E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə47/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   43   44   45   46   47   48   49   50   ...   121

 
98
Cədvəl 27 
1994-2001-ji illərdə iqtisadiyyatin sahələri arasi  
investisiya qoyuluşunun dinamikasi 
/milyard manat
İllər 
xarici investisiya 
daxili investisiya 
cəmi 
1995 
1657,0 746,4  2403,4 
1996 
2667,5 1338,0  4003,5 
1997 
5212,0 1543,6  6755,6 
1998 
5695,0 1780,5  7475,5 
1999 
4493,0 1976,1  6469,1 
2000 
4147,5 2301,5  6449,0 
2001 
5083,9 2188,7  7272,4 
 
İnvestisiya qoyuluşunun texnoloji quruluşu - qurğuların tikintisinə, maşın və 
avadanlıqların alınmasına, gətirilməsinə və onların quraşdırılmasına çəkilən məsrəflər arasındakı 
nisbəti səciyyələndirir.  Əsas fondların aktiv hissəsinin təkrar istehsalına çəkilən məsrəflərin 
xüsusi çəkisini artırmaqla, investisiya qoyuluşunun texnoloji quruluşunu səmərəliliyini xeyli 
artırmaq olar. Neft sənayesində investisiya qoyuluşunun texnoloji quruluşu onun tərkibində 
kəşfiyyat və istismar qazması xərclərinin və quraşdırılması tələb olmayan və tikinti obyektlərinin 
smetasına daxil edilməyən iş maşın və avadanlıqların mövcudluğu hesabına iqtisadiyyatın digər 
sahələrində olan quruluşdan fərqlənir. Belə ki, neft sənayesində investisiya qoyuluşunun 
texnoloji quruluşu, təqribən aşağıdakı kimidir: 
1.
 
qazma işlərinin həyata keçirilməsinə çəkilən xərclər - 45%; 
2.
 
iş maşın və avadanlıqların alınmasına, gətirilməsinə  və quraşdırılmasına çəkilən 
xərclər - 30%; 
3.
 
tikinti-quraşdırma işlərinə çəkilən xərclər isə 25% təşkil edir. 
Hazırda respublikamızda kəşfiyyat qazma işlərinin səmərəliliyi aşağı düşür, çünki əvvəlki 
illərdən fərqli olaraq geoloji-kəşfiyyat işlərinin əksər hissəsi Xəzər dənizi hövzəsinin Azərbaycan 
Respublikasına məxsus olan hissəsində daha mürəkkəb təbii-joğrafi şəraitdə yerinə yetirilir və bu 
da həmin işlərin dəyərini xeyli artırır. Digər tərəfdən, neft və qazın çıxarılması üçün yeni daxil 
edilən istehsal gücləri neft-qaz hasilatını ciddi surətdə artırmır, yalnız hələlik onların təbii 
azalmasının qarşısını alır. Hazırda mövcud neft hasilatının artırılmış  həcmi ARDNŞ-nin az 
məhsuldar yataqların istismarından  əldə edilir və imzalanmış neft kontraktları hesabına yaxın 
gələcəkdə neft-qaz hasilatı həcminin xeyli artırılması gözlənilir. 
Müasir dövrdə  Xəzər dənizinin Azərbaycan sektorundan neftin çıxarılması  və neft-qazın 
dünya bazarlarına nəql edilməsi üçün boru kəmərlərinin çəkilməsi üzrə tikinti-quraşdırma işləri 
mürəkkəb və  sərt iqlim şəraitində  həyata keçirilir ki, bu da investisiya qoyuluşunun xüsusi 
məsrəfini xeyli dərəcədə artırır. 
İnvestisiya qoyuluşunun texnoloji quruluşu o halda mütərəqqi quruluş hesab edilir ki, onun 
tərkibində iş maşın və avadanlıqların alınmasına, gətirilməsinə və iş yerlərində quraşdırılmasına 
çəkilən xərclərin xüsusi çəkisi digər xərclərə nisbətən çox olur. Çünki bu zaman eyni həcmdə 
investisiya qoyuluşu ilə daha çox məhsul əldə etməyə imkan yaranır. Ümumiyyətlə, investisiya 
qoyuluşunun ümumi həcmində istehsalın texnika ilə yenidən silahlandırılması  səviyyəsinin 
yüksəldilməsinə, mexanikləşdirilməsi
 
və avtomatlaşdırılması  dərəcəsinin artırılmasına, mövcud 
maşın və avadanlıqların müasir dövrün tələblərinə cavab verməsi üçün onların 
modernləşdirilməsinə, mövcud istehsalların yenidən qurulmasına çəkilən xərclərin payının 
artması investisiya qoyuluşunun texnoloji quruluşunun yaxşılaşdırılması yollarındandır. 
İnvestisiya qoyuluşunun texnoloji quruluşunu xarakterizə edən məlumatların dinamikası 
aşağıdakı cədvəldə verilmişdir. 
 
 
 


 
99
Cədvəl 28 
İnvestisiya qoyuluşunun texnoloci quruluşu 
/
faizlə

İllər 
Tikinti-quraşdırma 
işləri 
Avadanlıqların 
alınması 
Sair işlər 
Cəmi 
1995 
52,4 23,5 
24,1 
100 
1996 
60,9 23,5 
15,6 
100 
1997 
67,9 16,4 
15,7 
100 
1998 
75,3 5,9 
18,8 
100 
1999 
52,8 30,6 
16,6 
100 
2000 
42,6 23,5 
33,9 
100 
2001 
33,0 15,9 
51,1 
100 
 
İnvestisiya qoyuluşunun təkrar istehsal quruluşu - bir tərəfdən, yeni obyektlərin 
tikintisinə, digər tərəfdən isə mövcud istehsalların texnika ilə yenidən silahlandırılması 
səviyyəsinin yüksəldilməsinə yönəldilmiş xərclər arasındakı nisbəti əks etdirir. Təkrar istehsal - 
istehsal prosesinin fasiləsiz olaraq yenidən başlanması, daim təkrarlanmasıdır; maddi nemətlərin, 
iş qüvvəsinin və istehsal münasibətlərinin təkrar istehsalını  əhatə edir. İstehsal prosesinin 
dəyişməz ölçüdə  təkrar olunduğu sadə  təkrar istehsal və onun artan miqyasda yenidən 
başlanmasından ibarət geniş təkrar istehsal fərqləndirilir. İnvestisiya qoyuluşunun təkrar istehsal 
quruluşu aşağıdakı cədvəldə verilmişdir. 
Cədvəl 29 
İnvestisiya qoyuluşunun təkrar istehsal quruluşu
 
/faizlə/ 
İllər 
Texniki 
təchizat 
Müəssissələrin 
genişləndirilməsi 
Yeni 
müəssisələrin 
inşaası 
Digər obyektlər 
üzrə 
Cəmi 
1995 
55,4 25,4  18,1 0,1 
100 
1996 
33,8 6,8  52,3 2,1 
100 
1997 
38,2 23,5  35,5 2,8 
100 
1998 
51,7 8,9  37,2 2,2 
100 
1999 
54,5 9,9  32,1 3.5 
100 
2000 
55,5 9,7  33,0 3,3 
100 
2001 
50.3 12,7  34,6 3,4 
100 
 
Müasir dövrdə  sənaye istehsalının inkişafına investisiya qoyuluşunun həcmi müəyyən 
edilərkən mövcud istehsalın və yeni tikintilərin inkişafının obyektiv zəruriliyindən çıxış edilir. 
Bu zaman həmin obyektlərin sənaye istehsalının həcminin artırılmasındakı rolu nəzərə alınır. 
Ümumi şəkildə istehsal dedikdə, cəmiyyətin mövcud olması və inkişafı üçün zəruri olan maddi 
nemətlər istehsalı və xidmətlər göstərilməsi prosesi nəzərdə tutulur. İstehsal insan həyatının təbii 
şərti olub, digər fəaliyyət növlərinin də maddi əsasını təşkil edir. İstehsal cəmiyyətin inkişafının 
bütün pillələrində mövcuddur. Konkret istehsal şəraitindən asılı olaraq istehsalın məzmununu 
əmək prosesi müəyyən edir və üç şərti: əməkəmək cisimləri və əmək alətlərinin mövcudluğunu 
nəzərdə tutur. 
İstehsalın iki növünü: maddi və qeyri-maddi növlərini fərqləndirirlər. Maddi istehsalın əsas 
meyarı  əmək vasitələrinin köməyi ilə  təbiət cisimlərinə  təsir göstərməsidir. Maddi istehsal 
sahəsinə  sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı, istehsala xidmət edən rabitə, habelə 
istehsalın gedişini davam etdirdikdə və maddi nemətləri istehlakçılara çatdırmaqda iştirak edən 
ticarət, ictimai iaşə, maddi-texniki təchizat və sair aiddir. Qeyri-maddi istehsal sahəsinin 
fəaliyyəti maddi istehsal sahəsindən fərqli olaraq, təbiətin maddəsi və qüvvələrinə  dəyişdirici 
təsirlə  əlaqədar deyil, bilavasitə  əmək vasitələri yaradılması ilə  səciyyələnmir və insanla təbiət 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə