187
11.2. Uçot sisteminin təkmilləşdirilməsi və konsaltinq sferasının
genişləndirilməsi problemləri
İqtisadiyyatın bütün sferalarında olduğu kimi, neft-qaz industriyasının təsərrüfat
fəaliyyətində müxtəlif maliyyə-kredit institutları, banklar, investisiya qurumları, bircalar, sığorta
kompaniyalarının və müvafiq konsaltinq təşkilatlarının xidmətindən istifadə edilir. Həmin
qurumların fəaliyyət diapazonunun, xidmət çeşidinin genişliyi, mühüm bazar seqmentləri ilə
təhcizi neft-qaz kompleksinin təşkilatlarının iqtisadi maraqlarının
təmin edilməsində,
səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Burada ilk növbədə mühüm partnyorlar
kimi, banklar daha çevik iştirakda bulunurlar. Banklar kreditləşmə, vəsaitlərin akkumlyasiyası
funksiyalarını yerinə yetirməklə yanaşı maliyyə riskini minimumlaşdırma istiqamətində müvafiq
sığorta şəbəkəsini də təşkil edirlər. Bazar prinsipləri əsasında qurulan mütərəqqi bank sistemində
xidmət çoxçeşidli və olduqca geniş imkanlıdır. Müasir mərhələdə banklar kredit məzmunlu
mahiyyətini aşmış, sürətli elektron hesablaşmaları həyata keçirən, iqtisadiyyatı yüksək səviyyədə
stimullaşdıran və həmçinin konsaltinq funksiyaların
yerinə yetirən, mükəmməl nəzarət
mexanizmlərinə malik çoxşaxəli institusional komplekslərə çevrilmişlər. Lakin Azərbaycanda
bank xidmətinin universal standartlara tam yetişməmə aspekti neft-qaz kompleksinin müvafiq
bazar seqmentlərindən dolğun istifadə edilməsini məhdudlaşdırır.
Milli iqtisadiyyatda, xüsusən də neft-qaz baş verən təbəllüdatlar vergi məcəlləsinin,
mühasibat uçotunun və bütövlükdə maliyyə şəbəkəsinin beynəlxalq standartlara müvafiq
modernizasiyasını əsaslı edir. Belə reallıq isə mühüm institusional dəyişikliklər
fonunda maliyyə
xidmətinin bazar təsisatlı sisteminə adaptasiyasında təhsil sferasında müvafiq korrektələrin
aparılmasını şərtləndirir. Auditor, konsaltinq firmalarının, mühasiblik profilli qrupların və digər
maliyyə xidmətli kommersiya təşkilatlarının məlumatlarına əsasən əmək bazarında müstəqil
auditor yoxlamalarını aparacaq mütəxəssislər praktiki olaraq çox məhdud miqdardadır.
Azərbaycan Auditorlar Palatasının auditorların təkmilləşdirilməsi və attestassiyası ilə bağlı son
zamanlar atdığı addımlar da problemin real və aktual olduğuna yəqinlik gətirir. Analoji situasiya
mühasibatlıq və maliyyə xidməti sferasında da eyni forma və məzmunda cərəyan edir.
Dərinləşən bazar tələbləri ixtisaslaşma diapazonunu vektorial obrazda daha spesifik olan peşəkar
kadrların hazırlanmasına istiqamətləndirir. Maliyyə-vergi sistemində mütəmmadi təkmilləşən
islahatlar maliyyə mühəndislərinə və digər yeni maliyyə xidmətinin professional kadrlarına
ehtiyac yaradır. Hazırda respublikada maliyyə xidməti sferasını təcəssüm etdirən əmək bazarında
daha yeni bir meyl - vergi konsultantlarına olan tələb formalaşır və artır. Belə ixtisas
sahibləri
real bazar ölkələrində çoxdan fəaliyyət göstərirlər. Rusiyada və eləcə də MDB məkanının digər
ölkələrində də müvafiq istiqamətdə kadr hazırlığı prosesi təşəkkül tapır və gücləndirilir.
Vergi konsultantları və ekspertlərinin missiyasına vergi bazasının formalaşması
konsaltinqi, mühasibat uçotunun aparılması və mühasibat hesabatlarının hazırlanmasına metodik
yardım, vergi ödəyicilərinin hüquq və səlahiyyətlərini nizamlayan normativ-aktların
interpretasiyası, fiziki və hüquqi şəxslərə aid qanunvericilikdə dəyişikliklərin monitorinqinə aid
məsələlər dayanır. Hazırda respublikada müvafiq istiqamətli işləri auditorlar gerçəkləşdirir.
Lakin göründüyü kimi, çağdaş maliyyə xidməti orbitində mövcud əmək bölgüsünə görə bu peşə
növləri ayrı-ayrı ixtisaslarda təyinatını tapır.
Müasir məqamda istehsal və kommersiya strukturlarında maliyyə sferası mütəxəssislərinə
olan tələbin fövqündə müvafiq profilli təhsillə təminat problemi durur. Vergi konsultantlarının,
ekspertlərinin hazırlanması və treninqi iki blokda:
iqtisadi və
hüquqi çevrədə fənlərin tədrisini
şərtli edir. Azərbaycan Respublikasında müvafiq kadrların hazırlanması yönümündə elmi-
metodik və tədris bazası mükəmməliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti fərli keyfiyyət
və əhəmiyyət kəsb edir. Hazırda vergi konsultantlarının, ekspertlərinin
və digər konsaltinq
bilicilərinin hazırlanmasında ehtiyaclı və əsas maraqlı tərəf kimi istehsal və kommersiya
strukturları dayandığından müvafiq ixtisaslar üzrə mütəxəssislərin hazırlanması və treninqi də
onların maliyyə dəsdəyi və müəyyən qisim də beynəlxalq donor təşkilatlarının qrantlarına
188
əsaslanmalıdır. Bununla belə, ADİU-da öz növbəsində nəzərdə tutulan tədris layihələrinin həyata
keçirilməsində hazırlığını nümayiş etdirməli və müvafiq təşviqat kompaniyasını
gerçəkləşdirməlidir.
Vergi konsultantlığı funksionallığının təminatı konyuktur məqamlardan aslı olmayaraq
daimi tələbli və dinamik xarakter daşıyır. Bu reallıqdan çıxış edərək növbəti mərhələlərdə
üçüncü sektor çərçivəsində vergi konsultantlarının palatasını yaratmaqla kadr hazırlığının həyata
keçirilməsini də həmən orqanın kordinasiyası ilə gerçəkləşdirilməsi daha məqsədə müvafiqdir.
Neft-qaz kompleksində səmərəli, təkmil korporativliyin bərqərar olmasında uçot
prosseduralarının qeyri-mükəmməlliyi problemi də əsaslı bazar sferasında
hərəkət genişliyin
ləngidir. Prosesdə dövlət orqanları ilə yanaşı vurğulandığı kimi, ictimai qurumların da fəaliyyət
missiyası mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan uçot işinin səmərəli təşkilində ayrı-ayrı
təsərrüfatlar, maliyyə orqanları və dövlətin digər tənzimləyici iqtisadi qurumları ilə əməkdaşlığın
inkişafına diqqət yetirməlidir. Partnyorluq prinsiplərini rəhbər tutaraq bank, vergi orqanları ilə
müntəzəm təmaslar, təlimatların açıqlanması və yeni normativ aktların şərhi üzrə keçirilən
izahetmələr bu baxımdan səmərəsini verəcəkdir. İqtisadiyyatın bütün sferalarında bazarın
prinsipial tələblərinə uyğun kadr hazırlığının təşkili, müvafiq treninqlərin keçirilməsi, mühasib-
maliyyəçi, vergi konsultantıları, ekautant,
daxili auditor, mühasib-iqtisadçı mütəxəssislərinin
hazırlanmasına diqqətin artırılması tələb olunur.
11.3. Sessiya və faktorinq təyinatlı iqtisadi texnologiyaların tətbiq effekti
Müasir mütərəqqi iqtisadi sistemin dayanaqlılığı stabil partnyorluq münasibətlərində ifadə
tapan maliyyə və hüquqi öhdəliklərin müəyyən olunmuş zaman kəsiyində təmin edilməsinə
əsaslanır. Keçid dövrünün özəllikləri, iqtisadi tərəfdaşların bazar transformasiyasının müxtəlif
mərhələlərində olması reallığı isə maliyyə öhdəliklərinin nizamlanmasında əngəllər yaradır və bu
neqativ proses öz növbəsində «ödəməmələr problemini» stimullaşdırır. Transformasiya
mərhələsini yaşayan gənj müstəqil dövlətlərdə bazar iqtisadiyyatının tam bərqərar olması şərti
kimi, müasir məqamda məhz «ödəməmələr» şəbəkəsinin ləğvi problemi çıxış edir. Enerjitutumlu
iqtisadiyyatlı respublikamızda, xüsusəndə onun aparıcı sahəsi
olan energetik sektorda da
«ödəməmələr problemi» kəskinliyi ilə fərqlənir. Təsərrüfat fəaliyyətində iqtisadi dissonanslarla
müşayiət olunan problemin həlli isə mülkü normativ-hüquqi bazanın təkmilləşdirilməsini və
mütərəqqi maliyyə alətlərindən dolğun istifadə etməni tələb edir.
Ödəməmələr şəbəkəsinin təjridi istiqamətində sessiya və faktorinq təyinatlı iqtisadi
texnologiyaların tətbiqi artıq sınanmış və effektivliyi ilə fərqlənən reallığa çevrilmişdir.
Öhdəliklərin digər şəxslərə ötürülməsi institutunun əsaslı təşəkkülü və tərəqqisi iqtisadi sferada,
o cümlədən energetik sektorda da sessiya və faktorinq əməliyyatlarının formalaşması və
təkmilləşməsi ilə müşayiət olunacaqdır.
Mülkü qanunvericiliyin inkişafı, praktikada onun tətbiqi, cəmiyyətin yeni tələbləri əsasında
formalaşır və vətəndaş cəmiyyəti quruculuğunda əksini tapır. İqtisadi həyatın gerçəklikləri
belədir ki, müxtəlif səbəblərdən öhdəliklər sferasında şəxslərin dəyişməsi prosesi baş verir. Bu
prosesdə
sessiya – hüququn digərinə verilməsi prosseduru əhəmiyyətini artırır. Sessiya hüquqi
mahiyyətdə xüsusiləşmiş bir qanuni mexanizm olaraq kreditor və yeni kreditor arasında
kommersiya sazişini rəhbər tutur. Bu zaman sövdələşmədə borclunun razılığı tələb
olunmadan
yeni kreditora borc ödəniş hüququ verilir. Müvafiq proses nəticəsində isə borcun yeni sahibi
yaranır. Beləliklə, sessiya prosesi sövdələşmənin elementinə çevrilir. Sxematik baxımdan isə
sessiya prosesi aşağıdakı kimi təzahür edir: