157
ifadəsini alarıq (burada
V - naqil parçasının
həcmi,
isə onun uzunluğudur).
Bərabərsürətli hərəkət halında
olduğundan sonuncu ifadədən
cərəyan şiddəti üçün
alınar.
Metal naqil misalında hərəkət edən zərrəciklər elektron olduğundan,
cərəyan şiddətinin düsturu
kimi olacaqdır.
Elektrik gərginliyi.
Elektrik gərginliyi cərəyan mənbəyinin yaratdığı elektrik sahəsini
xarakterizə edən parametrdir. Bildiyimiz kimi, elektrik sahəsi naqildəki sərbəst
yüklü zərrəciklərə təsir edərək onları hərəkətə gətirməklə, müəyyən iş görmüş
olur. Sahənin gərginliyi məhz onun gördüyü işlə müəyyən olunur, yəni sahənin
dövrədə çox iş görməsi, onun güclü sahə olması, bu isə sahəni xarakterizə edən
parametrin - gərginliyin böyük olması deməkdir.
Gərginlik «
U »
işarə olunur və
kimi təyin olunur.
Əgər olarsa, onda
U = A olar. Deməli,
sahənin gərginliyi - vahid
müsbət yükün sahənin hər hansı 2 nöqtəsi arasında hərəkəti zamanı görülən işə
bərabər kəmiyyətdir.
BS - də
(volt) - dur .
1 - elə sahənin gərginliyidir ki, həmin sahədə 1 yükün hərəkəti
zamanı 1 iş görülmüş olsun.
Elektrik gərginliyini ölçən cihaz voltmetr adlanır. Dövrədə voltmetrin şərti
işarəsi kimidir.
Voltmetrin quruluşu, eyni ilə ampermetrin quruluşu kimi, cərəyanın
maqnit təsirinə əsaslanıb, lakin voltmeter ardıcıl
birləşmiş dövrənin istənilən yerinə qoşula
bilməz, çünki bu cür dövrənin ayrı - ayrı
yerlərində elektrik gərginliyi eyni olmur.
Görəcəyik ki, paralel qoşulmuş budaqların
uclarındakı gərginlik eyni olur. Ona görə də
Şəkil 174.
voltmetr gərginlik ölçüləcək yerə paralel qoşulur (şəkil 174).