94
məqsədi ilə məxsusi energetik strategiya formalaşdırmağa və gerçəkləşdirməyə məhkumdur.
Energetik strategiyanın optimal forması bizimlə müəyyən təzahür
paralelləri olan Rusiyada
1992-ci ildən başlayaraq geniş tətbiq olunur.
Azərbaycanın ərazisinin 70%-i neft-qaz resursları ilə perspektivlidir. Kontraktların əhatə
etdiyi zonada hasilat yaxın 10-12 il ərzində apogeyə yüksələcəkdir. Onilliyin sonunda təkcə
«Azəri-Günəşli» və «Çıraq» platformasından gündə 1 milyon barrel, ildə isə 56-57 milyard ton
neft hasil ediləcək və gəlir toplumunda bu miqyas hər il 9 milyard dollara ekvivalent olacaqdır.
Ölkənin kəşf olunmuş və perspektiv təbii qaz potensialı da 1-2 trilyon m
3
civarında hesablansa da
daxili istehlak tələbləri müasir vaxtda 50% miqdarında təmin olunur. Belə ki, hazırda Bakı,
Sumqayıt və 48 inzibati regional əraziyə qaz verilir. Rayonlara verilən qazın miqdarı çox kiçik
həcmdədir və illik olaraq 200-250
milyon m
3
təşkil edir. Bakı şəhərinə gündəlik olaraq 9,3-9,7
m
3
həcmində verilən
təbii qazın miqdarı da kifayətedici deyildir. Vurğulanmalıdır ki, «Şahdəniz»
layihəsi sankiyalaşdırıldıqdan 4-5 il sonra Azərbaycan nəinki daxili ehtiyaclarını dolğun təmin
edəcək və hətta Avropa bazarına fəal təbii qaz ixrac edən dövlətlərdən birinə çevriləcəkdir. Milli
energetik gücün dəyərləndirilməsi və qlobal proseslər reallığından çıxış edərək iqtisadiyyatın
energetik strategiya kontekstində proqnozlaşdırılan inkişaf səviyyəsinin təmin olunmasında
YEK-də enerji resurslarının mümkün artımına nail olmaq və bu resurslardan istifadənin
effektivliyini yüksəltmək kimi mühüm məsələnin həlli vacib sayılmalıdır. Məhz ÜDM-in artım
templərinin təmin edilməsi iqtisadiyyatın enerji effektivliyinin köklü yüksəlişi ilə bağlı olacaqdır.
95
III HİSSƏ
RASİONAL TƏSƏRRÜFAT QURUCULUĞU VƏ
İNVESTİSİYON SİYASƏT
VII FƏSİL
NEFT-QAZ SƏNAYESİNDƏ İNVESTİSİYA QOYULUŞU VƏ ONDAN
İSTİFADƏ İSTİQAMƏTLƏRİ
7.1. İnvestisiya qoyuluşunun mahiyyəti, tərkibi və quruluşu
Neft hasilatının və əmək məhsuldarlığının müntəzəm surətdə artmasının, elmi-texniki
tərəqqi və istehsalın səmərəliliyinin yüksəldilməsinin, deməli, neftqazçıxarma sənayesinin
mənfəətlə işləməsinin əsas vasitələrindən biri bütövlükdə bu sahənin əsas fondlarının geniş təkrar
istehsalını müəyyən edən əsaslı tikintidən və ona yönəldilən investisiyanın həcmindən ibarətdir.
Əsaslı tikinti əsas fondların yaradılmasının
bütün mərhələlərini, yəni obyektlərin
layihələşdirilməsindən başlamış ta onların işə salınmasınadək olan mərhələləri özündə əhatə edir.
Əsaslı tikinti prosesinin əsas mərhələsi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi və
tikilməkdə olan obyektlərin işə salınmasının təmin edilməsidir.
Azərbaycanın neft sənayesində əsaslı tikintinin müntəzəm olaraq böyük həcmdə
aparılması, onun inkişafının bütün mərhələlərində neftqazçıxarma sənayesinin xarakterik
xüsusiyyəti ilə bağlıdır. Sovet hakimiyyəti illərində hər il milli gəlirin təqribən 20%-ə qədəri,
hazırda isə investisiya qoyuluşunun 50%-dən çoxu neftqazçıxarma sənayesinin əsas fondlarının
artırılmasına və təkmilləşdirilməsinə sərf olunur.
Neftqazçıxarma sənayesində əsaslı tikinti - iqtisadiyyatın
digər sahələrində olduğu kimi,
yeni obyektlərin tikilməsi, mövcud olanların isə yenidən qurulması, genişləndirilməsi və texnika
ilə yenidən silahlandırılması səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən tikinti-
quraşdırma işlərini əhatə edir. Hazırda əsaslı tikintinin keyfiyyətini və səmərəsini yüksəltmək,
tikinti istehsalını və layihə-smeta işlərini yaxşılaşdırmaq, tikintidə təsərrüfat
mexanizmini
təkmilləşdirmək məqsədilə iqtisadiyyatın digər sahələrində olduğu kimi, tikintidə də iqtisadi
islahatlar aparılır. Qarşıda tikinti istehsalının sənayeləşdirilməsi səviyyəsini daha da yüksəltmək,
tikintinin və quraşdırma işlərinin kompleks mexanikləşdirilməsini təmin edən mütərəqqi
texnologiyanı, maşın və mexanizmlər sistemini
geniş tətbiq etmək durur ki, bu da tikintidə əmək
məhsuldarlığını artırmağa, əl əməyinin həcmini aşağı salmağa, tikinti-quraşdırma işlərinin
dəyərini azaltmağa, investisiya tsiklini qısaltmağa, obyektlərin normativ müddətdə tikilib
istifadəyə verilməsini təmin etməyə imkan verəcəkdir.
Yeni tikinti dedikdə, yeni meydançalarda ilk dəfə təsdiq olunmuş layihə əsasında bina və
qurğuların,
infrastruktur obyektlərinin, neftqazçıxarma idarələrinin və onların struktur
bölmələrinin tikilməsi və işə salınması nəzərdə tutulur.
İstehsalın genişləndirilməsi - yeni layihə əsasında tikinti obyektlərinin ikinci və sonrakı
növbələrinin, əlavə istehsal komplekslərinin və infrastrukturlarının tikilməsi, fəaliyyət göstərən
neftqazçıxarma idarələrinin ərazisində yeni əsas istehsal sahələrinin yaradılması və ya
əvvəlkilərin genişləndirilməsidir. Mövcud neftqazçıxarma idarələrini
genişləndirərkən yeni
tikintiyə nisbətən istehsal gücü, adətən, daha tez müddətlərdə və az investisiya qoyuluşu ilə artır.
İstehsalın yenidən qurulması - vahid layihə əsasında texnoloji bölmələrdə və köməkçi
xidmətlərdə tam və ya qismən yeni avadanlıqların qurulması, yaxud mənəvi köhnəlmiş və fiziki
aşınmış avadanlığın əvəz edilməsi, istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, qeyri-
mütənasibliyin aradan qaldırılması ilə onun başqa cür /
məsələn, əsas istehsalın mövcud sexlərini
genişləndirmədən və yenilərini tikmədən, lakin lazımi hallarda köməkçi və xidmətedici təyinatlı
yeni obyektlərin tikilməsi və mövcud olanlarının genişləndirilməsi ilə/ qurulmasıdır.