Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə12/134
tarix07.07.2018
ölçüsü16,5 Mb.
#53632
1   ...   8   9   10   11   12   13   14   15   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
dəsləşdirdiyi  hər  hansı  bir  təbiət  hadisəsində,  səmavi  görünən 
qalaktikada, bütlərdə,  hətta bəzi canlılarda, nəhayət, fövqəlbə­
şər  olduğuna inandığı  şəxslərdə və  sonda  gözəgörünməz varlı­
qda  duym ağa  başlamışdır.  M əlum dur  ki,  sistemli  şəkildə  in­
sanların bu  ehtiyaclarını  təmin  edən isə Allahın  peyğəmbərləri 
vasitəsilə göndərdiyi dinlər olmuşdur.  Elşad M irinin dediyi ki­
mi,  dinlər  də  müxtəlif mərhələlərdən  keçərək  günümüzə  qədər 
gəlib  çıxmışdır-,  ibtidai  qəbilə  dinləri,  milli  dinlər  və  cahanşü- 
m ul  qəbul  edilən  dinlər  müasir  insanın  inandığı  dəyərlər  sis­
temləridir.  İngiltərənin  Bristol  Universiteti  alimlərinin  iddiası­
na  görə,  müasir  insan  genetik  olaraq  Allaha  inamla  doğulur 
(«Xalq qəzeti»,  9 sentyabr,  2009).  İngiltərəli mütəxəssislər  təd­
qiqat  zamanı  uşaqların  təfəkküründə  intuitiv  form ada  fövqəl- 
təbiiliyə inam  olduğunu üzə çıxarıblar.
Əsrlər  boyu  dünya  teoloq  və  filosofları  Tanrının  varlığını 
və  ya  yoxluğunu  sübut  etməyə  çalışmışlar.  Müasir  elm  isə  bu 
sualı  irrasional  (ağılla,  düşüncə  ilə  dərk  edilməyən)  elan  edib. 
Hərçənd,  elm inkişaf etdikcə,  xariqüladə qüvvənin varlığını in­
kar edən materializm və darvinizm tamamilə iflasa uğrayıb.
Briston Universiteti alimlərinin fikrincə, Allaha inamsız nə 
«homo sapience»,  nə də müasir cəmiyyət mövcud olardı.  İddi­
aya  görə,  bəşəriyyətin  ilk  çağlarında  Tanrının,  İlahi  ədalətin, 
dünya düzənində  nizamın varlığına  inam  bəsləyən  insan qrup­
ları daha  möhkəm sosial  əlaqələr  quraraq  həyatda  qalma də­
rəcəsini yüksəldə biliblər.
«Belə danışırlar  ki,  Sokratı öldürməyə apararkən,  bütpərə­
stliyi  qəbul  etməyi  təkid  ediblər.  Sokrat  isə  deyib:  «Allah  elə­
məsin ki,  Y aradandan  başqa  birinə sitayiş edəm.»  («Qabusna- 
mə»dən)
Məhz bu inam  müasir cəmiyyətin əsasım qoymuş, inkişafı­
nı  stimullaşdırmışdır.  A llaha  inamı,  bu  haqda  anlayışı  olmay­
an  tayfa və insan  qrupları  isə özlərindən  sonra  heç  bir iz qoy­
m adan  parçalanaraq  məhv  olmuşlar.  M övcud  inanclar  siste­
minin ən sonuncusu və təbii olaraq, ən gənci islam dinidir.  Bu 
dinin mənsublarının sayı durm adan artır.
46
İntellektual ekologiya
ABŞ-m Pyu Təhqiqat M ərkəzinin din və ictimai həyat böl­
məsinin hazırladığı məruzədə dünyada  1,57 milyard müsəlman 
olduğu  bildirilmişdir.  M ərkəzin  əməkdaşları  məruzə  üçün  3  il 
müddətində  1,5 m in m ənbədən istifadə etmiş, 232 ölkə və regi­
onda  əhali  arasında  sorğu  və  dem oqrafik  araşdırmalar  apar­
mış,  siyahıyaalmanm  nəticələrini  öyrənmişlər.  Tədqiqatlardan 
məlum  olub  ki,  müsəlmanların  60%-i  Asiyada,  20%-i  Yaxın 
Şərq və Şimali Afrikada yaşayır. Sənəddə deyilir ki, Almaniya­
da  yaşayan  müsəlmanların  sayı  Livanda  olduğundan  artıqdır. 
Rusiyada isə İslama etiqad edənlərin sayı İordaniya və Liviya­
dan  çoxdur.  Heç  təsadüfi deyildir  ki,  2009-cu ildə  Misirə səfər 
edən Rusiya Prezidenti  D m itri  Medvedyev öz çıxışında demiş­
dir:  «Rusiyada  fərqli  inanc  və  mədəniyyətlərə  hörmət  var.  Öl­
kəmizin islam dünyası ilə dostluq qurm aq istiqamətində bir səy 
göstərməsinə  ehtiyac  yoxdur.  Bizim  ölkəmiz  onsuz  da  İslam 
dünyasının bir parçasıdır.» («Səs» qəzeti, 25 iyun, 2009)
Məruzədə həm də  göstərilir ki,  300 milyondan  çox müsəl­
m an İslamın əsas din  olmadığı ölkələrdə yaşayır.  A vropada  38 
milyon, Am erikada isə 4,6 milyon (onların yarıdan çoxu ABŞ- 
da  yaşayır)  müsəlman  var.  M əlum atları  Rusiya  informasiya 
agentlikləri yayıb.
İslam sülh və barış dinidir,  insanlardan həmişə yaxşılıq et­
məyi, pisliklərdən çəkinməyi istəmişdir.
Qurani-Kərimin ayələrinə nəzər yetirək:
Ey iman gətirənlər!  H am ınız bir yerdə sülhə (İslama) gəlin! 
Şeytanın  yolu  ilə  getməyin,  çünki  o  sizin  açıq-aşkar  düşməni­
nizdir!
əl-Bəqərə surəsi, ayə 208.
Bir-birinizin  qanını tökməyin,  bir-birinizi yurdunuzdan çı­
xarmayın.
əl-Bəqərə surəsi, ayə 67.
Ey insanlar!  Yer üzündəki qidaların təmiz, halal olanlarım 
yeyin.  Şeytanın izi ilə getməyin!..
əl-Bəqərə surəsi, ayə 168.
47


Ənvsr M ete Həmidov, Zəmurə Həmidova
Həqiqətən,  Allah  insanlara  ədalətli  olmağı,  yaxşılıq  et­
məyi...  buyurur,  zina etməyi,  pis  işlər  görməyi və zülm etməyi 
isə  qadağan  edir.  A llah  sizə  düşünüb  ibrət  alasınız  deyə,  belə 
öyüd-nəsihət verir!
ən-Nəhl surəsi,  ayə 90.
Yaxşılıqla  pislik  eyni  ola  bilməz!..  Sən  (pisliyi)  yaxşılıqla 
dəf et!  (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cə­
zaya  bağışlamaqla  cavab  ver!).  Belə  olduqda  aranızda 
düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!
Fussilət surəsi,  ayə 34.
Dahilərin  dediyi  kimi,  insan  kainatın  ən  sevimli  əsəridir. 
K ainatın yaradılm asında elə məqsəd də insandır.  İnsan -  başı­
na  kainatdakı  bütün  incəlikləri  tanıya  biləcək  ağıl  tacı  qoyul­
muş,  köksü incə hissiyyatlar,  duyğularla  bəzədilmiş  bir məxlu­
qdur.
Əfsuslar olsun ki, təmiz dənizləri və havanı çirkləndirən in­
san  özüdür.  Meşələri  yandıran,  müxtəlif heyvanları öldürən və 
nəslini  kəsən  yenə  insandır.  Texnologiyasını  qəsdən  zərərli  iş­
lərdə,  kütləvi  qırğınlarda  istifadə  edən,  öz  nəslini  belə  am an­
sızcasına məhv edən yenə də insandır.  Millətlər, dövlətlər, irqlər 
və  dinlər  arasında  nifaq  salan,  Y er  planeti  adlı  evimizdə  həm 
ümumi  və  həm   də  intellektual  ekologiya  tarazlığım  pozan  elə 
insan  özüdür.  Bütün  bu  problemlərə  qarşı  mübarizə  yenə  də 
Yer  planetində  yaşayan  insanların  ümumi  işidir.  İnsanlar  öz 
mənəviyyatım,  sağlamlıqlarım  sarsıdan  təzahürlərə  qarşı  fəal 
müqavimətə,  ümumilli  simanı  qorum ağa  məsuliyyət  daşıyır. 
Bu,  hər  kəsin  vətəndaşlıq  borcu  olmaqla,  ruhi  və  intellektual 
sağlamlığı üçün xeyirlidir.
Danılmaz faktdır ki, müasir dövrdə, təbiət hadisələri qarşı­
sında  insanın  davramşı,  ümid  və  qorxuları  dindən  çox,  elmlə 
əlaqədardır. Tanrıya inanıb-inanm am asından asılı  olmayaraq, 
təbiətdə ham ının təsirləndiyi hadisələr var.  Hər iki tərəf də bəzi 
hadisələrdən qorxur və ya sevinir.  Bunlar  o  hadisələrin  nəticə­
48
İntellektual ekologiya
sinə  aiddir.  D aha  doğrusu,  belə  şeylər  insanın  ümumi  proble­
midir.
Qurani-Kərimdə buyurulur:  «Yer özünə məxsus bir şiddət­
lə lərzəyə  gəlib  titrəyəcəyi  zaman;  yer  öz  ağır  yüklərini  çıxarıb 
atacağı zaman;  insan  (təəccüblə):  «Buna  (bu yerə)  nə olub?» -  
deyəcəyi  zaman  -   məhz  o  gün  (yer)  öz  xəbərlərini  (başına  gə­
lənləri)  söyləyəcəkdir;  çünki  (bunu)  ona  sənin  Rəbbin vəhy et­
mişdir  (buyurmuşdur)!» (əz-Zilzal surəsi, ayə  1-5)
Beləliklə, istər elmi və istərsə də dini xəbərdarlıqlar eyni və­
zifəni ifadə edir: Ey insan! Ekoloji tarazlıqları pozma, səni fəla­
kət gözləyir.  Biri bunu elmi araşdırm alarla,  başqa biri isə R əb­
bin vəhyi ilə əlaqələndirir.  A ncaq məqsəd eynidir: Tanrının sə­
nə bəxş etdiyi  təbiəti  və  şüurun  məhsulu olan  intellektual eko­
logiyanı pozma, mənfiliklərə meyil göstərmə.
Təkliflərimiz:
Yer  planetində  Ü mum dünya Ekologiya Təşkilatı -  Ü D ET 
yaradılmalıdır.  İkinci  dünya  müharibəsindən  som a  Birləşmiş 
Millətlər Təşkilatının (BM T) yaradılmasına zərurət olduğu ki­
mi,  müasir dövrdə Ü D ET-ə böyük ehtiyac var.  Dünyanın eko­
loji  fəlakət  astanasında  olması  ÜDET-in  yaradılmasını  zəruri 
edir.  Ü D ET iki  bölmədən  ibarət olmalıdır:  «Təbiət ekologiya­
sı» və «İntellektual ekologiya».  («İntellektual ekologiya» elmin 
yeni  istiqamət sahəsi  olm aqla,  söz,  sözün təsiri,  kəlam və onun 
qüdrəti  əsasdır).  Bütün  dünya dövlətləri  b u  təşkilatın üzvü  ol­
malıdır.  Nümayəndələrin  tərkibini,  əsasən,  bütün  elmlər  sahə­
sində tanınmış alimlər, ekoloqlar, filosoflar, din xadimləri, kul­
turoloqlar, hüquqşünaslar, fəaliyyətdə olan dövlət başçıları təş­
kil  etməlidirlər.  Təşkilatın  fəaliyyəti  üçün  beynəlxalq  ekoloji 
fond yaradılmalı, hər b ir dövlət inkişaf səviyyəsinə uyğun təyin 
olunan  məbləğdə  oraya  vəsait  köçürməlidir.  ÜDET-in  nizam­
naməsi  və  tapşırıqlarım  yerinə  yetirməyə  nəzarət  məqsədilə 
ekologiya polisi -  hərbi dəstələri yaradılmalı, bütün dövlətlərin 
nümayəndələri bu bölmədə qulluq etməlidirlər.  ÜDET-in  bay­
rağında bu sözlər həkk olunmalıdır: «Yer hamımızın və hər bi­
rimizin ümumi,  doğma,  əziz evimizdir,  onu hamımız birgə qo­
49


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə