E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə17/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

 
53
Suçəkmənin   davametmə  müddəti onun  növündən  və  sulu  
horizontun  xüsusiyyətlərindən  asılıdır  (B.V.Borevski  və  b. , 1979)  
və  müxtəlif  ola  bilər.  Dənəli  süxurlarda  təzyiqli  horizontdan  
suçəkmənin  davametmə  müddəti  16  sutka,  çatlı  süxurlarda  
təzyiqsiz   və    təzyiqli  horizontlarda,  yeraltı    və  yerüstü  suların  
qarşılıqlı  əlaqəsinin  təyini  zamanı   15  sutka  təşkil  edir.  Sulu  
komplekslərdə  suyun  axıb  tökülməsi      və    s.      şəraitlərdə  sulu  
horizontlardan  suçəkmə  40  günə  qədər  davam  etdirilə  bilər. 
Suçəkmənin  davametmə  müddəti  elə   seçilməlidir  ki,  sınaq  
birləşmiş  quyular  sistemi   hüdudunda   kvazistasionar  rejim  
başlansın  və    belə  rejimin  başlanma  vaxtı    t
k
      isə    aşağıdakı  
asılılıqdan  tapılır: 


a
r
t
k
4
,
0
2
   ,                                  (7) 
 
burada :   r -  daha  uzaqda  yerləşən  müşahidə  quyusuna  qədər  
olan  məsafə;  

a
-  təzyiqkeçiricilik  əmsalıdır. 
Suçəkmənin  ümumi  davametmə  müddəti  aşağıdakı   
düsturla  tapılır: 
t=t
k
+t
t
       ,                                (8) 
 
burada:  t
t
 = 0,5 t
k
   olan  təmsiledici  zamandır. 
 
4.5. Sınaq  suçəkmələrin  aparılma  metodikası 
 
Sınaq  suçəkmələrin  təşkili  və  aparılma  metodikasına  
aşağıdakılar  daxildir:  1) quyunun  hazırlanması  (nasosun  
quraşdırılması,  dartaylama,  cihazların  hazırlanması);    2)    suçək-
mənin  aparılması;  3)  suçəkmənin  gedişində  sənədləşdirmə. 
Nasos  suçəkmə    zamanı    səviyyənin  maksimal  enmə  
hündürlüyü  nəzərə  alınmaqla  layihə    dərinliyində    yerləşdirilir.  
Dartaylama  quyuda  suyun  tam  durulmasına  qədər  aparılır  və  
sonra  suçəkməyə   keçilir.  Suçəkmənin  əsas  şərti  -  bütün  
suçəkmə    ərzində    daimi    sərflə    suçəkmənin  (həyəcanlanmanın)  
daimi  xarakterini  saxlamaqdır. 


 
54
Su  səviyyəsinin  iki - üç  pillə    aşağı    salınması    ilə  
suçəkmələr  sərfin  səviyyənin  enmə  hündürlüyündən  asılılığını  
öyrənmək  üçün  axının  qərarlaşmış  rejimi  şəraitində  aparılır.  
Suçəkmə  (həyəcanlandırma)  dərəcəsinin  qabaqcadan  (ilkin)  
seçilməsi sulu  süxurların  xarakterinə    və  onların  sukeçiricilik  
əmsalına  (T) görə  aparılır  (B.V.Borevski  və  b. , 1979): 
I  qrup.  Qumlar,  zəif  qumdaşları,  karstlaşmamış  çatlı  sulu  
süxurlar:  T=50 – 500 m
2
/sut  ilə  5 – 25 l/san  sərfə  malik  ola  bilər. 
II  qrup.  Allüvial  və  allüvial-prolüvial  qumlu – çınqıllı,  
çatlı – məsaməli  sulu  süxurlar :  T = 500 – 1000 m
2
/sut, 25 – 50   
l/san   sərfə  malik  ola  bilər. 
III  qrup.  Qumlu, çınqıl  doldurucuları  ilə  çaqıllar  və  çat – 
karst  massivləri:   T=1000 – 3000 m
2
/sut,  50 – 150   l/san   sərfə  
malik  ola  bilər. 
Suçəkmə  prosesinin   ilkin  dövründə    (layihə    enmə  
hündürlüyü  alınana  qədər)  səviyyə    hər  1, 5, 10, 20  və  30  
dəqiqədən  bir  ölçülür.  Sonralar,  qərarlaşmış    sərfdə  səviyyənin  
ölçülməsi  0,5  ;  1  saat,   daha  sonra  suçəkmənin  sonuna  qədər  2 
– 3 saatdan  bir  aparılır.  Bərpa  prosesində  səviyyənin  ölçülməsi  
ilk  15 – 20  dəqiqədə  1 – 2  dəqiqədən  bir,  sonrakı  2  saat  ərzində  
hər  3 – 10  dəqiqədən  bir,  daha  sonra  statik  səviyyənin  bərpasına  
qədər  1  saatdan  bir  aparılır.    Bu    ardıcıllıqla,  eyni  zamanda   
müşahidə  quyularında da  səviyyə  üzərində  müşahidələr  aparılır.  
Səviyyənin  ölçülməsi  ilə  eyni  zamanda  hər   0,5 – 3  saatdan  bir  
sərf  də  ölçülür.  Suyun  temperaturu  hər  növbədə  2 – 3  dəfə  
qeydə alınır.  Müxtəlif  analizlər  üçün  su  nümunələri  suçəkmənin  
sona  çatmasından  əvvəl,  zərurət  olduqda  daha  tez – tez  quyudan  
çıxan  su  şırnaqlarından  götürülür.   
 
4.6. Sınaq  suçəkmələrin  sənədləşdirilməsi 
 
Suçəkmə  prosesində  jurnal  tutulur və    həmin  jurnalda  
qabaqcadan  sulu  horizont,  quyuların  konstruksiyası,  süzgəc-lər,   
nasos,  müşahidə    üçün    istifadə  olunan  bütün  cihaz   və   alətlər  
haqqında  məlumatlar  göstərilir.  Suçəkmənin  gedişində  
sənədləşdirmə   ölçülərin  vaxtının,   nasosun  qəbuledici  qapağı-nın  


 
55
quyunun  ağzından  olan  yerləşmə  dərinliyinin,  sərfin,  statik-  və  
dinamik  səviyyələrin,  su  səviyyəsinin  enmə  hündür-lüyünün  və  
s. qeydiyyatından  ibarətdir.  Suçəkmə    başa  çatdıq-dan  sonra  
jurnalda  quyuda  su  səviyyəsinin  bərpa  gedişi  sənədləşdirilir.  
Həmin  jurnalda  müşahidə    quyularında  səviyyə  haqqında  
məlumatlar  qeyd  olunur. 
Jurnalın  məlumatlarına  görə,  səviyyənin  və    sərfin  
zamandan  asılılıq  qrafiki  (şək. 4)  qurulur.  Bundan  əlavə,  
müşahidə    quyuları  üçün səviyyənin  zamandan  asılı    olan  
yarımloqarifmik  qrafiki:  S=f(lgt),  əgər sərf  dəyişəndirsə, xüsusi  
enmənin  zamandan  asılılıq  qrafiki:  
)
(lgt
f
Q
=
   qurulur. 
Qərarlaşmış  rejimdə  səviyyənin  iki – üç  pillə   enməsi  ilə  
suçəkmədə    sərfin  və  xüsusi  sərfin  enmədən  asılılıq  qrafikləri  
(sərfin  əyriləri)  qurulur. 
 
 
4.7. Quyulara  təzyiq-  və  suvurma 
 
Hidrotexniki  tikintilər  və    sənaye  çirkab  sularının  basdı-
rılması  məqsədilə  aparılan  tədqiqatlarda  öyrənilən  intervalın  üst  
sərhədi  üzərində    artıq  təzyiqin  olduğu  şəraitdə  süxurların  
hidrogeoloji  parametrlərinin  təyini  quyulara  sınaq  təzyiq-  və  
suvurma  məlumatları    əsasında  aparılır.    Bu    üsullar    sulanmış   
süxurlarda  olduğu  kimi,  sulanmamış  çatlı  sal,  bəzi  hallarda  
kövrək  əlaqəli  süxurlarda  da  tətbiq  edilir. 
 
Sınaq  təzyiqlə  suvurma 
 
Sınaq  təzyiqlə  suvurma  üsuluna  görə  unifikasiya  edilmiş  
(vahid  şəklə  salınmış)  cihazın  köməyi  ilə  xüsusi  hazırlanmış  
quyulara  təzyiq  altında  su  vurulur.  5  saylı  şəkildə  UKN – 1M  
cihaz  komplekti  göstərilmişdir. 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə