E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

 
30
Ayrılan  hər  bir hidrogeoloji  bölgü  kəsilişdə  və  sahə  üzrə  
fasial – litoloji,  süzülmə  və  su – fiziki  xassələri,  sululuğu,  yatım  
şəraiti  və    s.    göstəricilər  nöqteyi – nəzərindən  xarakterizə  
olunmalıdır. 
HİDROGEOLOJİ   PLANALMANIN  APARILMA  AR-
DICILLIĞI.  Hidrogeoloji   planalmanın  aparılması  üç  dövrü  
əhatə  edir:  1) hazırlıq;  2)  çöl;  3) kameral. 
Hazırlıq   dövründə  planalma  işlərinin  layihələndirilməsi,  o  
cümlədən onun  aparılmasının  elmi – metodik  və    təşkilat – 
təsərrüfat  hazırlığı   işləri  həyata  keçirilir. 
Planalma  işlərinin  layihələndirilməsi geoloji  - kəşfiyyat  
işlərinin  planı    ilə    tam    bağlı    surətdə aparılır  və  mühüm  
mərhələlərdən  biri  hesab  olunur.  Bu  mərhələdə    iş  aparılacaq  
rayon  üzrə    toplanmış  bütün  materiallar  sistemləşdirilməli,  
ümumiləşdirilməli,  analiz  edilməlidir.  Bu  materialların  analizi  
əsasında  layihənin  hazırlanmasına  və  təsdiqinə  qədərki  dövr-də   
ilkin  hidrogeoloji   xəritələr  lazımi  miqyasda  tərtib  olunmalıdır.  
Bu  xəritələrdə  planalma  ilə  bağlı  əsas  məsələlər  üzrə  rayonun  
öyrənilmə  şəraiti  obyektiv  əks  olunmalıdır. 
Faktiki  materialların  toplanması    və  analizi  nəticəsində  
kəsilişdə  əsas sulu  horizont  və  komplekslər,  sal  süxurlarda  açıq  
çatlılığın  sulanmış  zonaları,  sukeçirməyən  qatlar  (qalınlığı    və  
yatım  dərinliyinin  xarakteristikası  ilə),  hidrogeo-loji  pəncərələrin  
sahələri  ayrılmalı,  yeraltı    suların  minerallaş-ma  dərəcəsi  təyin  
olunmalı,  tektonik  parçalanmanın  sulanmış  zonaları  ayrılmalıdır. 
İlkin  xəritələr  planalma  prosesində  əldə  olunmayan  zəruri 
məlumatları    aşkarlamalıdır. Yalnız  onların  dəqiq  anali-zindən  
sonra  dağ  qazmalarının  keçiriləcəyi  yer  seçilməli,  işin  növləri  
və  həcmi  əsaslandırılmalıdır.  
Layihəyə  uyğun  olaraq,  tədqiqatın  iş  növlərinin   aparıl-ma  
ardıcıllığını    və  müddətini  təyin  edən  və  metodikanı  
dəqiqləşdirən  işçi  proqramı tərtib  edilir. 
Hazırlıq   dövründə   mühəndis - texniki işçilərdən  ibarət  çöl  
partiyaları  yaradılır  və  onlar  lazımi  avadanlıq  və  cihazlarla   


 
31
təmin  olunur.  Əksər  hallarda  hazırlıq   dövrünə    çöl    işləri  
dövründən  çox  vaxt  tələb  olunur. 
Çöl  işləri   dövründə   hidrogeoloji  planalmanın  tərkibin-də  
tədqiqatın  əvvəlcədən  nəzərdən  keçirilmiş növləri  və  üsulları  
tətbiq  olunur;  çöl – tədqiqat  materiallarının cari  kameral  
işlənilməsi  həyata  keçirilir,  çöl  xəritələri  və  hesabatları    tərtib  
olunur  və  s.  
Kameral  işləri  dövründə  çöl  tədqiqat  materialları  işlənilir,  
zəruri  olan  bütün  əsas  və    köməkçi  xəritələr,  kəsilişlər  və  
aparılmış  planalma  üzrə  son  hesabatın  mətni  tərtib  olunur  və  
sənədləşdirilir.   
 
 
2.3. Hidrogeoloji  planalmanın  aparılma  üsulları 
 
Hazırda  hidrogeoloji  planalmanın  aparılmasında  aşağıdakı 
tədqiqat  növləri  və  üsulları  tətbiq  olunur:  1) aerofotoplanalma  və  
aerofotoşəkillərin  deşifrələnməsi;  2)  aerovizual  və  yerüstü  vizual  
müşahidələr  (geomorfoloji,  geobotanik,  mühəndisi – geoloji);  3)  
qazıma  (xəritələmə,  axtarış,  parametrik,  zondlama) işləri;  4)  
təcrübə – süzülmə    işləri;  5)  yeraltı    suların  rejimi  üzərində  
müşahidələr;  6)  geofiziki  tədqiqatlar;  7)  hidrokimyəvi  və  
radiohidrogeoloji  tədqiqatlar;  8)  laboratoriya  işləri;  9)  kameral  
işlər. 
Alınan  nətəcələrdən  asılı  olaraq,  hidrogeoloji  şəraitin  
öyrənilmə  üsullarının  birbaşa  və  dolayı    növləri  ayrılır.  Birbaşa  
üsullarla  bilavasitə  hidrogeoloji  planalma  obyektləri  və  onların  
xəritələnmə  xarakteri  (vizual  və  aerovizual,  geoloji – hidrogeoloji,  
mühəndisi – geoloji  müşahidələr,  qazıma  və    sınaq  materialları, 
hidrokimyəvi  və  radiohidrogeoloji  tədqiqat-lar),  dolayı  üsullarla  
isə   ərazinin  hidrogeoloji  xüsusiyyətlərini  əks  etdirən  məsələlər  
(geomorfoloji  və  geobotanik  müşahi-dələr,  geofiziki  tədqiqatlar, 
aerofotoplanalma  və  aerofotoşəkil-lərin  deşifrələnməsi)  öyrənilir. 
Hidrogeoloji  planalmada  əsas  iş  növü  müxtəlif  yerüstü   


 
32
vizual  müşahidələrdən  ibarət   marşrut  tədqiqatları  (geoloji, 
hidrogeoloji,  hidroloji, geobotanik  və   mühəndisi – geoloji)  hesab  
olunur. 
Ümumi  hidrogeoloji  planalmada  həmçinin  geofiziki  iş-lər,  
quyuların  qazılması,  təbii  və  süni  sü  təzahürlərinin  hidro-geoloji  
sınağı,  aerofotoplanalma  və  aerovizual  müşahidələr  aparılır. 
 
 
2.4. Hidrogeoloji  xəritələr 
 
Hidrogeoloji  xəritələr  hidrogeoloji  planalmanın   nəticə-
lərinin  qrafik  təsvirinin  əsas  forması  hesab  olunur.  Bu  xəritələr  
ərazidə  ayrılan  bütün  sulu-  və  sukeçirməyən  horizontların  
yayılma-  və  yatım  şəraitini,  kəmiyyət-  və  keyfiyyət  xarakterini  
əks  etdirir.  Onlar  hidrogeoloji  planalma,  fond  materialları    və  
ədəbiyyatların  araşdırılması  əsasında  tərtib  olunur. 
Hidrogeoloji  xəritələrin  aşağıdakı  növləri  mövcuddur: 
1) Faktiki  materiallara  əsaslanma  dərəcəsinə  görə -  
konditsion (normaya,  standarta  uyğun)  və  qeyri – konditsion; 
2)  miqyasa  görə  -   xəritə – plan  (1:25 000  və  daha  iri) ,  
dəqiq  (1:50 000 – 1: 100 000) ,  icmal  (1:200 000  və  daha  kiçik); 
3)  təyinatı    və    məzmununa  görə    -    ərazinin  ümumi  
hidrogeoloji  şəraitinin  tam  xarakteristikası  üçün  ümumi   və   hər  
hansı    bir    tapşırığın  yerinə  yetirilməsi (su  təchizatı,  suvarma,  
faydalı  qazıntıların  hidrokimyəvi axtarışı)  üçün   -  xüsusi ; 
4)  xəritələrin  qrafik  rəsmiləşdirilməsi  üsuluna  görə  -  
birləşdirilmiş  və  ayrılmış.  Birləşdirilmiş  xəritələrə  birdəfəyə  9 – 
10  hidrogeoloji  element  rəngli  düz  xətlər  və  ştrixlər,  ayrı – ayrı  
müxtəlif  formalı  işarələr,  müxtəlif  ölçülü-  və  rəngli  rəqəm  və  
hərfi  indekslərlə;  ayrılmış   xəritələrə  isə  yalnız  bir  hidrogeoloji  
element   köçürülür. Ümumi  hidrogeoloji  şəraitin  xarakteristikası  
üçün bir – birini  tamamlayan  ayrılmış  hidrogeoloji  xəritələr  
kompleksi  vacibdir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə