E. A. MƏMMƏdova


Hidrogeoloji  tədqiqatların   aparılma  mərhələləri



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   77

 
20
1.5. Hidrogeoloji  tədqiqatların   aparılma  mərhələləri 
 
Aparılan  hidrogeoloji  tədqiqatlar  rayonun  ümumi  planını  
öyrənməklə    üç    mərhələyə    ayrılır:  axtarış,  ilkin  kəşfiyyat  və  
dəqiq  kəşfiyyat. 
-Axtarış  işləri   rayonun  hidrogeoloji  şəraiti  haqqında  ilkin  
məlumatı      verir.    Bu    məqsədlə  rayonun  geoloji,  hidrogeoloji,  
litoloji ,  iqlim  və  s.  xüsusiyyətləri  haqqında  olan  dərc  olunmuş  
və  fond  materialları  toplanır.  Əgər  bu  materiallar  kifayət  
etməzsə,  onda  kiçik marşrutlu  axtarış  işləri  aparılır. 
- İlkin  kəşfiyyat  işləri   yeraltı  su  yataqlarının  kəşfiyyat – 
axtarış    işləri  zamanı    əldə    edilmiş  hidrogeoloji  göstəricilərə 
əsasən  aparılır.  Bu  mərhələdə   hidrogeoloji  planalma  işi  aparılır  
və  1:100 000  və  1:200 000  miqyaslı  hidrogeoloji  xəritələr  tərtib  
olunur.  Planalma  zamanı  bütün  istismar  olunan  quyular,  şaxta  
quyuları,  bulaqlar  və  s.  su  mənbələri  qeydə  alınır. Bu  mərhələdə  
toplanan  materiallar  və  aparılmış  çöl – qazıma ,  suçəkmə    və  
planalma  işlərinin  nəticəsi  dəqiq  hidrogeoloji  kəşfiyyat  işlərinin   
əsasını  təşkil  edjir. 
-Dəqiq  kəşfiyyat  işləri  ilkin  kəşfiyyat  işləri  əsasında  
müəyyən  edilmiş  və  seçilmiş  sahələrdə  aparılır.  Dəqiq  kəşfiyyat  
işləri  aparılan  zaman  öyrəniləcək  sahə  miqyasca  xeyli  
kiçildilməklə    qazıma  işlərinin  həcmi  artırılır.    Bu    mərhələdə  
hidrogeoloji  planalma  işlərinin  nəticəsində  1:5 000,  1:25 000, 
1:50 000  miqyaslı    dəqiq hidrogeoloji  xəritələr  tərtib  edilir.  
Həmin  xəritələrdə  bütün  hidrogeoloji ,  geoloji – litoloji  və  s.  
parametrlər  göstərilir. 
Dəqiq  kəşfiyyat t  işlərinin  nəticələri  aşağıdakı  məsələlərə  
tam  və  dolğun  cavab  verməlidir: 
1) sulu  horizontun  yatım  və  yayılma  şəraiti;  
2) sulu  horizontun  qidalanma  mənbəyi  və  onların  
əmələgəlmə  şəraiti; 
3) ayrı – ayrı  sulu  horizontlar  arasındakı  hidravlik əlaqə,  o  
cümlədən  yeraltı  və  yerüstü  suların  qarşılıqlı  əlaqəsi; 
4) istismar  məqsədilə  müəyyən  edilmiş  sahədə  dinamik   


 
21
və  statik  su  ehtiyatının  bir – birinə  nisbəti; 
5) müxtəlif  kateqoriyalar  üzrə yeraltı    suların  istismar  
ehtiyatı  və  onların  xəritə  üzərində  sərhədləri; 
6) yeraltı  suların  keyfiyyəti; 
7) suyu  birinci  növbədə  istismar  olunacaq  sahələrin  qısa  
geoloji  və  tam  hidrogeoloji  xarakteristikası; 
8) yeraltı  suların  təbii  və  pozulmuş  rejimi; 
9) sanitar – mühafizə  zonasının  zəruriliyi  və  təşkili. 
Mühəndisi  tikintilər  üçün  hidrogeoloji tədqiqat  işləri 
aparılarkən  yuxarıda  göstərilən  işlərlə  yanaşı,  süxurların  fiziki – 
mexaniki  xüsusiyyətləri  öyrənilir  və    digər  zəruri  mühəndisi – 
geoloji  tədqiqatlar  da   aparılır. 
                                                           
 
 
 
                                                                                                                     


 
22
İ  k  i  n  c  i      f  ə  s  i  l  
 
HİDROGEOLOJİ  PLANALMA  VƏ   
HİDROGEOLOJİ  XƏRİTƏLƏR 
 
 
2.1. Hidrogeoloji  planalmanın  növləri  və  məsələləri 
 
Hidrogeoloji  planalma      yeraltı    suların,  onların  təbii  
kollektorlarının  və  hövzələrinin,  o  cümlədən  aerasiya  zonası  
süxurlarının  öyrənilməsi  və    xəritələnməsi  məqsədilə  aparılan  
elmi – istiehsalat  xarakterli  kompleks  çöl  tədqiqatlarından  
ibarətdir. Xəritələndirilən  ərazinin  hidrogeoloji  öyrənilməsi  
ərazinin  geoloji  quruluşunun,  stratiqrafiyasının,  litologiyası-nın,  
tektonikasının,  geomorfologiyasının,  o  cümlədən  iqlimi-nin,  
hidroqrafiyasının  və    yeraltı    suların  formalaşması,  yatımı,  
yayılması,  hərəkəti,  qidalanma  və    boşalma  şəraitini  müəyyən  
edən  digər  təbii  və    süni    amillərin  qeydə    alınması    əsasında  
həyata keçirilir. 
Beləliklə,  hidrogeoloji  planalmanın  nəticələri  aşağıdakı  
məsələləri  aydınlaşdırmalıdır:  müxtəlif  geoloji  törəmələrin  və  
strukturların  sululuğu;  əsas  sulu  horizont  və  komplekslərin  
yatım-,  yayılma-,  qidalanma-  və  boşalma  şəraiti,  müxtəlif  tipli  
yeraltı    suların  keyfiyyəti,  miqdarı    və  istifadəsi,  öyrənilən  
ərazinin hidrogeoloji  xüsusiyyətlərini  xarakterizə  edən  əsas  təbii   
və  süni  amillər;  yeraltı  suların  mühafizə  şəraiti. 
Hidrogeoloji  planalma  ya  hazır  geoloji  əsasda,  ya  da  daha  
effektli  olmaqdan  ötrü  geoloji  planalma  ilə  birlikdə  aparılır.  Bu  
halda  həmin  planalma  kompleks geoloji  - hidrogeoloji   xarakterdə  
olub,  həm    geoloji,  həm  də  hidro-geoloji  planalmanın  
məsələlərinin  həllinə  yönəldilməlidir. 
Hidrogeoloji  planalmanın  məzmunu  onun  miqyasından  və  
məqsədindən  asılı  olaraq  müxtəlif  olur.  Miqyasına  görə  
hidrogeoloji  planalma  kiçikmiqyaslı  (1:1000 000 – 1:500 000 ),   


 
23
ortamiqyaslı (1:200 000 – 1:100 000)   və  irimiqyaslı  (1:50 000 -
1:25 000   və  daha  iri)  kateqoriyalara  ayrılır. 
Kiçikmiqyaslı  planalma  ərazinin  hidrogeoloji  öyrənil-
məsinin  ilkin  mərhələsi  hesab  olunur.   Planalmanın  miqyası  
ərazinin  hidrogeoloji  şəraitinin  mürəkkəblik  və    öyrənilmə  
dərəcəsindən,  o  cümlədən  işin  məqsədindən  asılı  olaraq  təyin  
edilir. 
Məqsədindən  asılı  olaraq,  ümumi    (və  ya  dövlət)  və  
xüsusi  hidrogeoloji  planalma  növləri  ayrılır. 
Ümumi  hidrogeoloji  planalmanın    əsas  məqsədi  müxtəlif  
tipli  yeraltı  suların  formalaşması,  yayılması  və  yatım  şəraitinin  
müəyyən  edilməsi  və    onların  rejim  və  balansının  əvvəlcədən  
qiymətləndirilməsi  üçün  ərazinin  planlı    və  kompleks  şəkildə  
hidrogeoloji   öyrənilməsi  və    xəritələnməsidir.        Ümumi  
hidrogeoloji  planalma  adətən  kiçik-  və  orta  miqyaslarda  aparılır.   
  Xüsusi  hidrogeoloji  planalma  müxtəlif  mühəndisi  
qurğuların  (su  təchizatı,  suvarma,  qurutma  və  drenaj  sistemləri,  
hidrotexniki  qurğular  və    s.)    layihələndirilməsinin  hidrogeoloji  
əsaslandırılması    məqsədilə  aparılır.  Onlar  adətən  iri,  bəzi  
hallarda  isə  orta  miqyasda  yerinə  yetirilir. 
Xüsusi planalmanın  ümumi  məsələsi  bütün  sulu  horizont  
və    komplekslərin  yatım-,  yayılma- ,  qidalanma- və  boşalma  
şəraitini,  yeraltı   suların  hərəkətinin  xarakterini  və  istiqamətini,  
qrunt  sularının yatım  dərinliyini  və  təzyiqli  suların  pyezometrik  
səviyyəsini,  yeraltı    suların  kimyəvi  tərkibini  və    minerallaşma  
dərəcəsini,  əsas  sulu  horizontların  və  onları  ayıran  layların  
süzülmə  keyfiyyfətini  və  digər   hidrogeoloji  parametrlərini,  sulu  
horizontların  bir – biri  ilə    və  yeraltı    suların  yerüstü  sularla  
qarşılıqlı    əlaqəsini,  o  cümlədən  yeraltı    suların  rejimini  əks  
etdirən  xüsusi hidrogeoloji  xəritə  və kəsilişlərin  tərtibidir. 
Kiçikmiqyaslı  planalma  hidrogeoloji  cəhətdən  öyrənilmə-
miş    və  ya  zəif  öyrənilmiş  iri  ərazilərin  planlı  şəkildə öyrənil-
məsi  və  xəritələnməsi  məqsədilə  aparılır.  Bu  planalmanın   


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə