Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

80 
 
lentlərdən,  torpaqlayıcılar  isə  polad  marerialdan  hazırlanır. 
Mexaniki  möhkəmliyi  şərtlərinə  görə  torpaqlayıcı  polad 
məftillərinin  ən  kiçik  en  kəsiyi,  təhlükəsizlik  texnikasının 
qaydalarında göstərilən qiymətdən az olmamalıdır.  
Partlayış  təhlükəsi  olan  və  1000V-a  qədər  gərginliklə 
qidalanan  bilavasitə  neytrala  malik  elektrik  qurğularının 
sıfırlanması aşağıdakı qaydada yerinə yetirilir: 
1.
 
Birfazlı işıqlandırma dövrlərində sıfır xətdən  istifadə 
etməklə; 
2.
 
İki  və  üçfazlı  dövrlərdə  və  B-1  sinfinə  aid  otaqlarda  
bütün  birfazlı  dövrlərdə  üçüncü  və  ya  dördüncü 
damarın tətbiqilə. 
Torpaqlayıcıların  torpaqlayıcı  elektrik  avadanlıqlarına 
nəzərən    yerləşdirilməsindən  asılı  olaraq,  torpaqlanma  iki  cür 
olur: kənara çıxarılan, kontur. 
Kənara 
çıxarılan 
torpaqlanmada 
(şəkil 
18a) 
torpaqlayıcılar  yerlə  birləşdiriləcək  avadanlıq  tərəfində 
yerləşir  və  bu  halda  elektrik  avadanlığının  gövdələri  cərəyan 
axan  zonadan  kənarda  qalır.  Ona  görə  də  kənara  çıxarılan 
torpaqlamada avadanlığın  yaxınlığında yerdə dayanmış adam 
onun  gövdəsinə  toxunduqda  (əgər  avadanlığın  izolyasiyası 
zədələnmiş olduqda) yerə nəzərən tam gərginlik altına düşmüş 
olur. 
Beləliklə, kənara çıxarılan torpaqlayıcılarının  mühafizə 
təsiri  onun müqavimətinin kiçik olmasındadır.  
Kontur  torpaqlamada  (şəkil  18b)  torpaqlayıcılar,  yerlə 
birləşdirəcək  elektrik  avadanlıqlarının  ətrafında  yaxınlıqda 
yerləşdirilir.  
 


81 
 
 
 
 
 
 
 
 
a)
 
                                                                     b) 
Şəkil 18. Yerlə birləşdirəcək elektrik avadanlıqları ətrafında 
torpaqlayıcıların yerləşdirilməsi 
a  –  kənara  çıxarılan  torpaqlanma:  1  –  torpaqlayıcılar;  2  – 
torpaqlayıcı magistral; 3 – torpaqlanacaq elektrik avadanlıqları;  b – 
kontur  torpaqlanması:    1-  torpaqlayıcılar;  2  –  torpaqlayıcı  naqillər 
(torpaqda  yerləşdirilmiş);  3  –  yerlə  birləşdiriləcək  elektrik 
avadanlıqları; 4 – xarici torpaqlayıcı naqillər. 
 
Bu  halda  torpaqlayıcılar  bir-birinə  yaxın  olduğundan 
konturun  torpağın  səthindəki  ixtiyari  nöqtəsi  müəyyən 
potensiala  malik  olur.  Konturun  daxilində  müxtəlif    nöqtələr 
arasında  zəif  potensiallar  fərqli  hiss  olunur.  Ona  görə  də 
baxılan halda toxunma əmsalı kiçik olur. 
Beləliklə,  toxunma  gərginliyi 
t
tox
U
U


,  yerə  nəzərən 
gərginlikdən 
az  olduğundan  insan  bədənindən  axan 
cərəyanında  qiyməti  hiss  olunacaq  dərəcədə  azalmış  olur. 
Baxılan  səbəblərə  görə  konturun  daxilində  “addım” 
gərginliyinin    qiyməti  də  az  olur.  Bəzi  hallarda  konturun 
daxilində  potensialı  əlavə  olaraq  bərabərləşdirmək  üçün 
konturun  daxilində  horizontal  istiqamətdə  polad  şinlər 
quraşdırılır. 
Keçiriciliyi pis olan qruntlarda (torpaqda) uzunluğu 10-


82 
 
12m  olan  polad  çubuqlardan  istifadə  olunur.  Adi  torpaq 
qatında  polad  çubuqlardan  və  ya  uzunluğu  2,5-3m  olan  su 
borularından 
istifadə 
olunur.  Bu  cür  torpaqlayıcının  
quraşdırılması şəkil 19-da göstərilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 19. Çubuq formalı elektrod- torpaqlayıcı xəndəkdə 
yerləşdirilmişir. 
 
Torpaqda  yerləşdirilmiş  (torpağa  vurulmuş)  çubuqların 
yuxarı  polad  materialdan  hazırlanmış  zolaqlarda  bir-birinə 
qaynaq edilir. 
Çubuq  formalı  torpaqlayıcıların  sayını  təyin  etmək 
üçün,  qruntun  xüsusi  elektrik  müqavimətini  və  təhlükəsizlik 
texnikasının  qaydalarına  görə  tələb  olunan  torpaqlayıcı 
quruluşun  müqaviməti  məlum  olmalıdır.  Torpaqlayıcılardan 
axan  cərəyana  göstərilən  müqavimətin  qiymətini  təxmini 
hesablamaq  olur,  dəqiq  isə  torpaqlayıcı  quruluşdan  sonra  
ölçməklə təyin etmək olar.  
Təbii  torpaqlayıcılardan  istifadə  olunduqda  (məsələn, 


83 
 
torpaqda  yerləşdirilmiş  su  borularından)  onların  axma 
cərəyanına göstərdiyi müqaviməti ölçülür. Əgər bu müqavimət 
çox  olarsa  (tələb  olunan  qiymətdən)  təbii  torpaqlayıcılardan 
əlavə  süni  torpaqlayıcı  quruluş  yaradılır.  Hansının  ki, 
müqaviməti aşağıdakı kimidir. 











t
t
t
t
t
t
t
t
t
t
t
t
s
t
r
r
r
r
r
r
r
r
r
.
.
.
.
.
                          (2.10) 
Burada    r
1
  –  torpaqlayıcının  normaya  görə  tələb  olunan 
qiymətidir. 
Torpaqlamada 
istifadə 
olunacaq 
elektrodların 
(çubuqların)  sayını  təyin  etmək  üçün  həm  hər  bir 
torpaqlayıcının  axma  cərəyanına  göstərilən  müqavimətini, 
həm  də  yaxınlıqda  yerləşdirilmiş  elektrodların  qarşılıqlı 
ekranlaşdırmasının 
təsirini 
nəzərə 
almaq 
lazımdır. 
Ekranlaşdırmanın  təsirini  qiymətləndirmək  üçün  istifadə 
əmsalı (
st

) tətbiq olunur və onun qiyməti kitablarda verilir. 
Şaquli  torpaqlayıcılardan  ibarət  quruluşun  hesabatı 
aşağıdakı qaydada aparılır: 
1.
 
Yerə qapanma hesablama cərəyanını  nəzərə almaqla 
“Elektrotexniki 
qurğularının 
qaydalarına” 
görə, 
torpaqlanmanın tələb olunan müqavimətinin  (r
t
) qiyməti təyin 
olunur.  
2.
 
İqlim  əmsalı  (ψ)  nəzərə  almaqla  torpağın  xüsusi 
müqavimətinin  ölçülməsilə  alınan  qiymətlərə  görə,  torpağın  
xüsusi müqaviməti təyin olunur.  Fəsillərdən (qış və yay) asılı 
olaraq,  torpağın  donmasından  və  ya  qurumasından  asılı  olan 
iqlim  əmsalı  nəzərə  almaqla  torpağın  xüsusi  elektrik 
müqaviməti  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə