E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə38/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   34   35   36   37   38   39   40   41   ...   126

 
79
formalaşması da nəzərdə tutula bilər. Holdinq vahid strukturun birləşməsi, müəssisələrin səhmlər 
paketinə  nəzarəti həyata keçirən idarəetməni təmin edən təşkilat formasıdır. Belə  təşkilatın 
səciyyəvi xüsusiyyəti onun çoxamilli, kompleksli təsisat olunmasındadır. Bu da özünü istehsal, 
kapital resurslarının fasiləsiz davamlı  təminatı, irimiqyaslı differensial istehsalın yaranması, 
müxtəlif investisiya proqramlarının, yeni texniki həllin axtarışı  və  tətbiqinə oriyentasiyalı 
olduğunda göstərir. 
Holdinq dövləti və qeyri-dövləti sistem əsasında yarana bilər. Lakin bizim müasir təsərrüfat 
ukladı üçün neft sektorunda ilk mərhələdə,  şübhəsiz ki, dövlətə  məxsus formada yaradılması 
məqsədəuyğundur. Qeyd etməliyik ki, Rusiyada dövlətin iştirak etdiyi yüzdən çox holdinq 
təşkilatı vardır. 
Üstünlükləri: 
 
avtonomiya, desentralizasiya, törəmə təşkilatlarda idarəetmənin qeyri-mərkəzliliyi
 
üfüqi və şaquli inteqrasiya üçün şərait təminatçılığı; 
 
diversifikasion strukturlara malik törəmə  təşkilatların holdinq çərçivəsində 
birləşdirilməsi; 
 
ixtisaslı kadrlar hesabına səmərəli fəaliyyətin təşkili; 
 
Nazirlikdən fərqli olaraq nəzarət mükəmməlliyinin nəzarət monitorinqində təminatı; 
 
menecer idarəetməsinin tətbiqi; 
 
səmərəli məşğulluq; 
 
qeyri-səmərəli obyektlərin mütəmadi restruksiyası. 
Holdinq təşkilatı təcrübəyə istinadən dövlət və ya özəl quruluşdan asılı olmayaraq, həm də 
təşkilati nöqteyi-nəzərdən zəif forma hesab edilir. Burada kadr seçimində, menecer təyinatında 
mövqe, siyasi məqsədlər, professionalizmin arxaya çəkilməsi, müəssisənin mülkiyyətçisi ilə 
menecer arasında yeni bürokratik mühiti qaynaqlandırılması da istisna deyildir. Lakin nəzəri 
cəhətlərə baxdıqda üstünlüklər yetərincədir.  Əsas cəhət isə praktiki nəticələr və onu həyata 
keçirən məqsədlərdən asılıdır. 
Fikrimizcə, QNQÇİB-də konsern formasında bazar tələblərinə uyğun qurumun təşkil 
edilməsi indiki konyuktur özəlliklərə, perspektivə, inkişafa daha çox cavab verərdi. Onun isə 
müxtəlif formaları ola bilər.  Konsern müstəqil müəssisə  və  təşkilatların birliyi olub, ümumi 
iştirakçılıq sistemi ilə maliyyə resurslarını və istehsalı reallaşdıraraq, iştirakçı tərəfləri «şaquli» 
və ya «üfiqi» formada birləşdirir.  Şaquli birlik istehsal prosesini rabitəli xarakterlə bağlılıqda 
olan müəssisələr, üfiqi birlik isə qarşılıqlı  əlaqəliyi olmayan müxtəlif sahələrin, təşkilatların 
birləşməsidir. Konsern həm də öz növbəsində hüquqi şəxs olmaqla, səhmdar cəmiyyət holdinq, 
şaquli və üfiqi inteqrasiya olunan qrumlara bölünür. Rusiyada iri neftqazçıxarma təşkilatları 
sahəvi, regional əsasda yenidən birləşərək daha da iri senergerik formada təsis olunmuşlar. Bu 
isə onları dünya neft biznesinə imkan verən şaquli inteqrasiya olunan formada iş birliyi qurmağa 
sövq edir. 
QNQÇİB-ni  şaquli inteqrasiya olunan təşkilatına da çevirmək mümkündür. Qeyd 
etdiyimiz kimi, qurudakı yataqlar sovetləşmə dövründə vahid qurum-«Azneft»də birləşərək çox 
möhtəşəm iqtisadi gücə malik olmuşlar. Xaricə çıxış müstəqilliyi, nümayəndələr, emal zavodları, 
nəql, kommunikasiya azadlığı sonradan məhdudlaşdırılaraq, mərkəzi plan sisteminə 
uyğunlaşdırılmışdır. Bir həlqədə olan bir çox müəssisələr  İB-dən müstəqillik qazanaraq
korporativlik strukturunu zəiflətmişlər. SSRİ dövləti dağıldıqda sadalanan qurumlar, o cümlədən, 
Azərbaycan ərazisində neft-qaz sənayesində istehsalı təmin edən regional təşkilatlar da ittifaqdan 
mərkəzi idarəetmədə müstəqillik qazanmışlar. Bir çox belə tipik əlahiddə profilli müəssisələr 
müəyyən müddət heç bir Nazirliyə tabe olmadan, ayrıca sahəvi təşkilat kimi fəaliyyət 
göstərirmişlər. Sonrakı mərhələdə hakimiyyət orqanları neft ixtisaslı təşkilatları yenidən mərkəzi 
qurumlar formasında birləşdirmişlər. Belə birləşmələri isə qeyd olunduğu kimi o, qədər də 
məqbul hesab etmək olmazdı. Quruda və  dənizdə  fəaliyyət göstərən neftqazçıxarma 
təşkilatlarının struktur möhkəmliyi, onların istehsal çevikliyinin yüksəldilməsi olduqca 
prinsipial, geniş təhlil obyekti olan məsələdi. 
 


 
80
Restruktizasiya prosesində  nəqletmə sistemi, köhnə emal zavodları ilə münasibətlərə  də, 
bazar əsaslı nəfəs gətirilməsi vacib məsələlərdəndir. Bu baxımdan biz ənənəvi emal zavodlarının 
İB-yə tabe etdirilməsini  əsla təlqin etmirik. Dünyada az-çox analoqu olan belə emal 
müəssisələrinin tam gücü ilə  işləməsini bir neçə belə istehsalat birliyi təmin edə bilər. Böyük 
Xəzər neftinin emalı üçün bu zavodların ayrıca fəaliyyət göstərmələri daha səmərəlidir. Onlar 
bununla yanaşı, həm də  əvvəlki kimi köhnə yataqlarda istismarı  həyata keçirən istehsal 
kompleksləri üçün də  məhsul emal etmək imkanındadırlar. Beynəlxalq praktikada tez qurulan, 
investisiyaların ödənilməsini tez təmin edən mini emal zavodları daha çox intişar tapmışdır. 
Maraqlı sövdələşmələr, naqd ödənişlər sifarişçilərin belə komplekslərə daha çox meylli edir. 
Perspektivi nəzərə alaraq müstəqilliyin təminatçısı kimi İB-yə  məxsus emal zavodları  və son 
məhsula qədər dövriyyəni təmin edən strukturların, məxsusi servis təşkilatların yardılması bazar 
prinsiplərinə  rəğmən daha əhəmiyyətlidir. Məhz bu reallıqdan çıxış edərək MDB məkanında, 
daha çox isə Rusiyada, neftqazçıxarma nəhəngləri  şaquli inteqrasiya olunan, digər mənada 
kəşfiyyatdan son istehlakçıya-benzindoldurma məntəqəsinə  qədər dövrülüyünü əhatə edən 
təşkilatda birləşmişlər. QNQÇİB-nin yeni strukturunda bütün bu keyfiyyətləri önə  çəkən SC 
formalı qrumun təsisatı da faydalıdır.  İstiqamət alan inkişaf trayektoriyası, formalaşan iqtisadi 
ənənələrə adaptasiya gej-tez belə yönümlü tərəqqi yolunu labüd edəcəkdir. 
 
 
5.4. Qazma prosesinin yaxşılaşdırılmasına təsir edən amillərin təhlili 
 
Bel və  kərki ilə qazılan quyulardan müasir avtomatlaşdırılmış texnologiyalara əsaslanan 
üsullara qədər qazma prosesinin çoxminillik tarixində Azərbaycanın yetərli payı vardır. Heç 
şübhəsiz ki, bu gerçəklik onun bestselləri sayılan neft-qaz resursları ilə bağlıdır. Bununla belə, 
ümumi qazma prosesinin özünün də tərəqqisi daha çox neft amilinə istinad edir. Su hasilatı ilə 
intensiv xarakter alan, iki əsr əvvəl isə duz axtarışlarında yerin daha dərin qatlarını əhatə edən 
əməliyyatlar neftli laya düşdükdən sonra sənaye üsullu qazma erasının başlanğıcına zəmin 
yaratdı. Okeanın hər iki sahilində eyni vaxtda neft hasilatına sürət verən mexaniki qazma 
təşəkkül tapdı. Hasilatda dərinlik nasoslarının tətbiqinə başlandı. İlk dərinlik nasosu da ABŞ-dan 
15 il öncə 1876-cı ildə Bakı mədənlərində sınaqdan çıxdı. Texniki-texnoloji proses kimi qazma 
praktiki keyfiyyətini aşaraq elmi-nəzəri məzmun aldı. Bu elmin formalaşmasında və tərəqqisində 
Azərbaycanın alim və mütəxəssislərinin payı az olmamışdır. Müasir mərhələdə qazma sahəsində 
nəzəri-təcrübi tədqiqat işlərinin genişlənməsi daha vüsətli xarakter almışdır. Bununla yanaşı, 
onun strukturun texnoloji təkmilləşməsində növbəti əsaslı dəyişikliklər baş verir. 
Milli neft-qaz sənayesində qazma işlərinin intensivləşən ilk mərhələsi respublika ərazisində 
məhsuldar, iri yataqların tətbiqində axtarış, geoloji-kəşfiyyat prosesinin genişləndirilməsi ilə 
əlaqədar olmuşdur. XIX yüz illiyin sonunda sahənin dinamikası statistik uçotda öz əksini 
tapmağa başlamışdır. Bu ərəfədə artıq Azərbaycanda qazma yüz min metrlik parametrləri aşmış, 
bütün Rusiya üzrə ümumi həcmin 
2
/
3
 hissəsini təşkil etmişdir. Sovetləşmə dövründə isə qazma 
statistikasının palitrası genişlənərək, onun göstəricilər düzümü istismar və  kəşfiyyat qazması 
kimi təsnifatda, yeni məzmunda formalaşmışdır.  
Neft sənayesi tarixində baş verən kataklizmlər, tənəzzüllü meyllər qazma dinamikasında da 
əks olunmuşdur. Bununla belə, onun XX əsr tarixinin 80 ilindən çoxuna yüksələn dinamizm 
xasdır. 1952-ci ildə respublikada qazmanın həcmi rekord səviyyəyə 1665 min metrə qalxmışdır. 
Bu zaman kəsiyin ümumi qazmada kəşfiyyat qazmasının payının və  həmçinin ümumi 
dərinliyinin artması, onun iqtisadiyyatında yüksəliş templərini ifadə etmişdir. Axtarış, geoloji-
kəşfiyyatın 1940-50-ci illərdə  dənizə, onun dərin qatlarına yan alması qazma işində ETT-nin
texnoloji təkmiləşdirmənin inkişaf perspektivi ilə  əlaqədə mümkün olmuşdur. Sürətlənən 
proseslər respublikada qazma avadanlıqları, neft maşınqayırma sənayesinin təşəkkülünə  rəvac 
vermiş, onun texniki-texnoloji təchizatına əsaslı keyfiyyət dəyişiklikləri gətirmişdir. Çox çətin, 
mürəkkəb inkişaf yolu qət edən qazma prosesi əl  əməyinə  əsaslanan primitiv istehsal üsullu 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə