104
təmirə yararlılıq dedikdə isə istismar prosesi zamanı baş vermiş qüsurları aradan qaldırmaq
imkanları nəzərdə tutulur.
Texnikanın etibarlığı onun çox mühüm xarakteristikasıdır, çünki istehsalın
fasiləsiz
gedişatı, texnikanın təmirinə və ona qulluq edilməsinə çəkilən xərclər texnikanın etibarlığından
asılıdır. Bundan başqa, yüksək etibarlıq xarici bazarda maşın və avadanlıqların rəqabət
qabiliyyətli olmasının vacib şərtidir. Layihələşdirmə mərhələsində etibarlığın yüksəldilməsi ən
səmərəli konstruktiv nəticələrin seçilməsi, ümumiləşdirilmiş və standart elementlərdən,
ünsürlərdən maksimum istifadə olunması, materialların səmərəli seçilməsi, istismar üçün
rahatlığın, texnolojiliyin və təmirə yararlığın yaradılması ilə təmin edilir.
Mütərəqqi texnoloji proseslərin yaradılması - nəticəsində emal
obyektləri keyfiyyətcə
dəyişir. Texnoloji proses dedikdə, maddi istehsal sahələrində xammal, material, yarımfabrikat,
yaxud məmulat alınmasının, emalının və ya yenidən emalının üsul və vasitələrinin məcmusu
nəzərdə tutulur. Texnoloji proses dedikdə həmçinin istehsal prosesinin tərkib hissəsi olan hasilat,
emal, yenidən emal, daşınma, anbarayığma, saxlama əməliyyatları başa düşülür. Texnoloji
proseslərin səmərəliliyi
- məhsul vahidinə düşən xammal, material, yarımfabrikat, enerji
məsrəflərinin xüsusi çəkisi, hazır məmulatın keyfiyyəti, əmək məhsuldarlığının səviyyəsi,
prosesin intensivliyi, məhsulun maya dəyəri ilə səciyyələndirilir. Elmi-texniki tərəqqinin təsiri
altında texnoloji
proses daim təkmilləşdirilir, daha yaxşı son nəticələr verən yeniləri
mənimsənilir.
Çevik avtomatlaşdırılmış istehsalatlar və tullantısız texnologiyalar daha çox tətbiq
edilir.
Çevik avtomatlaşdırılmış istehsalatlar - rəqəmli proqramla idarə olunan dəzgahların,
emal mərkəzlərinin, mini HEM ilə birləşdirilən avtomatik anbarların daxil olduğu, müəyyən
idarəetmə proqramları dəsti ilə təhciz olunan və çoxnomenklaturalı maşınqayırma istehsalının
avtomatlaşdırılmasını təmin edən avtomatlaşdırılmış texnoloji sistemlərdir. Çevik
avtomatlaşdırılmış istehsalatlar bir məmulatın emalından tezliklə digərinə keçməyə, eyni
zamanda müxtəlif əməliyyatları yerinə yetirməyə imkan verir. Çevik avtomatlaşdırılmış
istehsalatlar istehsal tələbi ilə müəyyən olunan müxtəlif formalarda çox müxtəlif dəzgah
hissələrinin, mühərriklərin, nəqliyyat maşınlarının, turbinlərin düzəldilməsi üçün tətbiq edilir.
Çevik avtomatlaşdırılmış istehsalatların köməyi ilə geniş dairədə əməliyyatlar - kontur /çevrə/
frezerləmə,
səthin frezerlənməsi, burğu ilə deşmə, naxışkəsmə, xarrat-sıxaj emalı, karusel
dəzgahlarda emal, diş frezerlənməsi, cilalama və bir çox başqa əməliyyatlar yerinə yetirilir.
Çevik avtomatlaşdırılmış istehsalatlar dəqiqlik, itihərəkətlilik və davamlılıq kimi ən yüksək
tələblərə cavab verməlidir.
Tullantısız texnologiya - zamanı texnoloji prosesdə xammal ehtiyatları - istehsal-istehlak-
təkrar maddi ehtiyatlar tsiklində xammal və enerjidən daha səmərəli və kompleks istifadə olunur
və ətraf mühitə zərərli təsir göstərilmir. Aztullantılı texnologiyanın tətbiqi çox vaxt tullantısız
texnologiyaya keçidi qabaqlayır. Aztullantılı və tullantısız texnologiyanın
mahiyyəti - itgilərin və
tullantıların maksimum mümkün olan qədər və hətta tam aradan qaldırılmasından ibarətdir.
İstehsalın yüksək səmərəlilik dərəcəsinə nail olunması tullantıların təkrar istifadəsini və zərərsiz
olaraq qarşısının alınması zərurətini şərtləndirir.
Tullantısız texnologiyanın tətbiqi kompleks
prosesidir. Onun məqsədi istehsal-istehlak kimi qapalı sistemə, yəni istehsal və istehlak sahələri
ilə ətraf mühit arasında obyektiv şəkildə mövcud olan qarşılıqlı əlaqəni nəzərə almaqla qapalı
tullantısız tsikl yaratmağa nail olmaqdan ibarətdir. Tullantısız texnologiyanın səmərəliliyi
xammaldan istifadə əmsalı, məhsul istehsalına çəkilən xərclərin azaldılması, hazır məhsul
alınmasının artması, xammal hasilatına çəkilən məsrəflərin minimuma endirilməsi, investisiya
qoyuluşundan götürülən faydanın artması kimi göstəricilərlə ölçülə bilər.
Maliyyələşmə mənbələrinə görə investisiya qoyuluşu dörd qrupa ayrılır:
mərkəzləşdirilmiş investisiya qoyuluşu /dövlət büdcəsindən ayrılan vəsait hesabına yaradılır/,
qeyri-mərkəzləşdirilmiş investisiya qoyuluşu /əsasən, neftqazçıxarma idarələrinin əldə etdikləri
mənfəətlər hesabına yaradılır/, xarici investisiya qoyuluşu /xarici ölkələrin vəsaitləri hesabına
yaradılır/ və tikintidaxili ehtiyatlar hesabına əldə edilən vəsait. Son
illərdə mərkəzləşdirilmiş
105
investisiya qoyuluşunun həcmi xeyli azalmış, xarici investorlar tərəfindən ayrılan investisiya
qoyuluşlarının həcmi isə artmışdır. Aşağıda maliyyə mənbələri üzrə investisiya qoyuluşunun
bölgüsünü əks etdirən cədvəl verilmişdir:
Cədvəl 30
Maliyyə mənbələri üzrə investisiya qoyuluşunun bölgüsü
/
faizlə/
İllər
Dövlət
hesabina
Təşkilalarin
vəsait-ləri
Əhalinin
vəsaitləri
Xarici investorlarin
vəsaitləri
Cəmi
1995
13,0 44,0 8,0
35,0
100
1996
2,7 30,2 8,8
58,3
100
1997
2,2 26,0 5,7
66,1
100
1998
1,6 25,0 4,6
68,8
100
1999
1,5 20,5 5,8
72,2
100
2000
1,3 18,7 4,7
75,3
100
2001
1,5 16,0 5,0
77,5
100
2002
1,7 12,5 5,8
80,0
100
Cədvəl məlumatlarından görünür ki, 1995-2002-ci illərdə investisiya qoyuluşlarının əksər
hissəsini xarici investorların vəsaitləri təşkil etmişdir. Özü də xarici investisiyaların təqribən 37-
45%-i neftqazçıxarma sənayesinin inkişafına yönəldilmiş vəsaitlər təşkil edir və bu rəqəm ildən-
ilə artır. Bu onu göstərir ki, xarici sərmayəçiləri ən çox neft və qaz hasilatı maraqlandırır,
nəinki
iqtisadiyyatın digər sahələri. Hazırda Azərbaycan Respublikasında adambaşına düşən xarici
investisiyaların həcmi 160 dollar təşkil edir. İqtisadi sistemin inkişafında vacib amil və onun
inkişafının yeni mərhələsini əks etdirən bu göstərici üzrə Azərbaycan Respublikası nəinki əksər
MDB ölkələrini, hətta bazar iqtisadiyyatına keçidi daha əvvəllər başlamış bir sıra Şərqi Avropa
dövlətlərini də ötüb keçmişdir. Azərbaycan iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına
investisiyaların həcminə dair məlumatlar aşağıdakı cədvəldə verilmişdir:
Cədvəl 31
Azərbaycan iqtisadiyyatina bütün maliyyə mənbələri hesabina investisiyalar
/
milyon ABŞ dolları ilə/
İnvestisiyalar
1995
1996
1997
1998
1999
2000
Cəmi
544 933 1695 1982 1571 1469
o cümlədən:
xarici investisiyalar
375 621 1308 1522 1091 955
ondan:
neft sektoruna
140 417 780 944 553 574
o cümlədən:
ABƏŞ
140 416 619 598 312 245
digər neft kontraktları üzrə
- 1 161 346 241 329
Şübhəsiz ki, xarici investisiyaların həcminin son illərdə artmasınında əsas yeri «Əsrin
müqaviləsi» və sonrakı kontraktlar tutur. Bununla yanaşı, iqtisadiyyatın
digər sahələrinə də xarici
ölkələrin investorlarının marağı ildən-ilə artır. Qeyd etdiyimiz kimi, 20 sentabar 1994-cü il
tarixdə «Əsrin müqaviləsi» imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycan sektorundakı
hissəsində karbohidrogen yataqlarının işlənməsində iştirak edən ölkələrin joğrafiyası xeyli
genişlənmişdir. Bu onunla izah edilir ki, hazırda ölkə iqtisadiyyatına xarici investorların cəlb
edilməsi dövlət siyasətinin ən aparıcı istiqamətlərindən biri kimi qiymətləndirilir və Azərbaycan
Respublikasının Prezidenti H.Ə.Əliyev cənablarının 1996-cı ildə Londonda A.Smit adına
institutda, 1997-ci ildə ABŞ-a səfəri zamanı etdiyi çıxışlarda, dünyanın ən nüfuzlu informasiya
vasitələrinə verdiyi müsahibələrdə bu problem tam açıqlığı ilə qeyd olunmuşdur. Xarici
investisiya qoyuluşu 15 yanvar 1992-ci ildə «Xarici investisiyaların qoyulması» haqqında