E. M. Hacızadə Z. S. Abdullayev


İstehsalın texnika ilə yenidən silahlandırılması



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə46/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   42   43   44   45   46   47   48   49   ...   121

 
96
İstehsalın texnika ilə yenidən silahlandırılması - yeni texnikanı  və mütərəqqi 
texnologiyanı tətbiq etmək, neftqazçıxarma proseslərini mexanikləşdirmək və avtomatlaşdırmaq 
yolu ilə ayrı-ayrı neftqazçıxarma idarələrinin texniki səviyyəsini müasir tələblər səviyyəsinə 
yüksəltmək üzrə  həyata keçirilən kompleks təşkilati-texniki tədbirlərdən ibarətdir. Texnika ilə 
yenidən silahlandırılma neftqazçıxarma idarələrinin texniki inkişaf planına uyğun olaraq ayrı-
ayrı obyektlər və  iş növləri üçün layihələr və smetalar üzrə  həyata keçirilir. Mövcud 
neftqazçıxarma idarələrin texnika ilə yenidən silahlandırılmasında məqsəd neft-qaz hasilatını hər 
vasitə ilə intensivləşdirməkdən, neft sənayesinin struktur bölmələrinin istehsal gücünü 
artırmaqdan və ondan istifadəni yaxşılaşdırmaqdan, iş yerlərinin sayını azaltmaqdan, neft-qaz 
hasilatının material tutumunu və maya dəyərini aşağı salmaqdan, material və yanacaq-energetika 
ehtiyatlarına qənaət etməkdən, neftqazçıxarma sənayesinin istehsal-təsərrüfat və digər fəaliyyət 
növlərinin texniki-iqtisadi göstəricilərini yaxşılaşdırmaqdan ibarətdir. Neft hasil edən dünya 
ölkələrinin, o cümlədən Azərbaycan neft sənayesinin təcrübəsi göstərir ki, mövcud 
neftqazçıxarma idarələrinin texnika ilə yenidən silahlandırılması, yenidən qurulması  və 
genişləndirilməsi neft hasilatının səmərəliliyinin yüksəldilməsində 
və onun 
intensivləşdirilməsində mühüm rol oynayır. Belə ki, Azərbaycanda 1996-2003-ci illərdə neft 
hasilatının bütün əlavə artımının  əksər hissəsi mövcud neftqazçıxarma idarələrinin yenidən 
qurulması  və texnika ilə yenidən silahlanma səviyyəsinin yüksəldilməsi nəticəsində  əldə 
edilmişdir. 
Neftqazçıxarma idarələrinin genişləndirilməsi və yeni obyektlərin tikintisindən fərqli 
olaraq yenidən qurma və texnika ilə yenidən silahlandırma zamanı mövcud bina və qurğulardan, 
neftqazçıxarma infrastrukturlarından istifadə olunur. İnvestisiya qoyuluşunun çox hissəsi yeni, 
daha məhsuldar avadanlığın alınmasına və quraşdırılmasına sərf edilir, neftqazçıxarma 
idarələrində  həyata keçirilən tikinti-quraşdırma işlərinin xüsusi çəkisi isə nisbətən az olur. 
Yenidən qurma və texnika ilə yenidən silahlandırılmanın iqtisadi üstünlüyü də məhz bundadır.  
Neft sənayesində tikinti-quraşdırma işlərinin iqtisadi mahiyyəti neft-qaz hasilatının lazımi 
sürətini və miqyasını, istehsal və qeyri-istehsal təyinatlı obyektlərin inkişafındakı optimal 
nisbətləri, istehsalın maddi bazasının inkişafını, yeni texniki vasitələrin tətbiqini təmin etməkdən 
ibarətdir. Tikintisi başa çatdırılmamış  və istifadəyə verilməsi üçün hazırlanmış istehsal 
obyektləri, neft-qaz quyuları, qurğular, estekadalar, dambalar, boru kəmərləri və digər bu kimi 
müvafiq obyektlər tikinti məhsullarıdır. 
Neft sənayesində tikinti-quraşdırma işləri istehsal və qeyri-istehsal obyektlərinin tikilməsi 
və onlarda avadanlıqların quraşdırılması ilə əlaqədar görülən bütün işləri özündə əks etdirir. 
Tikinti işlərinə aiddir: bina və qurğuların, qazma vışkasının ucaldılması, qazma 
avadanlıqlarının quraşdırılması üçün özül, bünövrə və dayaq konstruksiyaların qurulması, tikinti 
sahəsinin öyrənilməsi, ərazinin tikinti üçün hazırlanması, sanitar-texniki və elektrik quraşdırma 
işləri. 
Quraşdırma işlərinin tərkibinə aiddir: qazma, enerji və digər növ avadanlıqların yığılması 
və quraşdırılması, neft və qaz quyularının qazılmasına hazırlıq işləri, neft rezervuarlarının və 
traplarının quraşdırılması, qaz anbarlarının tikilməsi və sair. 
Neft sənayesinin bölmələrində tikinti-quraşdırma işlərinin həyata keçirilməsinin 
özünəməxsus fərqləndirici cəhətləri vardır. 
Qazma kontorlarında quyu tikintisinin istehsal tsiklinin tərkibinə  aşağıdakı  işlər daxil 
edilir:  
1.
 
vışkanın tikintisinə hazırlıq işləri; 
2.
 
vışkanın və vışkayanı qurğuların tikilməsi; 
3.
 
qazma və energetika avadanlıqlarının quraşdırılması; 
4.
 
istehsalın təşkili şərtlərində nəzərdə tutulmuş fasilələr; 
5.
 
qazma işlərinə hazırlıq; 
6.
 
quyunun qazılması ilə əlaqədar olan bütün işlər
7.
 
quyunu qazıb qurtardıqdan sonra məhsuldarlığının yoxlanılması; 


 
97
8.
 
quyunun mənimsənilməsinə hazırlıq; neft layının açılması  və quyunun istismara 
verilməsi ilə əlaqədar olan işlər; 
9.
 
buruğun sökülməsi ilə bağlı işlər.  
Quyu tikintisi tsiklinin tərkibinə daxil olan işlər arasındakı nisbət çevrəsində quyu tikintisi 
tsiklinin quruluşunu səciyyələndirir. 
Əsas fondların təkrar istehsalı formasından asılı olaraq investisiya qoyuluşunun tərkibində 
tikinti-quraşdırma işlərinin xüsusi çəkisi dəyişilir, yəni neft-qaz hasilatının artırılması 
zəruriliyindən geoloji-kəşfiyyat və qazma işlərinin həyata keçirilməsi ilə  əlaqədar tikinti-
quraşdırma işlərinə çəkilən xərclərin payı çoxalır. 
Tikinti-quraşdırma işləri  əsas fondların geniş  təkrar istehsalının başlıca mənbəyidir. O, 
neftqazçıxarma idarələrinin maddi bazasının möhkəmləndirilməsini təmin edir, əmək 
kollektivinin mədəni-məişət  şəraitinin yaxşılaşdırılmasında aparıcı rol oynayır. Bu baxımdan, 
tikinti-quraşdırma işləri investisiya qoyuluşunun praktiki olaraq həyata keçirilməsidir. 
İnvestisiya qoyuluşu - istehsal və qeyri-istehsal sahələrində əsas fondların sadə və geniş 
təkrar istehsalı üçün nəzərdə tutulan maliyyə  vəsaitlərini özündə  əks etdirir. Müasir dövrdə 
neftqazçıxarma sənayesinin inkişafına investisiya qoyuluşu müəyyən edilərkən respublikamızın 
iqtisadiyyatının neft və qaza, həmçinin neft məhsullarına olan tələbatı, yeni neft-qaz yataqlarının 
aşkar edilməsinin zəruriliyi nəzərə alınır. 
Neft sənayesinin struktur bölmələrində investisiya qoyuluşunun tərkibi və quruluşu eyni 
deyildir. Məsələn, qazma kontorlarında investisiya qoyuluşunun tərkibinə  aşağıdakı  məsrəflər 
daxil edilir: 
1.
 
tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə çəkilən xərclər; 
2.
 
qazma işlərini həyata keçirmək üçün lazım olan qazma avadanlıqlarının 
alınmasına, gətirilməsinə və quraşdırılmasına çəkilən xərclər; 
3.
 
geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsinə çəkilən xərclər; 
4.
 
inzibati-idarəetmə aparatının saxlanılmasına çəkilən xərclər; 
5.
 
infrastruktur bölmələrinin yaradılmasına və  ətraf mühitin mühafizəsinin 
qorunmasına çəkilən xərclər. 
İnvestisiya qoyuluşunun tərkibinə daxil olan xərclər arasındakı nisbətin faizlə ifadəsi onun 
quruluşunu təşkil edir. İnvestisiya qoyuluşunun sahəvi, texnoloji və  təkrar istehsal quruluşunu 
fərqləndirirlər. 
İnvestisiya qoyuluşunun sahəvi quruluşu  bütövlükdə iqtisadiyyatın, yaxud ayrıca 
götürülmüş  sənaye sahəsinin,  şirkətin, müəssisənin ayrı-ayrı struktur bölmələri arasında 
investisiya qoyuluşunun bölgüsünü səciyyələndirir. Sənayenin sahə quruluşu onun tərkibinə daxil 
olan sahələr və istehsallar arasındakı  kəmiyyət nisbətini xarakterizə edir. Sənayenin sahə 
quruluşu ictimai əmək bölgüsünün, sahələrin differensiallaşdırılması  və ixtisaslaşdırılmasının 
səviyyəsini əks etdirir. O, sahələr arasındakı nisbətlər və qarşılıqlı əlaqələr, sahələr və istehsallar 
arasındakı ictimai əmək bölgüsü, sənaye istehsalında onların rolu haqqında fikir yürütməyə 
imkan verir. İnvestisiya qoyuluşunun sahəvi quruluşu sənayenin ayrı-ayrı sahələrinin inkişaf 
istiqamətlərini, sürətini və səviyyəsini müəyyən edir.
 
İqtisadiyyatın sahələri arasında investisiya 
qoyuluşunun dinamikası aşağıdakı cədvəldə verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə