E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə43/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   39   40   41   42   43   44   45   46   ...   121

 
90
Sxem 3 
 
ARDNŞ-in əsas təchizat partnyorlari 
 
 
 
 
AZAL AVİA 
Şirkəti 
Elektrik istehsalı 
müəssisələri 
Dəmiryolu 
idarəsi 
 
 
NEFT-QAZ 
 
Digər xarici və 
daxili podratçılar 
KOMPLEKSİ 
 
 
 
 
 
 
 
 
Sxemdən göründüyü kimi, neft kontraklarını əhatə edən kompleksin təchizatında nəqliyyat 
təşkilatları  ən geniş  şəbəkədə  təmsil olunmuşlar. Onların neft kontraktlarını  əhatə edən 
kompleksin təchizatında xüsusi çəkisi digər sahələrə nisbətdə daha çoxdur. Təchizat sistemində 
ARDNŞ-ə  mənsub üzən qurğuların istismarını  həyata keçirən müvafiq təşkilatın rolu çox 
yüksəkdir. Belə ki, «Əsrin kontraktı» çərçivəsində  məhz köhnə qurğuların modernizasiyasına 
daha miqyaslı, orta hesabla 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Əvvəllər 
Xəzər dənizində neftqazçıxarmanı həyata keçirən şərti sıralı - «Şelf» adlı dərin qazma qurğuları 
modernləşdirilmiş və hazırda «İstiqlal», «Dədə Qorqud» və «Qurtuluş» adı altında fəaliyyətlərini 
davam etdirirlər. Hazırda Xəzərin ən dərin qatı - 1000 metirlik civarı aşan sahədə qazma işlərini 
görmək üçün yeni möhtəşəm qurğu «Lider» istismara verilmişdir. 
Neft kontraktları  əsasında sahələrarası  əlaqələr sferasında investisiyaların rolu yüksəkdir. 
Məlumdur ki, Xəzərdə çalışan neft kompaniyaları Azərbaycanın neft və qeyri-neft sektoru ilə 
təmaslarını investisiyalar vasitəsi ilə reallaşdırırlar. 2001-ci ilin yekunlarına görə, ölkəyə 
yönəlmiş investisiyaların 2 milyard dolları daxili sərmayəçilərin payına düşməsinə baxmayaraq, 
iqtisadiyyata və sosial sahələrə yönəldilən bütün sərmayələrin 70%-ni xarici sərmayələr təşkil 
etmişdir. Bununla belə qeyd olunmalıdır ki, qeyri-neft sektoruna yönəlmiş birbaşa xarici 
sərmayələrin xüsusi çəkisi aşağıdır. Respublika iqtisadiyyatına yönəldilən sərmayələr ilk 
növbədə neft-qaz resursları ilə  əlaqəlidir. Məntiqi baxımdan bu, zamanı  məqamla uzlaşan 
reallıqdır. Bununla belə, yaranmış reallığından yeni iqtisadi müstəviyə keçid də  təmin 
olunmalıdır. Neft strategiyası yalnız neft sektoru ilə  məhdudlaşmır. Onun ümdə ideyasının 
fövqündə neft industriyasının tərəqqisi  əsasında iqtisadiyyatın digər sahələrində  əlverişli mühit 
yaratmaqla yeni təkanlı iqtisadi inkişafa nailolma dayanır. Bir faktı da vurğulamaq lazımdır ki, 
investisiyon prosesin qaynaq elementi kimi, milli karbohidrogen ehtiyatları çıxış etsə də, ölkəmiz 
sərmayəçilər üçün hələ də riskli məkan olaraq qalır. Bu risklilik amilini də bu günün reallıqları 
ilə təbii saymaq olar. Heç şübhəsiz ki, yeni demokratik və institusional dəyişmələr investisiyon 
riskin mülayimləşməsində  də  əks olunacaqdır.
 
Aşağıda 2003-cü ilin əvvəlində Azərbaycanda 
bağlanmış neft kontraktları üzrə investisiya qoluşlarını əks etdirən cədvəl verilmişdir: 
 
 
 
 
 
 
 
Xəzər gəmiçiliyi 
Azərneftkimyamaş SC 
Üzən Qurğuların 
istismarı 
təşkilatı 


 
91
Cədvəl 26 
 
Neft kontraktlari üzrə  01.01.2003-tarixinə sərmayələrin 
faktiki proporsiyasi 
/milyon ABŞ dolları ilə
№ 
Neft kontraktlari 
Birbaşa 
sərmayələr 
Bonus, akrhesabı, 
dövretmə ödənişləri 
Cəmi 

Azəri, Çiraq, Günəşli 
3941 323  4264 

Qarabağ 
114 68  182 

Şahdəniz 
650 43  693 

Dan ulduzu 
56 9  66 

Lənkəran, Taliş dəniz 
99 17 116 

Yalama /d-222/ 
14 7  21 

Oğuz 
55 12  68 

Abşeron 
135 14  149 

Naxçıvan 
175 13  187 
10  Kürdaşi 
116 42  158 
11  Qobustan 
4 -  4 
12  İnam 
101 36  137 
13  Muradxanli 
24 1  25 
14  Alov, Araz, Şərq 
25 132 157 
15  Kürsəngi 
124 2  126 
16  Yanan-tava 
143 13  156 
17  Zəfər-məşəl 
72 100 171 
18  Savalan, Dalğa, Lerik-dəniz, Cənub 
- -  - 
19  Padar 
- 1  1 
20  Mişovdağ 
53 -  53 
21  Zix-Hövsan 
- -  - 
22  Pirsaat 
- -  - 
Cəmi 
5901 833  6734 
 
Cədvəldən göründüyü kimi, neft sektoruna yönələn investisiyaların  əsas hissəsini birbaşa 
sərmayələr təşkil edir. Bu sərmayələr ümumi investisiya qoyuluşlarının 6/7 hissəsinə bərbərdir. 
Getdikcə bu nisbət daha da artacaqdır. Çünki bonuslar şəklində verilən valyutalar əksərən 
birdəfəlik ödənj təyinatlıdır və gələcəkdə bu tip investisiyalar içərisində yalnız icarə şəbəkəliləri 
qalmaqda davam edəcəklər. 
Neft kontraktlarının sferasında fəaliyyətin sahəvi infrastrukturdan faydalanması 
perspektivləri üzrə apardığımız təhlil müvafiq nəticələri şərtləndirmişdir: 
Azərbaycan Respublikasında bağlanmış neft kontraktlarının milli neft sənayesinin sahəvi 
infrastrukturundan istifadə diopazonu genişləndirilməlidir. Bunun üçün müqavilə  şərtlərindən 
irəli gələn bir sıra maddələrin konyukturaya uyğun olaraq təkmilləşdirilməsi və yenidən 
işlənməsi təşəbbüsləri gerçəkləşdirilməlidir. Müstəqil formatda isə  aşağıdakı  tədbirlər 
görülməlidir: 
1.
 
neft emalı zavodlarının universal standartlara uyğun modifikasiyasını reallaşdırmaq; 
2.
 
kontraktlar çərçivəsində Azərbaycana çatacaq neftin mümkün hissəsinin emal və hazır 
məhsul istehsalına yönəldilməsini təmin etmək; 
3.
 
yeni mini qaz emalı zavodları inşaa etmək; 
4.
 
«Əsrin kontaktı»dan irəli gələn tələblərə müvafiq olaraq Bakı neft maşınqayırma 
zavodlarının rekonstruksiyasını reallaşdırmaq və onların müvafiq monoqramlar 
almasını təmin etmək; 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə