən  
təkrar istifadə  imkanı. 
Hidrogeoloji  quyuların  konstruksiyasının  əsas  element-ləri  
1  saylı  şəkildə  göstərilmişdir. 
         
 
 
Şəkil  1.  Hidrogeoloji  quyunun  konstruksiyasının  əsas  
elementləri: 
1 -  quyunun  ağzı;  2 – birinci  bərkidici  sütun;  3 -  suyun  statik  
səviyyəsi;  4 -  suyun  dinamik  səviyyəsi;  5 -  istismar  sütunu;  6 – kip-gəc;  
7-  süzgəcüstü  sütun;  8 -  süzgəcin  işçi  hissəsi;  9 – durulducu;  10 – 
tıxac;  11 -  sement  stəkanı 
 
3.4. Sulu  horizontların  izolyasiyası 
 
Qazıma  zamanı    açılmış  sulu  horizontların  izolyasiyası,  
bərkitmə  sütununun  korroziyadan  qorunması,  quyularda  ayrı – 
ayrı  intervalları  izole  edən  sement  körpülərinin  yaradılması  üçün   


 
41
sementləmə    işləri  aparılır.  Sementləmənin  üç  növü  ayrı-lır:  
birpilləli,  ikipilləli,  manjet.  Hidrogeoloji  quyularda  daha   tez – 
tez  birpilləli  sementləmə  tətbiq  olunur  ki, bunları  da   bir  ayırıcı  
tıxacla,  iki  ayırıcı  tıxacla ,  tökmə  borucuqlar  vasitəsilə  aparmaq  
olar.  Boruarxası    fəzanın  sementlənməsi  quyunun  ağzına  qədər   
və  ya  ayrı - ayrı  intervallarda  aparıla  bilər.   
İki  ayırıcı    tıxacla  sementləmə  zamanı  quyuda  altdakı   
tıxaca  təzyiqlə  sement  məhlulu  vurulduqdan  sonra  üst  ayırıcı  
tıxac  endirilir  ki,  ona  da  təzyiq  altında  gil  məhlulu  vurulur.  
Məhlulun  təzyiqinin  təsiri  altında  tıxac  və  sement  məhlulu  dibə  
qədər  yeridilir  və  məhlul  boruarxası  fəzaya  sıxışdırılır.  Süzgəclə  
birlikdə  quyuya  buraxılmış    bərkitmə  sütununun  sementlənməsi  
üçün  manjet  sementləmə    tətbiq  olunur. Bərkitmə  sütununda  
süzgəcdən  yuxarı    hissədə  ondan  xüsusi  manjetlə    (qıf  şəkilli)  
ayrılmış,  sement  məhlulunun  çıxışı  üçün  dəlikləri  olan  qapaq  
qoyulur,  sonra  isə  sementlənir. 
Quyunun  ayrı – ayrı  hissələrinin  yüksək  təzyiqli  su  
axınlarından  izolyasiyası  üçün  bərkitmə  sütununda  pakerlər  
qoyulur  və  laylar  üzərində  yüksək  təzyiqlə  sement  körpüləri  
yaradılır.  Tamponaj  (sementləmə)  işlərinin  keyfiyyəti  sement  
məhlulunun  növündən,  keyfiyyətindən,  sementləmə  üsulundan  və  
s.  amillərdən  asılıdır.  
Funksiyasını  yerinə  yetirmiş ,  istismara  və  ya   müşahidə  
şəbəkəsinə    təhvil   verilməyən  quyular  çirklənmə,  horizontların  
suyunun  qarışması    və  tükənməsi  kimi  neqativ  halların  baş  
verməməsi  üçün  ləğv  olunmalıdır.  Bu  məqsədlə  ləğv  tamponajı   
-  quyunun  gövdəsinin  və  ya  onun  hissələrinin  (qismən  
tamponaj)  sement  və  gillə  doldurulması -  həyata  keçirilir.  Əgər  
tamponajdan  əvvəl  bərkitmə  boruları  çıxarılırsa,  onda quyu,   sulu  
horizont  hüdudunda - ondan  yuxarıda  və  aşağıda -  etibarlı  gil  və  
ya  sement  körpülərinin  qurulması  ilə    qumla  doldurulur.  Sal  və  
yarımsal  süxurlarda  tamponaj  üçün  yalnız   betondan  istifadə  
edilir. 


 
42
3.5. Süzgəclərin  seçilməsi   
 
Dəyanətsiz  sal  və  kövrək  süxurlarda  sulu  horizontların  
açılması    zamanı  onların  öyrənilməsi  və  ya  istismarı  üçün  
quyunun  suqəbuledici  hissəsi  süzgəclə  avadanlıqlaşdırıllır. 
Süzgəcin  tipinin  düzgün  seçilməsi  və  onun  quraş-dırılması  
qurğunun  və  hidrogeoloji  quyuların  istismar  keyfiyyətinin  
artırılmasının  əsas  amillərindəndir. 
Süzgəc  -  süzgəcüstü,  süzgəc  hissəsi  (işçi  hissə)  və  
durulducudan  ibarət  boru  sütunudur.  Süzgəcin  quyuya  yerləş-
dirilməsi  zamanı süzgəcüstü  hissə  mufta  (halqa)  və  kipgəc (rezin  
və  ya  ododavamlı  yüngül  mineral  olan  penkadan  hazırlanmış)   
ilə  izolyasiya  olunur.  Süzgəcin  işçi  hissəsi  müxtəlif  
konstruksiyalı  olur  və  süzgəcin  tipini  və  adını  müəyyən  edir. 
Süzgəcin  seçilməsi  zamanı    aşağıdakı    tələblər  gözlənil-
məlidir:  1) mümkün  qədər   minimal  ölçülərdə  olan  süzgəc    
lazımi    miqdarda  suyu   onun  keyfiyyətinin   dəyişməməsi  şərtilə  
buraxmaq  imkanlarına  malik  olmalıdır;        2)  süzgəc    mexaniki  
sadə  və  korroziyaya  davamlı  olmalıdır ;  3) təbii  şəraitdən  asılı  
olaraq  daha  effektiv  süzgəc  seçilməlidir. 
 
3.6. Süzgəcin  hesablanması 
 
Süzgəcin  hesablanması  dedikdə,  onun  müxtəlif  para-
metrlərinin (diametri,  işçi  hissəsinin  uzunluğu,  quyululuq,  
süzgəcin  müqavimət  dərəcəsi  və  s.) hesablanması    nəzərdə  
tutulur.  
Süzgəcin  diametri  d        (mm)    aşağıdakı  empirik  düsturla  
hesablanır: 
 
=
d
0
l
Q
α
       ,                                           (1) 
burada:  
α
  -   süxurun  süzülmə  keyfiyyətini  xarakterizə  edən  
əmsal  ;  Q  -  quyunun  layihə  sərfi,  m
3
/saat  ;  l
0
  -  süzgəcin  işçi  
hissəsinin  uzunluğudur, m . 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə