Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

65 
 
2. ELEKTRİK QURĞULARINDA  
MÜHAFİZƏ TƏDBİRLƏRİ 
 
 
Ümumi anlayışlar 
 
Müxtəlif  məqsədlərlə  quraşdırılan  elektrik  qurğularının 
təhlükəsizliyi bir sıra mühafizə tədbirlərini həyata keçirtməklə 
təmin  olunur.  Bu  cür  tədbirlərə  misal  olaraq:  alçaq 
gərginliklərin  tətbiqi  və  şəbəkələrin  mühafizə  vasitələri  ilə 
ayrılması,  ikiqat  izolyasiyanın  tətbiq  edilməsini,  cari  nəzarət 
və  profilaktik  sınaqlarını,  mühafizə  torpaqlanmasını  və  ya 
elektrik  qurğularının  gərginlik  altına  düşmə  ehtimalı  olan 
konstruksiya  elementlərinin  və  elektrik  avadanlıqlarının 
gövdələrinin  torpaqlanmasını,  təsadüfən  gərginlik  altına 
düşmüş  elektrik  avadanlığının  hissələrinin  və  şəbəkənin 
zədələnmiş  sahələrini  avtomatik  mühafizə  olunmasını, 
müxtəlif mühafizə vasitələrindən və qoruyucu tərtibatlarından 
istifadə  olunmasını,  xəbərdarlıq  siqnalizasiyasının,  yazıların, 
plakatların  və  həmçinin  səhv  əməliyyatların  qarşısını  almaq 
üçün  mühafizə  hasarlarının  və  aparatların  blokirovkasından 
istifadə olunmasını göstərmək olar.  
 
2.1 Kiçik gərginliklərin tətbiqi  
və şəbəkələrin mühafizə açılması 
 
Konkret  istehsal  şəraitindən  asılı  olaraq,  bir  yerdən 
başqa  yerə  daşınan  (səyyar)  az  güclü  cihazlardan  (yerli 
işıqlandırma lampaları, elektrik deşikaçıcıları və s.) texnikada 


66 
 
geniş istifadə olunur. Bu cür cihazlardan istifadə olunduqda iş 
icraçısının  elektrik  cərəyanın  təsirindən  zədə  alma  ehtimalı 
mövcud olur (bilavasitə cərəyan keçirən hissələrə toxunduqda, 
izolyasiyanın deşilməsi nəticəsində, cihazın gövdəsi gərginlik 
altına  düşdükdə  və  s.).  Ona  görə  bu  cür  cihazlarla  işləyən 
şəxslərin  tam  təhlükəsizliyini  təmin  etmək  üçün  həmin 
cihazları  qidalandırdıqda  42V-a  qədər  (məs.  12  və  36V) 
gərginlik tətbiq edilməlidir. 
Kiçik 
gərginlik 
mənbələri 
olaraq, 
qalvanik 
elementlərdən  yığılmış  batareyalardan,  akkumulyatorlardan, 
düzləndiricilərdən,  düzləndirici  qurğulardan  və  alçaldıcı 
transformatorlardan  istifadə  olunur.  Düzləndirici  qurğulardan 
istifadə  olunduqda,  onlar  220/380V-lu  şəbəkələrə  alçaldıcı 
transformatorlar 
vasitəsilə 
birləşdirilir 
(avtotransformatorlardan istifadə etmək olmaz). 
Elektrikləndirilmiş  bəzi  alətləri  (elektrik  deşikaçanlar, 
vibratorlar,  cilalayıcı  dəzgahlar)  qidalandırmaq  üçün  yüksək 
tezlikli  (200-400Hs)  cərəyanlardan  istifadə  olunur.  Bu  halda 
həmin  alətlərin  çəkisi  və  qabarit  ölçüləri  azalır,  iş  şəraiti  isə 
yaxşılaşır.  Bu  cür  qurğularda  təhlükəsizliyi  artırmaq  üçün, 
ancaq  gərginliyi  azaltmaq  lazımdır,  çünki  200-400Hs  tezlikli 
cərəyanlar  insan  həyatı  üçün  sənaye  tezlikli  (50Hs) 
cərəyanlardan daha təhlükəlidir. 
Alçaq  gərginlikli  işlədicilər  üçün  daha  geniş  yayılmış 
qida  mənbəyi  bir  və  ya  üç  fazlı  alçaldıcı  transformatorlardır 
(220/12, 220/24 və ya 220/36V). 
Alçaldıcı  transformatorlardan  (220/12,  220/24  və 
220/36V)  istifadə  olunduqda  elektrik  cərəyanla  xəsarət  alma 
təhlükəsi, 
transformatorların 
dolağının 
izolyasiyasının 


67 
 
zədələnməsi  zamanı  birinci  tərəf    gərginliyinin  ikinci  tərəf 
dolağa  keçməsi  və  ya  transformatorun  gövdəsinin  gərginlik 
altına  düşməsi  nəticəsində  yarana  bilir.  Bu  cür  hallarda 
yaranan  təhlükədən  mühafizə  olunması  üçün  transformatorun 
ikinci  tərəf  dolağının  bir  ucunu,  gövdəsini  və  nüvəni 
torpaqlayırlar (şəkil 16). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 16. Nüvənin və ikinci tərəf dolağının bir  
ucunun torpaqlanması sxemi. 
 
2.2 İzolyasiyaya nəzarət 
 
Elektrik  cərəyanın  təsirindən  alınmış  xəsarətlərin  təhlili 
göstərir  ki,  zədələrin  təhlükəsi  əsasən  şəbəkələrin 
vəziyyətindən  və  onun  izolyasiyasının  müqavimətindən 
asılıdır. 
Texniki  istismar  qaydalarının  (TİQ)  tələblərinə  görə 


68 
 
1000V 
gərginliyə 
qədər 
paylaşdırıcı 
quruluşların 
izolyasiyasını, onun müqavimətinin qiymətini yerə nəzərən və 
fazalar  arası  müqavimətini  ölçməklə  yoxlayırlar,  eləcə  də 
yüksək gərginliklə izolyasiyanın deşilmə sınağını aparırlar. 
Bu  sınaqlar,  paylaşdırıcı  quruluşla  əlaqədə  olan  güc  və 
işıqlandırma  elektrik  xətlərinin  izolyasiyasının  sınağı  ilə  eyni 
vaxtda  aparılır.  Paylaşdırıcı  quruluşun  seksiyaları  arası 
izolyasiyanın  müqaviməti,  eləcə  də  iki  mühafizə  aparatı 
arasındakı  sahələri  izolyasiya  müqaviməti  0,5MOm-dan  az 
olmamalıdır.  İzolyasiya  müqavimətinin  qiymətini  hər  faza 
üçün  yerə  nəzərən  və  fazalararası  ölçürlər.  Ölçü  zamanı 
1000V gərginlikli meqoommetrdən istifadə olunur. 
1000V-dan 
yüksək  gərginlikli  güc  kabellərinin  
damarlarının  izolyasiyasının  sınağı,  onları  quraşdırdıqdan  və 
ya  təmirdən  sonra,  eləcə  də  istismar  zamanı  mütamadi 
profilaktik  sınaqlar  düzləndirilmiş yüksək  gərginliklə  (5-6)U
n
 
aparılır. Rezin izolyasiyalı kabellər ikiqat nominal gərginlikdə 
sınaqdan    keçirilir.  Kabellərin  izolyasiyasını  dəyişən  yüksək 
gərginlikdə  yoxlamırlar,  çünki,  dəyişən  gərginlikdə  kabel 
məmulatlarında  hiss  olunacaq  dərəcədə  tutum  cərəyanları 
yaranır. 
Kabellərin  izolyasiyasının  yüksək  gərginlikdə  sınaq 
müddəti  onları  quraşdırdıqdan  sonra  10  dəqiqə,  əsaslı 
təmirdən sonra və istismar zamanı isə 5 dəqiqə olur. 
Kabellərin  izolyasiyası  sınaq  zamanı  deşilməyibsə, 
sürüşmə boşalmaları baş vermirsə, sızma cərəyanları sıçrayışla 
və sınaq müddətindən asılı olaraq artması müşahidə olunmursa 
bu cür izolyasiya keyfiyyətli sayılır. 
Qısa kabel xətləri (200m-ə qədər) üçün sızma cərəyanın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə