185
XI FƏSİL
FİSKAL SİYASƏT VƏ RENTABELLİ FƏALİYYƏT
11.1. Fiskal mexanizmlər və vergi sisteminin təkmilləşdirilməsi meylləri
Ölkə iqtisadiyyatında neft-qaz sektorunun aparıcı mövqedə durması onu həm də büdcə
daxilolmalarının ən real və ümüdlü partnyoruna çevirmişdir. Lakin belə gerçəklik intəhasız
olaraq davamlılıq əldə edə bilməz. Effektli qayğı məhdudluğu şəraitində fasiləsizliklə daim
iqtisadiyyatı bir mənbə hesabına qaynaqlandırmaq, həmən mənbənin də ön sıradan çıxmasına
gətirə bilər. Bunun üçün isə neft-qaz sektorunda dayanaqlı uğurlu və stabil iqtisadi inkişaf
təminatı funksionallığa yeni aspektdə yanaşma zərurəti formalaşdırır. Yeni yanaşma sferasında
isə vergi sisteminin təkmilləşməsi mühüm dövləti məsələ kimi qarşıda durur. Təxirəsalınmaz
vergi konsensusunun tətbiq zonası olaraq isə bu sektorda köhnə istismar sahələri daha aktiv çıxış
edirlər. Bu istehsal kompleksində hasilat templərinin məhdudlaşması sahəyə əlahiddə vergi
sisteminin tətbiqini şərtli edir.
Energetik strukturun fiskal təkmillik problemi həm də neft sektorunun bütün guşələrində,
başlıca olaraq hasilatda, emalda istehsal güclərinin yerləşməsinin optimallaşdırılmasına, xam neft
və neft məhsullarının səmərəli nəqlini və itgilərin daha da məhdudlaşmasına yönələn tələbləri
artırır. Bu baxımdan neft-qaz sektorunda yeni fiksal siyasət çətinləşən
dağ geoloji mədən şəraiti
sferasında keçici sahəvi vergi sisteminin formalaşmasına və burada əsas yükün pərakəndə ticarət
şəbəkəsinə keçirilməsi strategiyası üzərində qurulma qərarına istinad etməlidir.
Bol və ucuz resurslar amili sənaye büdcə təşkilatlarının və əhalini subsidiyalaşması ilə
müşayiət olunur. Bu subsidiyaların önündə ödəmələr gedir. Belə situasiya isə müəssisələrin
texniki geriliyini mühafizə edir, qeyri-istehsal təyinatlı xərcləri, enerji resurslarının istehlakının
təsərrüfatcasına istifadəsini stimullaşdırır və dempinq qiymətlərinə şərait yaradır. Subsidiyaların
energetik sektorda əsas forması kimi üç prinsipial əlamət çıxış edir:
1.
tariflər;
2.
proporsionallığı dolğun ifadə etməyən diferensiallaşan qiymətlər;
3.
güzəştlərlər.
Hər üç forma üzrə optimallaşma çevik fiskal siyasət, konsensuslu vergi reciminin tətbiqi ilə
gerçəkləşmə imkanlıdır. Qeyd olunmalıdır ki, vergi güzəştlərinin neft-qaz
kompleksində tətbiqi
spektri geniş diapazonludur. Mövcud empirik naliyyətlərdən, aparıcı neft kompaniyalarının
təcrübəsindən bəhrələnərək milli neft-qaz sektorunda, xüsusən də hasilat kompleksində
müvəqqəti hal kimi güzəştli vergi vahəsi tətbiq etmək olar. Prossedurun daha effektli nəticəliyi
isə əmlakın təbii istehsal potensialına uyğunlaşdırılması ilə həllinə qovuşacaqdır. Bunun üçün
sahədə geniş və dəqiq inventarizasiyanın aparılması zəruridir. Belə inventarizasiya səmərəsiz
ərazi, izafi və səmərəsiz əmlak mövcudluğu aşkarlayacaq və nəticədə xeyli
vergitutma obyekti
sıradan çıxacaqdır. Aşkarlanıb təhlil edilərək istismara yararsız qeyri-məhsuldar maşın və
avadanlıqların, qurğuların, tikililərin hesabdan silinməsi, icarəsi, satışı və ya mənfəətli, səmərəli
istifadəyə səbəb olan istiqamətdə işlədilməsi xeyli izafi əmlakın azalmasına, bununla da vergi
yükünün məhdudlaşmasına şərait yaradar
.
Hasilat zonasında vergi recimində digər qeyri-
münasib konyuktur oxşar vergitutma obyektlərinin hədəfə götürülməsi ilə bağlıdır. Belə ki, quru
ərazilərdə yerləşən mədən sahələrindən həm torpaq və həm də mədən vergisinin tutulması tətbiq
olunur. Kəşfiyyat və istismar altında olan bu nəhəng istismar zonası demək olar ki, respublikanın
quru ərazisinin tən yarısına bərabərdir. Bununla yanaşı quru ərazilərdə ehtiyatların tükənməsi,
son on ildə orta hesabla hasilatın iki dəfə aşağı enməsinə, quyu fondunun üç dəfə azalmasına
baxmayaraq tətbiq edilən müvafiq vergi tutumu məhdudlaşmamışdır.
Respublika neft sənayesinin köhnə yataqları əhatə edən istismar zonası çətin çıxarılan
ehtiyatlar silsiləsinə daxildir. Burada səmərəli istismar mütərəqqi texnologiyalar
və yeni iqtisadi
mexanizmlər vasitəsi ilə davam etdirilə bilər. Belə strateji istiqamət isə əlavə kapital qoyuluşları
186
tələb edir və investisiyon cəlbediciliyi məhdudlaşdırır. İnvestisiyon cəlbliyinin artırılması üçün
isə vergi stimullaşdırıcısı və vergi diferensasiyası mühüm amil kimi çıxış edir. İstənilən vergi
sisteminin məqsədi fiskal və stimullaşdırıcı optimal düzümdə əksini tapır. Burada bazalı istehsal
faktorları olan torpaq, əmək və kapitala vergiqoyma qadağaları mühüm əhəmiyyətə malikdirlər.
Bu qadağa iqtisadi xarakter daşıyır və qanunvericiliklə təsbit olunmamışdır. Faktiki olaraq bütün
inkişaf etmiş ölkələrdə vergi qanunvericiliyi bu qadağa üzərində formalaşır.
İstehsal prosesində istifadə olunan kapital amortizasiyon güzəştlərlə ifadə edən vergiqoyma
ilə müdafiə olunmuşdur. Mənfəət istehsalın reinvestisiyasında istifadə olunduğu təqdirdə
vergidən azad edilir. Neft sənayesində tətbiq edilən vergi sistemi, istisna olaraq fiskal
istiqamətlidir və vergiqoyma prinsiplərinə cavab vermir. Karbohidrogen xammalının torpaq
istifadəçisi xammalın keyfiyyəti və istismar şərtlərinə görə renta ödəməyə borcludur.
Müasir
zamanda yatağın keyfiyyət parametrlərinə uyğun olaraq renta gəlirlərin ödənişi üzrə xüsusi
vergiqoymanın tətbiqi zəruriləşmişdir. Burada vergiqoyma mexanizmi kimi yatağın illik
rentabellik göstəriciləri əsas götürülməlidir. Vergi reciminin mülayimləşməsində vurğulandığı
kimi, konsensusun əldə edilməsidir. Konsensus obyekti olaraq isə dövlət və vergi ödəyiciləri
çıxış edirlər. Müvafiq istiqamətdə reallaşmalar da öncədən dəqiq hesablanmış kompramis
proqram və planlara uyğun olaraq gerçəkləşdirilməlidir. Bu istiqamətdə əsas kimi, qeyri-
rentabelli obyektlərə tətbiq edilən faizlərin azaldılması, proporsional vergiqoyma-deqressiya,
vergi prospektinin məhdudlaşdırılması, ümumi və ya əlavə vergi növlərinin tətbiqi və digər
iqtisadi əhəmiyyətli mexanizm və tədbirlər sistemi nəzərdə tutula bilər.
Vergilər bağlı problematik məsələlərin həllində beynəlxalq praktikada nəzəri və empirik
müstəvidə sınanmış dövlət vergi yükü ilə iqtisadi səmərəliliyin qarşılıqlı təmas və asılılığının
optimal variantının tapılması və tənzim edilməsi mühüm rol oynayır. Bu baxımdan
Laffer effekti
və ya əyrisi kimi iqtisadi-elmi dairdə geniş tədqiq olunan və öyrənilən vergi dərəcələri ilə büdcə
gəlirlərinin iqtisadi inkişafı təmin edən vəhdətdə bağlılığı prinsipi də diqqətdən yayınmamalıdır.
Məlum həqiqətdir ki, istənilən vergi iqtisadi sistemdən resurs götürülməsini ifadə edərək istehsal
tsiklində faydalı işə məhdudluq gətirir. Məhz buna görə də vergi yükünün kritik səviyyədən
yüksək təyinatı büdcə gəlirlərinin azalması ilə müşayiət olunacaqdır. Tədqiq və şərh edilən bütün
bu analitik və təcrübü gerçəkliklər fikrimizcə milli neft-qaz sənayesinin strateji planlaşdırılması,
davamlı inkişaf senarisinin hazırlanmasında iqtisadi-texnoloji vasitələrdən biri kimi təyinatlı
istifadəsini tapacaqdır. Bazar prinsipli istehsalın genişlənən sferası neft-qaz sektorunun
rentabelik problemli sahələrində liberal vergi reciminin tətbiqini qaçılmaz edir. Aparılan təhlil və
müşahidələr
göstərir ki, resessiya uğrayan təsərrüfatlarda aparılan islahat işlərinin tərkib hissəsi
kimi, sahəvi vergi sisteminin də təkimilləşdirilməsi zəruri və labüdür. Bu strateji iş isə təkcə
daxili istehsalat problemi deyildir. Problemin həllində milli iqtisadi maraqlara uyğun gələn və
eyni zamanda sahədə hasilatın rentabelliyi ilə uzlaşan strateji tənzimləmədə dövlətin qayğı və
səyləri irəlidir. Məhz buna görə də əsas yükü dövlət iradəli olaraq öz üzərinə götürməlidir.
Məlumdur ki, respublika neft-qaz sənayesinə keçmiş ittifaqdan irsi olaraq müxtəlif
disproporsiyalar keçmişdir. Burada təbii ehtiyatlar potensialının əsas və dövriyyə vəsaitlərinin
dəyər qiymətinə qeyri-müvafiqliyi daha səciyyəvidir. Təhlil və araşdırmalar göstərir ki,
mövcud
disbalansın aradan qaldırılmasında sahədə istehsalın artımına yardım edən bütün iqtisadi
imkanların sınağa çəkilməsi, daxili resursların səfərbərliyi və eyni zamanda dövlətin kompromis
təyinatlı, mülayim vergi reciminə keçidi effektli olacaqdır.
Vergi sferasında aparılan islahatların səmərəliliyi ilk növbədə neft-qaz sektorunda əksini
tapacaqdır. Bu islahatlar sferası isə fikrimizcə aşağıdakı sistem formasında yüksəliş tapacaqdır:
1.
dövlət tənzimləyici institutlarda islahatların genişləndirilməsi;
2.
siyasət və hüquq sferasında normativ baza möhkəmliyinin təminatı;
3.
subsidiyaların təjridinə nailolma;
4.
sağlam rəqabət mühitinin formalaşması.
Hesab
olunur ki, genişlənən yeni vergi islahatları neft-qaz kompleksinin bazar relsləri ilə
irəlləyişinin ən vacib qaynaq elementinə çevriləcəkdir