E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə42/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   38   39   40   41   42   43   44   45   ...   121

 
88
Sxem 2 
 
Azərbaycan neft təsərrüfatinin sahəvi infrastrukturu 
NEFT-QAZ 
SƏNAYESİ 
 
 
NEFT 
NEFT 
 
ENERGETİKA 
MAŞINQAYIRMA
 
KİMYA 
Sxemdən göründüyü kimi, bu rabitə sistemində  əsas yerlərdən birini neft maşınqayırma 
kompleksi tutur. Qeyd olunmalıdır ki, neftin beşiyi olan Azərbaycanda son bir əsrdə yetərli 
funksionallığı ilə seçilən kaskad sistemli neft maşınqayırma kompleksi formalaşmışdır. Bu 
kompleks uzun bir tarixi dövr ərzində SSRİ-in neft-qaz sənayesi müəssisələrini neft 
maşınqayırması avadanlıqları ilə fasiləsiz təmin etmiş  və bu məhsulların bir hissəsi xaricə  də 
göndərilmişdir.
 
Belə ki, keçmiş SSRİ-də neft-qaz maşınqayırma avadanlıqlarına olan tələbin 
70%-ni və həmçinin 60-dan çox müxtəlif ölkələrə əsas təchizatı Bakı zavodları təmin etmişdir.
 
SSRİ dağıldıqdan sonra əsasən ittifaq nazirliklərinə tabe olan bu müəssisələr bir müddət sərbəst 
şəkildə  fəaliyyət göstərmiş, sonradan onların  əsas hissəsi yeni yaradılmış «Azərneftkimyamaş» 
təşkilatının, digər bir hissəsi isə ARDNŞ-in sərəncamına verilmişdir. 
«Azərneftkimyamaş» SC respublika neft sənayesinin təchizatında payı müasir məqamda 
20% həddində tərəddüd edir. Bu göstərici 10-15 il öncə 100 faizlik parametdə olmuşdur. İttifaqın 
dağılması,  ənənəvi bazarların itirilməsi vətən neft maşınqayırma sənayesinin iqtisadi həyatında 
istehsalın resessiyası ilə müşayiət olunmuşdur. Tam istehsal gücü ilə işləmə müvafiq zavodların 
texnoloji yeniləşməsinə mənfi təsir göstərmiş və renovasiya prosesini ciddi məhdudlaşdırmışdır. 
Əvvəllər 191 adda məhsul buraxlışını təmin edən müvafiq zavodlarda hazırda 91 çeşiddə istehsal 
davam etdirilir. Belə  vəziyyət Azərneftkimyamaş SC-nin daxili bazardakı payının da kəskin 
azalması ilə müşayiət olunmuşdur. Belə ki, SC-nin daxili bazarın təchizatında payı 1998-ci ildə 
37,3%-ə, 1999-cu ildə 22,6%-ə  və 2000-ci ildə 20,52%-ə düşmüşdür. Təşkilatın bir sıra 
müəssisələrində respublika üçün ənənəvi istehsal olunan məhsulların buraxılışı  rəqabət zəifliyi 
ilə əlaqədar tamamilə dayanmışdır. Nəticədə qiymət və keyfiyyət amillərinə rəğmən Azərbaycan 
neft sənayesinin təchizatında xarici partnyorların iştirak payı xeyli yüksəlmişdir. Hazırda 
ARDNŞ-ə  tələb olunan neftmaşınqayırması avadanlıqları  və hissələrinin 80%-ə  qədəri idxal 
hesabına təmin edilir. Təkcə 2000-ci ildə yalnız ARDNŞ  xarijdən 25,5 milyard manatlıq neft-
qaz avadanlıqları və digər müvafiq məhsullar almışdır. İdxal prosesində MDB ölkələrinin payı da 
azalmaqda davam edir. 2001-ci ildə ARDNŞ-in təchizatında uzaq xarijlə MDB məkanı 
ölkələrinin pay konfiqurasiyası 7:1 nisbətində olmuşdur. 
Respublikanın neft-qaz maşınqayırması avadanlıqları istehsal edən müəssisələrin potensial 
imkanları isə yetərlidir. İstehsal zəifliyində başlıca səbəb həmən zavodların universal standartlara 
uyğun olan məhsullar buraxlışını  təmin etməmələridir. Məhz buna görə  də, müasir mərhələdə 
maşınqayırma zavodlarının qarşısında neft-qaz avadanlıqlarının istehsalının keyfiyyətinin 
artırılması, beynəlxalq sertifikatlarda təcəssüm olunan məhsullar buraxılması problemi kəskin 
dayanır. Bu baxımdan həmən zavodlara lazımi investisiyaların yönəldilməsini təmin etməklə 
onların modifikasiyasına və dirçəldilməsinə nail olmaq mümkündür. Bunun üçün investisiya 
mənbəyi kimi həm xarici investorların sərmayəsi və həm də respublikanın öz daxili imkanları və 
xüsusən də Neft Fondunun təkrar istehsalı təmin edən transfertləri şərtləndirilir. 
Qeyd olunmalıdır ki, neft kontraktları  çərçivəsində Azərbaycanın neft maşınqayırma 
kompleksinin imkanlarında zəif istifadə olunur. Belə  vəziyyətin mövcudluğu səbəbsiz deyildir. 
Belə ki, «Əsrin kontraktı»nın 11-ci əlavəsində nəzərdə tutulmuş neft maşınqayırma zavodlarının 
dünyanın aparıcı neft profilli institutlarının sertifikatlarına müvafiqlik problemi ARDNŞ-in 


 
89
istənilən servis strukturunu müqavilə çərçivəsində təchizat və podratçılıq əməkdaşlığından kənar 
edir. «Əsrin kontraktı»nda əksini tapan bu müddəalar digər neft kontraktlarında da qismən özünü 
büruzə verir. Buna baxmayaraq, Bakı neft maşınqayırma zavodlarında bu standartlara yetişmədə 
müvafiq işlər görülür. Belə ki, 2000-ci ildə Bakı Maşınqayırma Zavodu beynəlxalq standartları 
əks etdirən iki növ məhsul buraxılışına, qazma boruları üçün qıfıl istehsalına nail olmuş  və 
Amerika Neft İnstitutunun müvafiq monoqramlarını /sertifikatlar API-01, API-07/  almışdır. Bu 
monoqramların alınmasının isə neft kontraktları ilə bağlılığı yoxdur. Burada məqsəd MDB 
bazarından faydalanmaq strategiyasından irəli gəlmişdir. Monoqram problemi digər müəssisələr 
üçün hələ də açıq qalmaqdadır. Kontraktlar çərçivəsində isə Bakı neft maşınqayırma zavodlarının 
məhsullarından istifadə problemi hələki həllini tapmamış və Azərbaycanın müvafiq müssisələrin 
bu sferada iştirakı təmin olunmamışdır. Buna baxmayaraq, tam gücü ilə işləməyən maşınqayırma 
zavodlarının neft kontraktlarında  əməkdaşlıq diapazonun genişlənməsi perspektivləri 
tükənməmişdir. Bunun üçün isə hökmən həmən zavodların modifikasiyası  və modernləşməsi 
problemi həllini tapmalıdır. Modifikasiya və modernizasiya probleminin investisiya 
təminatlılığında neft kontraktları mühüm rol oynaya bilər. Azərbaycan tərəfi qismən milli neft 
fondu hesabına bu zavodlarda bərpa və yenidənqurma işləri aparmaqla xarici partnyorlarını 
başlanan işlərin davamlılığına cəlb etmək təşəbbüsləri  əldə edə bilər. Belə strategiya olduğca 
iqtisadi  əhəmiyyətli və sosial nəticəli olacaqdır. Digər tərəfdən Yaponiyanın, Türkiyə  və 
Rusiyanın bir sıra  şirkətləri Azərbaycanın neft maşınqayırma kompleksinə universal standartlı 
məhsul buraxlışını  təmin edən investisiya qoyuluşlarına təşəbbüs etməkdədirlər. Burada hədəf 
MDB məkanındakı bazardan faydalanmaq və  həm də mümkün olduqca neft kontraktları 
sferasında müvafiq iqtisadi əlaqələrin qurulmasını təmin etməkdən ibarətdir. 
Neft kontraktları üzrə  əlaqəli sahələr sistemində YEK müəssisələri, xüsusən də, enerji 
istehsalı kompleksi mühüm yer tutur. Məlumdur ki, Azərbaycanda enerji istehsalının 80%-ni 
İstilik Elektrik Stansiyaları  /İES/ verirlər. Köhnə yataqlardan hasil edilən neftin hər il orta 
hesabla 4-4,5 milyon tonu mazut şəklində və təbii qazın 2-2,5 milyard m
3
-i enerji istehsal edən 
komplekslər yönəldilir. Respublikada son 7-8 ildə elektrik enerjisi qıtlığı müşahidə olunur. Bu 
vəziyyət ölkədə elektrik enerjisindən səmərəli istifadənin və onun istehsalın artmasını 
şərtləndirir. Qeyd olunmalıdır ki, respublikada istehsal edilən elektrik enerjisinin bir hissəsi də 
neft kontraktları çərçivəsində hasilatın təminatına məsrəf olunur. Belə reallıq isə heç şübhəsiz ki
neft kontraktları tərəfdaşları ilə iqtisadi münasibətlərin qurulmasında yeni şərtləri formalaşdırır. 
Neft kontraktları  çərçivəsində istehsal olunan enerjinin miqyasına varmadan həmən enerji 
miqdarında  İES-lərə müvafiq resurslar verilməlidir. Bu istiqamət iqtisadi əməkdaşlığın 
güclənməsində əhəmiyyətli olacaq və əlavə iqtisadi mənfəət gətirərək həm natural və həm də pul 
ifadəsində  səmərə  gətirəcəkdir. Elektrik enerjinin neft kontraktları zonasına yönələn hissəsi 
ölkənin digər ehtiyaclı sahələrində istifadəsi reallaşacaq. 
Azərbaycanda ötən  əsrin 60-70-ci illərində müvafiq effektli neft-kimya kompleksi intişar 
tapmışdır. İttifaqın dağılması burada da, tənəzüllü meylərlə müşayiət olunmuşdur. Məlumdur ki, 
neft-qaz resursları neft-kimyası üçün əvəzsiz xammal elementlərindədir. Bu səblərdən də 
Azərbaycanda neft-kimyası  sənayesinin  əsaslı yenidən qurulması ehtiyaclıdır. Neft 
kontraktlarının bu sahədə cari əməkdaşlıq  əlaqələri olmasa da, perspektivdə bu əməkdaşlığın 
inkişafı qaçılmaz olacaqdır. Belə ki, gələcəkdə Azərbaycanın iqtisadi qalxınmasında neft-kimya 
kompleksinin rolu artacaqdır. Heç şübhəsiz ki, daxili iqtisadi problemlər həllini tapdıqca 
respublika neft və iqtisadi strategiyasında hazır məhsul konsepsiyasına üstünlük verəcəkdir. Belə 
bir iqtisadi fakt mövcuddur ki, rentabelli sistemlərdə neft-kimyası məhsulunun effektivliyi neft 
və təbii qazın xam formalı satış dəyərindən 7-8 dəfə üstündür. 
Bütün bu gerçəkliklərlə yanaşı, Azərbaycan neft təsərrüfatını vahid kompleksdə ifadə edən 
ARDNŞ-in və o cümlədən, neft kontraktları  tərəfdaşlarının fəaliyyət fasiləsizliyinin təmin 
edilməsində  təchizatçı  və podratçı  təşkilatlarında rolu və  əhəmiyyəti yüksəkdir. Bu əlaqəlilik 
aşağıdakı sxemdə təqdim olunur: 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə