E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   77

 
17
məqsədilə  yerüstü sulardan istifadə edilməlidir.  Düzənliyin  böyük 
bir sahəsi yeraltı sulardan istifadə üçün „xüsusilə perspektivli”  və 
„perspektivli”dir. „Xüsusilə perspektivli” sahələr Tovuz-çayın 
cənub-şərq hissəsində  gətirmə konusunun mərkəz his-səsində 
yayılmışdır.  Düzənliyin  periferiyası üzrə yeraltı sulardan istifadə 
üçün „zəif perspektivli” sahələr qeyd olunur. 
Qarabağ düzənliyinin yeraltı su yataqları zonası bütövlükdə 
yeraltı sulardan istifadə üçün „perspektivli” hesab olunur. Burada 
suvarma üçün əsas su mənbəyi kimi yerüstü sulardan istifadə edilə 
bilər.  Ərazinin çox kiçik bir hissəsini „perspektivli” və „xüsusilə 
perspektivli” sahələr əhatə edir.  Dağ zonası zolağında, Kür çayının 
sol sahilində  və düzənliyin  cənub-şərq hissəsində    yeraltı sulardan 
istifadə üçün „zəif perspektivli ” və „xüsusilə  zəif perspektivli” 
zonalar ayrılır. 
Mil düzənliyinin yeraltı su yataqları zonası bütövlükdə  
„perspektivli” hesab olunur.  Nisbətən  „zəif perspektivli” sahələr 
düzənliyin   dağətəyi zolağında rast gəlir. 
Talış dağətəyi düzənliyinin yeraltı su yatağı zonası yeraltı 
sulardan istifadə üçün  „zəif perspektivli”dir. „Perspektivli” sahə-lər 
Lənkərançayın gətirmə konusu sahəsində  və  Cəlilabad  şəhəri 
zonasında yayılmışdır. 
Naxçıvan düzənliyinin  yeraltı su yatağı zonası    yeraltı 
sulardan istifadə üçün „zəif perspektivli” hesab olunur.  Sədərək və 
Şərur düzləri hüdudunda „perspektivli” sahələrə rast gəlmək 
mümkündür. 
Hər bir düzənliyin sahəsində  sugötürücülər sulu hori-zontların 
konkret hidrogeoloji parametrləri nəzərə alınmaqla yeraltı sulardan 
istifadə üçün perspektivli sahələrdə yerləşdiril-məlidir. 
Şirin yeraltı suların istismar ehtiyatı modulları  təsərrüfat-
içmək məqsədləri üçün suya olan təlabat modulundan böyük olan 
sahələrdə iri, mərkəzləşdirilmiş sugötürücülərin yaradılması 
məqsədəuyğundur.Təsərrüfat-içmək məqsədləri üçün suya olan 
təlabat modulu şirin yeraltı suların istismar ehtiyatı modulundan 
böyük olan sahələrdə hidrogeoloji şərait xüsusilə  əlverişsiz olduğu 
üçün kiçik mərkəzləşdirilmiş sugötürücülərin qurulması zəruridir. 


 
18
 
 
1.4. Hidrogeoloji  tədqiqatların  əsas  növləri 
 
Yeraltı    suların  öyrənilməsində  hidrogeoloji tədqiqatların  
növləri  həll  ediləcək  məsələnin  xarakterindən,  miqyasından  və  
spesifik  xüsusiyyətlərindən,  yatağın  öyrənilmə    dərəcəsindən,  
mürəkkəbliyindən  və    təbii  şəraitinin  xüsusiyyətlərindən,  layi-
hələndirilən  tədqiqatın  icrasının  konkret  texniki - iqtisadi  
göstəricilərindən  asılı  olaraq  təyin  edilir.  Praktiki  olaraq,  bütün  
hallarda  yeraltı    suların  öyrənilməsi  hidrogeoloji  və  di-gər  
tədqiqat  növlərini  özündə    birləşdirən  mürəkkəb  kompleks  
tədqiqat  kimi  özünü  büruzə  verir. 
Hidrogeoloji tədqiqatların  əsas   növlərinə    aşağıdakılar  
aiddir: 
-Fond  və  dərc  olunmuş  materialların  toplanması,  ümumi-
ləşdirilməsi  və  analizi yeraltı  suların  öyrənilməsinin  ilk  mərhə-
ləsində  aparılır.    Bu    zaman    əsas  diqqət  rayonun  geoloji  və   
hidrogeoloji  şəraitinə,  fəaliyyyətdə  olan  sugötürücünün  və  ayrı –
ayrı  istismar  quyularının  iş  rejiminə  verilir. 
-  Rekoqnostsirovka  tədqiqatı    sahənin  sərhədlərinin  dəqiq-
ləşdirilməsi,  geoloji- , geomorfoloji-  və   hidrogeoloji  xüsusiy-
yətlərinin  qabaqcadan  öyrənilməsi,  o  cümlədən müxtəlif  növ  
kəşfiyyat  işlərinin  yerinə  yetirilməsinin  texniki – iqtisadi  şərai-tini  
müəyyənləşdirmək  məqsədilə  aparılır. 
Hidrogeoloji  planalma  kompleks  çöl  tədqiqatından  ibarət  
olub,  ərazinin  hidrogeoloji   şəraitinin  öyrənilməsi və  
xəritələnməsi  (hidrogeoloji  kəsilişin,  sulu  layların  və        yeraltı  
suların  müxtəlif  tiplərinin   yayılması  qanunauyğunluqları        və  
onların  keyfiyyəti)  məqsədilə  aparılır. 
- Kəşfiyyat  işlərinə  qazmalar,  qazma  quyuları,  bəzi  hal-
larda  şurf,  ensiz  arx  və  s.   aiddir.  Qazıma  işləri  hidrogeoloji  
quyuların  qazılması  tələb  olunan  dərinliyə  qədər  geoloji – litoloji  
kəsilişi  öyrənməyə,  sulu  horizontun  daban  və   tavanını,    yatım  
dərinliyini,  onun  qalınlığını,  sulu  süxurların  tərkibini,  yeraltı  su  
səviyyəsinin  vəziyyətini  və  pyezometrik  səviyyəni,  təzyiqin  


 
19
hündürlüyünü,  müəyyən  şəraitdə  isə  quyularla  suyun  axıb  getmə  
hündürlüyünü  müəyyən  etməyə  imkan  verir. 
-Təcrübə – süzülmə  işləri   sulu  layların  və  aerasiya   zo-nası  
süxurlarının  hidrogeoloji  parametrlərinin  təyini  məqsədilə  aparılır  
və  bu  zaman  quyulardan  suçəkmə,  quyulara  və  şurflara  suvurma  
və  s.  işlər  həyata  keçirilir. 
Suçəkmə  təcrübə – süzülmə  işlərinin  əsas  növüdür.  Bu  iş  
müxtəlif  məqsədlərlə    yeraltı    suların  hidrogeoloji  tədqiqatında  
aparılır.  Quyulara  və    şurflara  su  vurulması    əksər  hallarda,  
torpaqların  suvarılması  və  qurudulması,  kanalların  çəkilməsi,  su  
anbarlarının  tikilməsi  məqsədilə  aparılır. 
-Yeraltı    suların  rejimi  üzərində  müşahidələr  -   onların  
formalaşması    şəraitinin  qiymətləndirilməsi,  rejimin  proqnoz-
laşdırılması,  bu  sulardan  istifadə    və    ya    onlarla    mübarizə,  
ehtiyatının  qiymətləndirilməsi,    onların  çirklənmədən  qorun-ması  
üçün  tədbirlərin  işlənilib  hazırlanması  məqsədilə  aparılır.  Rejim  
müşahidələri  quyu,  bulaq,  çayların  üzərində   qurulmuş  suölçən  
məntəqələrdən  ibarət  xüsusi  şəbəkə  üzrə  aparılır. 
-Sınaq  və  laboratoriya  işləri-  qruntların  su-fiziki  xassə-
lərinin  və  yeraltı  suların  kimyəvi  və  qaz  tərkibinin  öyrənil-məsi  
məqsədilə    aparılır.    Bu    iş  zamanı  süxur  və    su    nümunəsi  
götürülür  və  müxtəlif  növ  analizlər  edilir.  Nümunələr  hidro-
geoloji  planalma,  kəşfiyyat  işləri,  təcrübə – süzülmə    işləri  və  
yeraltı  suların  rejimi  üzərində  müşahidələr  prosesində  götürülür. 
Hidrogeoloji  tədqiqatın  məqsəd  və    məsələlərindən  asılı  
olaraq,  işlərin  əsas  növlərinə  geofiziki,  topoqrafik – geodezik,  
hidrogeoloji  işlərin  aparılması  da  əlavə  edilə  bilər. 
Hidrogeoloji  tədqiqatların  növünün  və    həllinin  
əsaslandırılması  daha  mükəmməl  strukturun  təyini,  öyrənilən  
rayo-nun  konkret  xüsusiyyətlərini  nəzərə  almaqla  həmin  
tədqiqatların  təşkili  və  aparılma  ardıcıllığı,  bu  prosesdə  operativ  
nəzarət,  alınan  nəticələrin  nəzərə  alınması ilə  zəruri  düzəlişlərin  
edilməsi -  hidrogeoloji  tədqiqat   üsullarının  əsas  məsələsidir.   
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə