E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   77

 
11
formalaşması    mənbələrindən asılı olaraq aşağıdakı yarımtiplərə 
bölünür: 
 A yarımtipi.  Allüvial,  bəzən köklü  (ana) süxurların sulu 
horizontlarında formalaşan yataqlar.  İstismar ehtiyatlarının for-
malaşmasına görə bu yataqların özünü də iki növə ayırmaq olar: 
- istismar ehtiyatları tam və ya qismən yerüstü suların hesabına 
formalaşır; 
- çayda su səviyyəsinin minimum olduğu dövrlərdə yerüstü 
sular sugötürücünün təlabatını ödəmir. Ona görə  də bu müddətdə 
istismar ehtiyatı  tam və ya qismən allüvial çöküntülərdəki ehti-yatın 
hesabına təmin olunur,  yaz və payız mövsümlərində isə yeraltı  
suların qidalanmasının artması ilə  əlaqədar ehtiyatın bərpası  təmin 
olunur. 
B yarımtipi. Yeraltı su yataqları çaydan zəif sukeçiriciliyə 
malik süxurlardan təşkil tapmış horizontlarla təcrid olunduğu zaman 
sulu horizontlar arasındakı  əlaqə  kəsilə bilər. Bu yarımtipdə  də 
istismar ehtiyatının formalaşmasının iki növü ayrılır: 
- istismar ehtiyatı tamamilə çay suları hesabına formalaşır,  bu 
halda qidalanma allüvial və zəif sukeçiriciliyə malik süxurlar-dan baş 
verir; 
- quraqlıq dövründə istismar ehtiyatı tam və ya qismən örtük 
qat olan allüvial çöküntülərdəki suların süzülməsi hesabına 
formalaşır; bu müddət ərzində sugötürücünün təlabatı qismən yerüstü 
sular  hesabına ödənilir və ya heç ödənilmir.  Çayda su-yun çox 
olduğu müddətdə çay yatağı tam boşaldıqda və ya yanlara axın 
olduqda sərf olunmuş istismar ehtiyatı qismən və ya tam bərpa 
olunur. 
V yarımtipi. Yeraltı su yataqları  qədim basdırılmış  dərədə 
formalaşır.  Bu zaman istismar ehtiyatının əsas formalaşma mən-bəyi 
təbii ehtiyatlardır (və ya elastiki ehtiyatlardır - yəni gillərdən və ya 
digər zəif sukeçiriciliyə malik süxurlardan elastiki sıxılma 
nəticəsində alınan ehtiyatlardır),  bəzi hallarda cəlb edilən təbii 
ehtiyatlar da böyük əhəmiyyətə malikdir. 


 
12
2)Artezian hövzələrinin yeraltı su yataqları hövzənin sərhəd 
şərtlərinə görə mövqeyi nəzərə alınmaqla aşağıdakı yarımtiplərə 
ayrılır: 
A yarımtipi. Yeraltı su yataqları platforma tipli artezian 
hövzəsinin mərkəz hissəsində yerləşir.  İstismar zamanı depressiya 
qıfı sulu horizontun yer səthinə çıxdığı sərhədə qədər inkişaf etmir. 
Yeraltı su yataqları bir və ya bir neçə sulu horizontda və yaxud 
növbələşən sulu təbəqələrdə yarana bilər. 
İstismar ehtiyatının yaranma şəraitinə görə yeraltı su 
yataqlarının iki növü ayrılır: 
- istismar ehtiyatları yalnız layın elastiki ehtiyatları hesabına 
formalaşır; digər qidalanma mənbəyi ya yoxdur,  ya onun rolu çox 
cüzidir; 
- istismar ehtiyatı üstdə yerləşən sulu horizontlar və ya 
sukçirməyən laylarda olan „ hidrogeoloji pəncərələr” vasitəsilə üst 
suları hesabına yaranır;  elastiki ehtiyatlar məhdud xarakter daşıyır. 
B yarımtipi  yeraltı su yataqları platforma tipli artezian 
hövzəsinin kənar zonalarında yerləşir.  Bu halda yeraltı suların 
istismar ehtiyatı  üst suların „hidrogeoloji pəncərələrdən”  və ya zəif 
sukeçiriciliyə malik süxurlardan daxil olması, yeraltı suların təbii 
ehtiyatlarının cəlb olunması hesabına formalaşır. 
Qırışıqlıq  əyalətlərin yeraltı su yataqlarının yaranma şəraiti 
artezian hövzələrinə yaxındır. Onlar kiçik ölçülərə malik oldu-
ğundan istismar zamanı depressiya əyrisi horizontun bütün 
sərhədlərini əhatə edir. 
3) Gətirmə konuslarının və dağarası çökəkliklərin  yeraltı 
su yataqları  demək olar ki, eyni xarakterə malikdir.  Bu yataqların 
istismar ehtiyatı  təbii ehtiyatların cəlb edilməsi, suvarma sistemləri  
və suvarma sahələrindən infiltrasiya, bəzi  


 
13
hallarda isə qonşu horizontlardakı elastiki ehtiyatların və ya onlardan 
süzülmənin hesabına formalaşır. 
İstismar olunan sulu komplekslər adətən yüksək sukeçiri-
ciliyi, böyük qalınlığı və çoxtəbəqəli olması ilə səciyyələnir. 
4) Dağlıq və ovalıq bölgələrdə  məhdud sahələrə malik 
strukturlarda, çat və çat-karst süxurları massivlərində  və 
tektonik pozulma zonalarında  yeraltı su yataqları  müxtəlif və 
mürəkkəb geoloji-hidrogeoloji şəraitlə səciyyələnir. 
Bu tip yeraltı su yataqları istismar ehtiyatının formalaşması  
mənbəyindən asılı olaraq  iki növə ayrılır: 
a)  Yerüstü su mənbəyi ilə  əlaqəsi olmayan yataqlar.  Bu 
yataqların istismar ehtiyatı  təbii ehtiyatlar və ya onların cəlb    
olunması,  bəzi hallarda isə onlardan yalnız birinin hesabına yarana 
bilər. Təbii ehtiyatlar təkcə yatağı  təşkil edən  əsas lay-kollektorun 
deyil,  həmçinin onu örtən və ya əhatə edən sulu süxurların da 
suyunun cəlb edilməsi hesabına  formalaşır; 
b) Yerüstü su mənbəyi ilə  əlaqəsi olan yataqlar. Bu 
yataqların istismar ehtiyatının formalaşmasında  əsas rol tranzit 
yerüstü sulara məxsusdur. Süxurların quruması və təbii boşal-manın 
azalması yalnız çayda suyun az axına malik olduğu müddətdə  xüsusi 
əhəmiyyət daşıyır. Çayda su axınının artdığı müddətdə tükənmiş 
ehtiyatın tam bərpası baş verir. 
 Yeraltı su yataqları hidrogeoloji şəraitin mürəkkəbliyindən 
asılı olaraq üç qrupa ayrılır: 
I qrup - sadə hidrogeoloji şəraitə malik yataqlar 
(mədənlər).  Yeraltı suların  istismar  ehtiyatı stabil yatım şəraitinə 
malik kol-lektor xüsusiyyətli, sabit qalınlıqlı eynicinsli laylarda 
formalaşır.  İstismar ehtiyatlarının formalaşması  mənbələri kəşfiyyat 
işləri zamanı dəqiq öyrənilir, həmçinin onlardan istifadə müddətində 
keyfiyyətinin mümkün dəyişməsi proqnozlaşdırılır. 
Bu qrupa çay dərələrindəki A yarımtipinə aid olan yeraltı sular   


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə