E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə15/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

 
46
burada  :  k -  süxurların  süzülmə    əmsalı,  m/sut ;  R
k
-  qıfın  
(kavernanın)  radiusu,  m  ;  S  -  su  səviyyəsinin  enmə  hündürlüyü,  
m  ;   -  sulu  layın  qalınlığı,  m  ;   -  quyunun  təsir  radiusudur 
,  m. 
Hidravlik  üsul  suçəkmə  məlumatlarına  əsaslanır  ki,  bunun  
da  əsasında  sərfin  səviyyənin  enmə  hündürlüyündən  asılılıq  
əyrisi  (Q= f (S))  qurulur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
47
D  ö  r  d  ü  n  c  ü     f  ə  s  i  l 
 
ÇÖL  TƏCRÜBƏ - SÜZÜLMƏ  İŞLƏRİ 
 
 
4.1. Çöl  təcrübə - süzülmə  işlərinin  əsas  növləri,   
məsələləri  və  tətbiq  şəraiti 
 
Yeraltı  su  yataqlarının  öyrənilməsində    və  müxtəlif  
hidrogeoloji  məsələlərin  həllində  sulu  horizontların  və  aerasiya  
zonası  süxurlarının  hidrogeoloji  parametrlərinin  hesablanması  
əsas  tədqiqat  növüdür.  Bu  parametrləri  təyin  etmədən  yeraltı  
suların  kəşfiyyatı,  onların  miqdar  və    keyfiyyətcə    öyrənilməsi,  
xalq  təsərrüfatında  istifadəsinin  əsaslandırılması    və  onların  
rejiminin  tənzimlənməsi  ilə  əlaqədar  məsələlərin  həlli  mümkün  
deyildir.  Həmin  məsələlərin  həllində  çöl  təcrübə - süzülmə  işləri  
böyük  əhəmiyyət  kəsb  edir  (24). 
Çöl  təcrübə - süzülmə    işlərinə  süxurların  süzülmə  
xassələrinin  təyini   üzrə  hidrodinamik  çöl  işləri  daxildir. Bunlara  
müxtəlif  növ  suçəkmələr,  quyulara  və şurflara  suvurma,  ekspress 
– suçəkmə,  ekspress – suvurma  və  s.  aiddir. 
Təcrübə - süzülmə    işləri  prosesində    qarşıya  qoyulan  
məsələlərin  həllindən  asılı  olaraq,  aşağıdakı    əsas  hidrogeoloji  
parametrlər  təyin  olunur:  su sərfinin  səviyyədən  asılılıq  əyrisi  
Q=f(S),  süzülmə  əmsalı k  (və  ya  sukeçiricilik  T=km  və   T=kh
or
  
),  təsir  radiusu  R,  təzyiqkeçiricilik (pyezokeçiricilik)  əmsalı  a

  
(və ya  qrunt suları  üçün  səviyyəkeçiricilik əmsalı  a),  süxurların  
suvericilik  əmsalı  
μ
,  axının  eni  B,  yeraltı  suların  hərəkət  sürəti  
v . 
Təcrübə - süzülmə  işlərinin  nəticələrinin  araşdırılması  üçün  
yeraltı    suların qərarlaşmamış    hərəkəti  nəzəriyyəsindən  istifadə  
olunur  ki,  bununla  da  yeraltı  su axınının  parametrləri  haqqında  
daha  tam  məlumat  almaq  mümkündür. 
Təcrübə - süzülmə  işlərinin  daha  geniş  yayılmış  və  əsas  
növlərindən    biri    su    təchizatı,  qurutma  və  drenaj  məqsədilə  


 
48
aparılan  tədqiqatlarda  sulu  süxurların  sınaqdan  çıxarılması  üçün  
tətbiq  olunan  suçəkmə  hesab  olunur.    
Sulu  horizontların  dərində    yatdığı    və    suçəkmənin  apa-
rılması  üçün  əlverişli  şəraitin  olmadığı  hallarda  hidrogeoloji  
parametrlərin  hesablanması  üçün  quyulara  və  şurflara  suvurma  
və  s.  tətbiq  olunur. 
Quyulardan  suçəkmə  -  əsas,  daha  etibarlı,  lakin  baha  başa  
gələn  çöl  təcrübə – süzülmə    işi  hesab  olunur.   Bu  səbəbdən  
onun  növünün,  həcminin  və  aparılma  metodikasının  
əsaslandırılması  qarşıya  qoyulan  məsələlərin  daha  effektli  həllini  
müəyyən  edir.  
 
 
4.2. Suçəkmələrin  növləri   və  təyinatı 
 
Müxtəlif  tipli  yeraltı  su  yataqlarının  axtarışı    və 
kəşfiyyatında  aparılan  bütün  suçəkmələr  təyinatından  asılı  olaraq,  
üç  növə  ayrılır:  sınaq,  təcrübə  və  təcrübə – istismar.  Suçəkmənin  
bu  növləri  təcrübə    işlərinin  davametmə  müddəti  və    təcrübə  
qrupunun  konstruksiyasına  görə  bir – birindən  fərqlənir.  Bununla  
əlaqədar  olaraq,  çöl  təcrübə  işlərinin  aparılması  məqsədilə,  həlli  
üçün  təcrübə – süzülmə    tədqiqatı  layihələndirilən  məsələlər  
müəyyən  olunmalıdır. 
Sınaq  suçəkmə    yeraltı    suların  axtarışı    və  kəşfiyyatında  
daha  geniş  tətbiq  olunur  və  demək  olar  ki,  hidrogeoloji  tədqiqat 
prosesində    qazılmış  bütün  quyularda  (axtarış,  kəşfiyyat,  
müşahidə)  aparılır.  Suçəkmənin  məqsədi  susaxlayan  süxurların  
süzülmə  qabiliyyətini,  yeraltı    suların  keyfiyyətini  əvvəlcədən  
qiymətləndirməkdən  və  müxtəlif  zonalar  üzrə  onların  müqayisəli  
xarakterini  aşkar   etməkdən ibarətdir.  Belə  suçəkmə  qısa  vaxt  (6 
–24 saat)  ərzində  aparılır  və  bu  zaman  qu-yuda  su  səviyyəsinin  
bir  pillə  enməsilə  onun  sərfi  öyrənilir. 
İlkin  və  dəqiq  kəşfiyyat mərhələlərində  süzülmə  işlərinin  
əsas  növü  -  təcrübə  suçəkmədir   ki,  bu  da  aşağıdakı  məsələlərin   


 
49
həlli  məqsdilə  aparılır: 1)  sulu  horizontun  əsas  hidrogeoloji  
parametrlərinin  (sərf,  səviyyənin  enmə  hündür-lüyü,  süzülmə- ,  
sukeçiricilik-,  təzyiq- və  səviyyəkeçiricilik  əmsalları,  gətirilmiş  
təsir  radiusu  və  s.)  hesablanması;  2)  sulu  horizontun planda  və  
kəsilişdə    sərhəd  şərtlərinin  öyrənil-məsi (yeraltı    və    yerüstü  
suların  qarşılıqlı  əlaqəsi,  sulu  horizontların  bir – biri  ilə  qarşılıqlı  
əlaqəsi  və  s.) ;  3) quyunun  su  sərfi  ilə    aşağı  düşən  səviyyə  
arasındakı  asılılığın  müəyyənləşdirilməsi;  4)  qarşılıqlı    əlaqədə  
olan  bir  neçə  istismar  quyusunun  birgə    fəaliyyəti  zamanı  
sugötürücünün  yerləşdiyi  sahədə    səviyyənin  dəyişmə  
hündürlüyünün  təyini. 
Təcrübə    suçəkmənin  qrup  və    tək  növləri  ayrılır.  Tək  
suçəkmə  quyunun  su  sərfinin  su  səviyyəsinin  enməsindən  
asılılığını    müəyyənləşdirmək  üçün  aparılır.  Bununla  əlaqədar  
olaraq  (sınaq  suçəkmədən  fərqli  olaraq),  tək  təcrübə    suçəkmə  
səviyyənin  2 – 3 pillə  enməsi  ilə  aparılır.  Qrup  suçəkmə  təcrübə  
işlərinin  əsas  növü  olub,  hidrogeoloji  parametrlərin  təyini,  
sərhəd  şərtlərinin  öyrənilməsi  məqsədilə  aparılır. 
Təcrübə -  istismar  suçəkmə    yalnız  dəqiq  kəşfiyyat  
mərhələsində,  hesabi  sxem  şəklində    əks   etdirilməsi  mümkün  
olmayan  mürəkkəb  hidrogeoloji  və  hidrokimyəvi  şəraitlərdə  bir  
və  ya  bir  neçə  quyuda  aparılır.  Bu  suçəkmədə  məqsəd  -  yeraltı  
su  səviyyəsinin  dəyişmə  qanunauyğunluqlarının  və suyun  
keyfiyyətinin  öyrənilməsidir.  Belə    suçəkmə  zamanı  quyuda  
suyun  səviyyəsi  maksimum  aşağı  salınmaqla  onun  sərfi  öyrənilir  
ki,  bu  sərf  də  mürəkkəb  hidrogeoloji  şəraitdə    yerləşən  
sugötürücünün  layihələndirilmiş  sərfinə  yaxın  olmalı-dır. Adətən  
təcrübə – istismar  suçəkmənin  istismar  müddəti   1- 3 ay  və  daha  
çox   olur.  Suçəkmənin  aparılma  müddəti  sulu  horizontun  
qidalanmadığı    və  ya  qidalanmasının      az  olduğu  dövrü  əhatə  
etməlidir.  Əgər  hidrogeoloji  tədqiqatlar  tikinti  məqsədilə  
aparılarsa,  onda  suçəkmə    yeraltı    su    səviyyəsinin  ən  yüksək  
olduğu  vaxtda  həyata  keçirilməlidir.  Suçəkmədən  alınan  
məlumatların  etibarlı  və  düzgün  olması  üçün  işə  başla-mazdan  
əvvəl  quyu  təmiz  yuyulmalıdır.  Ona  görə  də  quyuların   


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə