E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   77

 

prinsipin mahiyyəti ondan ibarətdir ki,  yatağın tədqiqatı zamanı işlər 
elə tam və dolğun aparılmalıdır ki,  yeraltı suların ehtiyatını bu və ya 
digər kateqoriya üzrə qiymətləndirmək mümkün olsun. 
Yeraltı suların istismar ehtiyatının ayrılmasının dürüstlüyü və 
onların kəşfiyyatının ümumi prinsipləri  bir sıra təbii amillər-dən 
asılıdır: 1) yeraltı suların formalaşması  mənbələrini miqdarca 
qiymətləndirməyə  və bütövlükdə istismar ehtiyatını qiymətlən-
dirməyə imkan verən geoloji və hidrogeokimyəvi mürəkkəblik 
dərəcəsi; 2) susaxlayan süxurların süzülmə xüsusiyyətlərinin yeraltı 
suların istismar ehtiyatının qiymətləndirilməsi üçün bu və ya digər 
üsulun tətbiqi imkanlarını  təyin edən qeyri-bircinslilik dərəcəsi;  3) 
yeraltı suların uzunmüddətli istismarı üçün onların keyfiyyətinə 
verilən proqnozun etibarlılıq dərəcəsi. 
4)Yeraltı suların istismarı zamanı  ətraf (geoloji) mühitin 
qorunması, o cümlədən onların (yeraltı suların) çirklənmədən 
mühafizəsi prinsipi. Bu prinsipin mahiyyəti  yeraltı su yataq-larının 
uzunmüddətli istismarı zamanı onların tükənmədən və çirklənmədən 
mühafizəsidir və  məzmununa görə iki hissədən ibarətdir:  birinci 
hissə - ətraf mühitin  iri sugötürücü sistemlərin uzunmüddətli 
istismarı prosesində texnogen proseslərin neqativ təsirindən 
xəbərdarlıq tədbirlərinin əsaslandırılması ilə bağlı təlabatları nəzərdə 
tutur.  İkinci hissə yeraltı suların çirklən-mədən və tükənmədən 
mühafizəsini özündə əks etdirir. 
5) Yeraltı su yataqlarının kəşfiyyatı zamanı minimum 
əmək, vaxt və vəsait sərfi prinsipi.  Bu prinsipin mahiyyəti ondan 
ibarət-dir ki,  minimum əmək,  vaxt və vəsait sərf etməklə kəşfiyyat 
işlə-rinin həyata keçirilməsi zamanı etibarlılığın azalmaması gözlə-
nilməlidir. 
Hidrogeoloji  işlərin  səmərəsinin yüksəldilməsinin bu prin-
sipdən irəli gələn zəruri  şərtləri öyrənilən rayon üzrə axtarış-
kəşfiyyat işlərinin layihələndirilməsi mərhələsində hidrogeoloji 
mürəkkəblik dərəcəsinin proqnozlaşdırılması;  rayon üzrə yeraltı  


 

suların istismarının mövcud tədqiqatının qeydiyyatı hesab olunur. 
 
 
1.3. Yeraltı su yataqlarının tipləri 
 
L.S.Yazvin N.İ.Plotnikovun yeraltı su yataqlarının sənaye 
tiplərinin təsnifatını  təkmilləşdirərək,  onların aşağıdakı tiplərini 
ayırmışdır: 1) çay dərələrinin; 2) platforma tipli artezian 
hövzələrinin; 3) dağətəyi şleyflərin və dağarası çökəkliklərin gətirmə 
konuslarının; 4) çat və çat-karst süxurları massivlərinin və tektonik 
pozulma zonalarının yeraltı su yataqları. 
Yeraltı su yataqlarının bu tipləri axtarış-kəşfiyyat işlərinin 
metodikasını  və bu yataqların istismar ehtiyatının qiymətlən-
dirilməsini müəyyən edən geoloji-hidrogeoloji şəraitə görə bir-
birindən fərqlənir. Belə ki, çay dərələrinin yeraltı su yataqlarının 
axtarışı və ilkin kəşfiyyatında kəşfiyyat quyuları elə qazılmalıdır ki, 
susaxlayan süxurların litoloji tərkibinin, qalınlığının, süzülmə 
xüsusiyyətlərinin, o cümlədən xarakter istiqamətlər üzrə yeraltı 
suların keyfiyyətinin dəyişməsini müşahidə etmək mümkün olsun. 
Adətən onlar çay dərəsinə köndələn olan və sonu köklü sahilə bitişən 
xətt üzrə (4-5 quyu)  yerləşdirilir.  Köndələn istiqamətdəki bu xətlər 
arasındakı  məsafə 3-4 km-dən (axtarış  mərhələsində) 0,5-1 km-ə 
qədər (ilkin kəşfiyyat mərhələsində) qəbul edilir. İlkin kəşfiyyat 
mərhələsində yeraltı və yerüstü sular arasındakı əlaqə-nin xarakterini 
müəyyənləşdirmək üçün xüsusi birləşmiş  quyular  sistemi  şəklində  
yerləşən quyulardan (müşahidə quyuları çaya paralel və 
perpendikulyar yerləşən  şüalar üzrə qazılır) istifadə olunur. Belə 
quyuların sayı  hər perspektiv sahədə geomorfoloji şərait və çay 
yatağı çöküntülərinin eynicinslilik dərəcəsindən asılı olaraq təyin 
edilir. 
Artezian hövzələrinin yeraltı su yataqlarının axtarışı  və ilkin 
kəşfiyyatında kəşfiyyat quyularını kəsişən profillər üzrə yerləşdirmək  


 
10
lazımdır ki, sulu horizontların süzülmə xüsusiyyətlərinin və yeraltı 
suların keyfiyyətinin sahələr üzrə  dəyişməsini müəyyən etmək 
mümkün olsun. Artezian hövzələrinin kənar hissələrində yerləşən 
yeraltı su yataqları üçün, əlavə olaraq, məhsuldar sulu horizontların 
parametrləri onların mümkün quruma zonasında təyin edilir, 
 
qidalanma və boşalma şəraiti  və yeraltı sularla əlaqəsi öyrənilir. 
Gətirmə konuslarının yeraltı su yataqlarında perspektivli 
sahələrin seçilməsi üçün kəşfiyyat quyuları dağ  ətəyindən konusun 
periferiyasına qədər keçən profil üzrə qazılır.  Eyni zamanda yeraltı 
suların rejimi üzərində stasionar müşahidələr aparılır. 
Çat və çat-karst süxurları massivlərninin və tektonik pozulma 
zonalarının yeraltı su yataqları hüdudunda axtarış  və  kəşfiyyat 
işlərində süxurların süzülmə xüsusiyyətlərinin və yeraltı suların 
keyfiyyətinin dəyişmə qanunauyğunluqlarının müəyyən-ləşdirilməsi
o cümlədən yeraltı su resurslarının qiymətlən-dirilməsi üçün böyük 
həcmdə  sahəvi geofiziki tədqiqatlar apa-rılır, quyular qazılır. 
Bununla yanaşı,  həm də yeraltı  və yerüstü suların rejimi üzərində 
stasionar müşahidələr aparılır. Kəşfiyyat quyuları  əksər hallarda 
bütün yatağı  əhatə etməklə,  köndələn istiqamətli xətt üzrə 
yerləşdirilir. 
Yerüstü sularla sıx  əlaqədə olan yeraltı su yataqlarının 
kəşfiyyatında yerüstü suların resursunun və keyfiyyətinin mövsümü 
və çoxillik kəsilişdə  dəyişməsini müəyyənləşdirmək üçün 
hidrogeoloji tədqiqatlar aparılmalıdır. 
Respublika  ərazisində intişar tapmış yeraltı su yataqlarının 
axtarış  və  kəşfiyyatı,  onların geoloji-hidrogeoloji şəraiti,  istismar 
ehtiyatlarının qiymətləndirilməsi və onlardan su təchizatında və 
suvarmada istifadəsi prinsipləri  əsasında 1:500 000  miqyaslı ra-
yonlaşdırma aparılmış (F.Ş.Əliyev,1982) və yeraltı su yataqlarının 
aşağıdakı tipləri aşkar edilmişdir: 
1) Çay dərələrinin yeraltı su yataqları. Bu yataqlar çay 
dərələrinin quruluşu və yeraltı suların  istismar  ehtiyatlarının  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə