E. A. MƏMMƏdova


Ü  ç  ü  n  c  ü    f  ə  s  i  l



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə12/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

 
36
Ü  ç  ü  n  c  ü    f  ə  s  i  l 
 
HİDROGEOLOJİ  QUYULARIN   
QAZILMASINA  VƏ  KONSTRUKSİYASINA  
 OLAN  ƏSAS  TƏLABATLAR 
 
 
3.1. Hidrogeoloji   quyuların  kateqoriyaları 
 
Məqsədindən  asılı  olaraq,  hidrogeoloji quyuları  aşağıda-kı  
kateqoriyalara  ayırırlar:  1) axtarış;  2)  kəşfiyyat;  3)  kəşfiy-yat – 
istismar;  4)  müşahidə;  5)  istismar.  Yeraltı    suların  axtarışı    və  
kəşfiyyatı  prosesində  hidrogeoloji  məsələlərin  həlli  üçün  birinci  
dörd  kateqoriya  quyulardan  istifadə  olunur.  İstismar  quyuları  
yeraltı    suların  istismarı,  rejiminin  tənzim-lənməsi  və  s.  
məqsədlərlə  istifadə  olunur. 
Axtarış  quyuları  axtarış  mərhələsində  və  axtarış - planalma  
işi  prosesində    qazılır.  Onların  qazılmasında  məqsəd  ümumi  
geoloji – hidrogeoloji  şəraiti  öyrənmək,  sulu  horizont  və  
kompleksləri  aşkar  etmək  və  keyfiyyətcə  sınaqdan  çıxarmaqdan 
(nümunələr  götürmək, sınaq  suçəkmə,  ekspress  -  sınaq  və  s.) 
ibarətdir. 
Kəşfiyyat  quyuları  perspektiv  sahələrdə    yerləşən  su  
yataqlarının  kəşfi  üçün  qazılır.  Belə  quyuların  qazılması  həmin  
yataqların  hidrogeoloji  şəraitinin  dəqiq  öyrənilməsi  və  onların  
xalq  təsərrüfatında  istifadə    şəraitinin  müəyyənləşdirilməsi  ilə  
əlaqədardır.  Kəşfiyyat  quyularında  kompleks hidrogeoloji  və  
digər  tədqiqat  növləri  (təcrübə    və    təcrübə – istismar  suçəkmə,  
suvurma;  süxur-, su-  və  qaz  nümunələrinin  götürülməsi;  
rasxodometrik,  termometrik,  geofiziki  və  digər  müşahidələr)  
aparılır. 
Kəşfiyyat – istismar  quyuları    kəşfiyyat  işləri  prosesində  
qazılır  və  onların  üzərində  kompleks  hidrogeoloji  və    digər  
tədqiqatlar  aparıldıqdan  sonra  yatağın  istismarı  üçün  istifadə  
olunur. 


 
37
Müşahidə  quyuları    axtarış – kəşfiyyat  işlərinin  istənilən  
mərhələsində  avadanlıqlaşdırıla  bilər  və    məqsədindən  asılı  
olaraq,  ya  kəşfiyyat        və  istismar  müddətində  yeraltı    suların  
rejimi  (yeraltı    suların  təbii   və    süni    rejimi),    ya    da    təcrübə - 
hidrogeoloji  işlərin  aparılması  prosesində  (suçəkmə,  suvurma  və  
s.)  yeraltı  suların  rejim  göstəricilərinin  (yeraltı  suların  səviyyəsi
kimyəvi tərkibi, temperaturu  və  s.)  dəyişməsi  üzərində  
müşahidələr  üçün  istifadə  edilə  bilər. 
Yeraltı    suların  axtarış – kəşfiyyat və  istismarı  prosesində  
axtarış  quyularının  kəşfiyyat  quyuları    kimi,    axtarış – kəşfiyyat 
quyularının  müşahidə  quyuları    kimi    və  s.  istifadə  edilməsi  
zərurəti  meydana  çıxır.  Quyuların  bir  kateqoriyadan  digərinə  bu  
qayda  ilə  köçürülməsi  imkanları    kəşfiyyyat  işlərinin  
layihələndirilməsi  prosesində  əvvəlcədən  nəzərdə  tutulmalıdır.  Bu  
isə  işin  geoloji  və  iqtisadi  səmərəsinin  artırılmasına  səbəb  ola  
bilər. 
Beləliklə,  aydın  olur  ki,  müxtəlif  kateqoriyalı  hidrogeo-loji  
quyuların  qazılmasına  və  konstruksiyasına  olan  təlabat  eyni  
deyildir. 
 
 
3.2. Hidrogeoloji   quyuların  qazılması  üsulları 
 
Hidrogeoloji   quyuların  qazılması  üsulları  yerli  geoloji – 
hidrogeoloji  şəraitdən,  tədqiqatın  məqsədindən,  layihələndiri-lən  
quyuların   dərinliyindən  və  diametrindən,  o  cümlədən  digər  
amillərdən  asılı  olaraq  seçilir. 
Hidrogeoloji  quyuların   qazılması  üçün  aşağıdakı  qazıma  
üsullarından  istifadə  olunur:  burma – qazıma (birbaşa -  və  əksinə  
yuma  ilə) ,  zərbə    qazıma  və  bunların  kombina-siyası; dərin  
quyuların  qazılması  üçün -  burma (rotor),    reaktiv  - turbin  və  
kolonka  (6, 24, 25). 
Birbaşa  yuma  ilə  qazıma  üsulunun   geoloji – hidrogeoloji  
şəraiti  yaxşı  öyrənilmiş ,  zəif  təzyiqə  və  kiçik  sərfə  malik sulu  
horizontların  olmadığı  sahələrdə    hidrogeoloji quyuların    


 
38
qazılmasında  tətbiqi  məqsədəuyğundur.  Bu  üsul  dərin  quyuların  
daha  qısa  müddətdə  avadanlıqlaşdırılmasını,  onların  sadə  
konstruksiyalarının  tətbiqini,  qazıma  işlərinin  yüksək  texniki – 
iqtisadi  göstəricilərinin  olmasını  təmin  edir. 
Əksinə  yuma  ilə  qazıma  üsulu  yeraltı  suların  səviyyəsinin  
3 m – dən  dərin  olduğu  şəraitdə  kövrək  süxurlarda,  dərinliyi   300 
m ,  diametri  1000 mm  və  daha  çox olan  kəşfiyyat - istismar  və  
istismar  quyularının  qazılmasında  tətbiq  edilir. 
Zərbə  qazıma  üsulu  zəif  öyrənilmiş    geoloji – hidrogeoloji  
şəraitdə,  sulu  horizontların  təzyiqi  az  olduqda,   quyuların  100 - 
150 m  dərinliyə    qədər  qazılmasına  ehtiyac  yarandıqda  çaqıl – 
çınqıl  çöküntülərində hidrogeoloji  quyuların  qazılması  üçün  tətbiq  
edilir.  Quyulara  boruların  yerləşdiril-məsi  və    çıxarılması  üçün  
mütləq  vibromexanizm   olmalıdır.    Bu    qazıma  üsulu  sulu  
horizontların  yüksək  sınaq  keyfiyyətini  və  kaptajını  təmin  edir,  
lakin  qazımanın  zəif  sürəti  və  çoxlu  boruların  sərfi  ilə  fərqlənir. 
Kombinə  olunmuş  qazıma  üsulu     zəif  təzyiqli  sulu  
horizontların  növbələşməsi  müşahidə  olunan,  geoloji – 
hidrogeoloji  şəraiti  zəif  öyrənilmiş  sahələrdə,  qazıma  qurğusunun  
hərəkəti  üçün  əlverişli  şərait  və  qazıma  işləri  kifayət  həcmdə  
olduqda  tətbiq  edilir.  Sulu  horizonta  qədər  olan  üst  zonada  
burma (rotor), sulu  süxurlar  yerləşən  alt  zonada zərbə – qazıma  
üsulu  tətbiq  olunur.  Belə  kombinasiya  quyuların  qısa  vaxt  
ərzində  avadanlıqlaşdırılmasını,  onların  mükəmməl  geoloji – 
hidrogeoloji  sənədləşdirilməsini  və  sulu  horizontların  açılması  və  
sınağı  üzrə  işlərin  yüksək  keyfiyyətini təmin  edir. 
Kombinə  olunmuş    və  zərbə    qazıma  üsullarının  tətbiqi  
kəşfiyyat,  kəşfiyyat – istismar  və  istismar  hidrogeoloji quyularının  
qazılmasında  məqsədəuyğundur.   
Reaktiv – turbin  qazıma  üsulu  diametri  1000  mm – dən  
böyük  və    dərinliyi  200  m – dən  az  olmayan  quyuların  
qazılmasında  tətbiq  olunur.  O,  yüksək  qazıma   sürəti  və  kernin  
zəif  çıxarılması  ilə  xarakterizə  olunur  və  buna  görə  də  dərində  
yatan  sulu  horizontları  açan  istismar  və  kəşfiyyat - istismar   


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə