E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   77

 
33
1:1000 000 – 1:500 000 ,  1:200 000 – 1:100 000  miqyaslı  
birləşdirilmiş tip  ümumi  hidrogeoloji  xəritələrdə    aşağıdakı  
məlumatlar  öz  əksini  tapmalıdır: 
1) sahələr  üzrə  təsvir  olunan  qalınlığın  yaşı  göstəril-məklə  
sulu  holrizontların,  susuz-  və  sukeçirən  süxurların  yayılması  -  
rənglə  və  rəngli  horizontal  ştrixlərlə  göstərilir; 
2)  sahələr  üzrə  -  yer  səthindən  birinci  sulu  horizontun  
suyunun  minerallaşması  (q/l)  aşağıdakı    dərəcələrdə  müvafiq  
işarələrlə  göstərilir:  1 – dən  kiçik;  1 - 3;  3 – 5 ;  5 – 7;  7 – 10;  10 
– 15 ;  15 – 30 ;  30 – 50   və  50 – dən  böyük; 
3)  nöqtələrlə  -   su  məntəqələri  (quyular,  bulaqlar  və  s.)  
göstərilir.  İşarənin  yanında  rəqəmlə  su  məntəqəsinin  sıra  sa-  yı,  
sərfi  (l/san),  quyuda  su    səviyyəsinin enmə  hündürlüyü (m),  
suyun  minerallaşma  dərəcəsi  (q/l);  indekslərlə -  susaxlayan  
süxurların  yaşı  göstərilir.  İşarənin  içərisində    rənglə  suyun  
kimyəvi  tərkibi  göstərilir; 
4)  xətlərlə  -  yer  səthindən  birinci  sukeçirməyən  
horizontun  üzərində  yatan  sulu  horizontun  yayılma  sərhədi,  
qrunt  suyu  horizontunun  hidroizogipsləri  göstərilir; 
5)  vektorla  -  yeraltı  suların  hərəkət  istiqaməti  göstərilir. 
Bunlardan  əlavə,  hidrogeoloji  xəritənin  üzərində  çoxillik  
buzlaq,  karst,  sürüşmə  və  s.  sahələr,  şirin  su  linzaları,  yerüstü  
suların  sahələri  və  s.  göstərilir. 
 Hidrogeoloji  xəritə  geoloji  quruluşu,  sulu  horizontların  
litoloji  tərkibini,  fasial  dəyişməni,  sukeçirməyən horizontları,  sulu  
horizontların  yatım  dərinliyini,  minerallaşmasını  və  sərfini  əks  
etdirən  hidrogeoloji  kəsilişlərlə  müşayiət  olunur. 
HİDROİZOGİPS  XƏRİTƏSİ.  Sayı    kifayət  qədər  olan  
quyularda   su  səviyyəsinin  ölçüləri  məlumdursa,  topoqrafik  
əsasda  müəyyən  konkret  vaxt  üçün  qrunt  suyu  güzgüsünü  əks  
etdirən  hidroizogips  xəritəsini  qurmaq  mümkündür.  Bu  
məqsədlə,  topoqrafik  xəritəyə  əvvəlcə  quyular  köçürülür,  onların  
yanında  su  səviyyəsinin  mütləq  qiyməti  göstərilir.  Əgər  quyular  
sukeçirməyən  horizonta qədər  qazılmışdırsa,  onda  xəritənin   


 
34
üzərində  sukeçirməyən  horizontun  səthinin  horizontallarının  -   
izogipslərin  də  göstərilməsi  məqsədəuy-ğundur. 
 
Qeyd:  adətən  xəritədə quyu  və  quyu  məlumatları  aşağıdakı  kimi  
əks  olunur: 
105
5
10

  -   qara  dairə  quyunu,  soldakı  rəqəm  onun  sıra  
sayını,  sağda - kəsrin  surətindəki  rəqəm  qrunt  suyu  səviyyəsini,  
məxrəcdəki  rəqəm  isə  yer  səthinin  mütləq  qiymətini  göstərir.   
 
«Üçbucaq» üsulu  və  ya  quyuları  bir-biri  ilə  düz  xətlə  
birləşdirmək  yolu  ilə  hidroizogipslər  qurulur.  Hər  bir  
hidroizogips  xəritəsinin  dəqiq  tarixi  göstərilməlidir.  Bir  rayon  
üçün  bir  neçə  (müxtəlif  mövsümlər  üzrə)  hidroizogips  xəritəsi  
qurula  bilər.  Hidroizogips  xəritəsinə  görə    aşağıdakıları    təyin  
etmək  mümkündür: 1) qrunt  sularının  hərəkət  istiqamətini (həm  
ümumi  rayon  üzrə,  həm  də  ayrı – ayrı  sahələr  üzrə);  2)  qrunt  
suyu  səthinin  mailliyini  (hidravlik  maillik);  3)  ixtiyari  nöqtədə  
qrunt  sularının  yatım  dərinliyini  (yer  səthinin  mütləq  qiyməti  ilə  
su  səviyyəsinin  mütləq  qiyməti  arasındakı  fərq);                 4) 
sukeçirməyən  horizontun  izogipsinin  olduğu  hal  üçün  sulu  
horizontun  qalınlığını    (su    səviyyəsinin  mütləq  qiyməti  ilə  
sukeçirməyən  horizontun  tavanının  mütləq  qiyməti  arasındakı  
fərq);  6)  qrunt  sularının  qidalanma  və  boşalma  zonalarını  və  s.  
Qrunt  sularının  hərəkət istiqaməti  böyük  mütləq  qiymətə  
malik  hidroizogipsdən  kiçik  mütləq  qiymətə  malik  hidroizogipsə  
endirilmiş  perpendikulyarla  göstərilir.  Axının  hidravlik  mailliyi  
qonşu  hidroizogipslərin  mütləq  qiymət-lərinin  fərqinin  onlar  
arasındakı  məsafəyə  (miqyas  nəzərə  alınmaqla)  olan  nisbəti  ilə 
təyin  edilir.  Əgər  hidroizogipslər  əyilmədən  su  hövzəsini  kəsirsə,  
deməli,  qrunt  suları    ilə  yerüstü su  hövzəsi  arasında  hidravlik 
əlaqə  yoxdur; əgər  hidroizogipslər  yerüstü  su  hövzəsinin  yanında  
axım  üzrə    aşağı    əyilirsə,  deməli,  qrunt suları  yerüstu  su  
hövzəsinin  suları  ilə  qidalanır  və  s. 
Qrunt  sularının  yatım  dərinliyini  xarakterizə  etmək  üçün  
üzərində  izobatlar  (eyni  yatım  dərinliyni  xarakterizə  edən   


 
35
nöqtələri  birləşdirən  xətlər)  göstərilən  izobat  xəritəsinin  (yatım  
dərinliyi  xəritəsinin)  qurulması vacibdir  ki,  bu  da   hidroizogips  
xəritəsinin  qurulması  üsulu  ilə  analoji  aparılır.  Əksər  hallarda  
izobat  və  hidroizogips  xəritələri  birlikdə  tərtib  edilr. 
PYEZOİZOGİPS  XƏRİTƏSİ  mütləq  qiymətlərin  izoxətləri 
(pyezoizogips)  şəklində    təzyiqli  sulu  horizontun  pyezometrik  
səthini  əks  etdirir.  Həmin  xəritənin  qurulması hidroizogips  
xəritəsinin  qurulması  üsulu  ilə  analoji  aparılır,  lakin  bu  zaman  
topoqrafik  əsasa  əlavə  olaraq,  üstdəki  sukeçirməyən  horizontun  
tavanının  izogipsləri  də  köçürülür.     Pyezoizogips  hidrogeoloji  
kəsilişlərlə  tamamlanmalıdır.    Bu    kəsilişlərdə    əks  olunan  
quyuların  gövdəsinin  yanında  stratiqrafik  sərhədlər,  süxurların  
litoloji  tərkibi,  təzyiqlər,  pyezometrik  səviyyənin  mütləq  
qiymətləri  və   s.  göstəril-məlidir.   Pyezoizogips  xəritəsinə  görə  
sulu  horizontun  xüsusiyyətlərini  və  müxtəlif  hidrogeoloji  
göstəriciləri  təyin  etmək  olar.  Suyun  hərəkət  istiqaməti  təzyiqin  
azalması  istiqamətində  pyezoizogipsə  endirilmiş  perpendikulyarla  
göstərilir.  Pyezometrik  səviyyənin  yerləşmə    dərinliyi  istənilən  
nöqtədə  yer  səthinin  və  pyezometrik  səthin  mütləq  qiymətləri  
arasındakı  fərqlə  hesablanır.  Pyezoizogipsin  maksimum  qiyməti  
qidalanma  və  təzyiqin  yaranması  zonasında,  minimum  qiyməti 
isə  boşalma  zonasında  qeyd  olunur.  Pyezoizogipslərin   sıxlaşması 
və  seyrəkləşməsinə  görə  sulu  horizontun  qalınlığı    və  ya  
süxurların  sukeçirmə  xüsusiyyətləri  haqqında  fikir  söyləmək  olar.  
 
 
 
   
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə