178
başlayır və beləliklə də məhlulda cərəyan yaranır (şəkil 204).
Katoda çatan müsbət ion ondan çatışmayan
elektronunu almaqla, mənfi ion isə anoda çataraq,
artıq elektronunu ona
verməklə, neytrallaşır.
Oksidləşmə - reduksiya reaksiyaları adlanan bu
prosesin nəticəsində elektrodlar üzərinə maddə
toplanır. Bu hadisə edektroliz hadisəsi adlanır.
Oksidləşmə – reduksiya reaksiyaları
nəticəsində elektrodlar üzərində maddə Şəkil 204.
ayrılması (toplanması) hadisəsi elektroliz hadisəsi adlanır.
Elektroliz qanunu (Faradey qanunu).
Faradey elektroliz prosesində elektrodların üzərinə yığılan maddənin
kütləsinin nələrdən asılı olduğunu müəyyənləşdirmişdir. Aydın olmuşdur ki,
elektrolitdən cərəyan keçərkən elektrod üzərinə yığılan maddənin kütləsi
elektrolitdən (maye naqilin en kəsik sahəsindən) keçən yükün miqdarı ilə düz
mütənasib olur (Faradey qanunu):
. Bərabərliyə keçsək, Faradey qanunu
üçün
şəklində ifadə alarıq.
olduğunu nəzərə almaqla isə
Faradey qanununu
kimi
də yazmaq olar.
Deməli,
Faradey qanununa əsasən elektrolitdən cərəyan keçərkən
elektrod üzərinə yığılan maddənin kütləsi elektrolitdən keçən cərəyan şiddəti
və cərəyanın keçmə müddəti ilə düz mütənasibdir.
İfadələrdə mütənasiblik əmsalı olan
“ k ” maddənin elektrokimyəvi
ekvivalenti adlanır və
(1) kimi tapılır.
Deməli,
elektrokimyəvi ekvivalent - elektrod üzərinə yığılan maddənin
kütləsinin elektrolit keçən yükün miqdarına nisbətinə bərabər kəmiyyətdir və
yaxud da
elektrokimyəvi ekvivalent ədədi qiymətcə - elektrolitdən 1Kl yük
keçərkən elektrodlar üzərinə yığılan maddənin kütləsinə bərabər kəmiyyətdir
( olduqda, olur).
BS - də elektrokimyəvi ekvivalentin vahidi
və ya
-dır.
179
Əgər katoda tərəf hərəkət edən ionların sayı
, bir ionun
kütləsi
–
dirsə, onda elektrod üzərində yığılan maddənin kütləsi üçün
(2) olarıq.
Aydındır ki, bir ionun yükünü (
-ni) ionların
sayına vursaq,
elektrodlara tərəf daşınan yükün ümumi miqdarını tapmış olarıq:
(3).
(2) və
(3) ifadələrini
(1) -də nəzərə alsaq,
onda elektrokimyəvi
ekvivalent üçün
kimi ifadə almış olarıq.
Deməli, elektrokimyəvi ekvivalent ionun kütləsinin onun yükünə nisbətinə
bərabər olan kəmiyyətdir:
.
Molyar kütlənin
ifadəsindən
- ni tapıb (
),
aldığımız sonuncu ifadədə yazsaq, elektrokimyəvi ekvivalent üçün
şəklində, bir ionun yükünün isə
( - ionlaşma dərəcəsidir) olduğunu
nəzərə almaqla isə
şəklində ifadə almış olarıq.
Katod üzərinə yığılan maddənin kütləsi üçün son nəticədə
və ya
kimi ifadələr alarıq.
Sonda qeyd edək ki, verilmiş məhlul üçün sabit kəmiyyət olan
elektrokimyəvi ekvivalent məhlula daxil edilən duzun, turşunun və yaxud da
qələvinin növü dəyişən zaman dəyişəcək.
QAZLARDA ELEKTRİK CƏRƏYANI.
Məlum olduğu kimi, qazlar adi halda qeyri-naqil olurlar, lakin onlara
müxtəlif ionlaşdırıcı ilə təsir etdikdə (qızdırdıqda, α, β, γ və Rentgen şüaları ilə
təsir etdikdə) onlar naqilə çevrilirlər. Belə çıxır ki, sərbəst yüklü zərrəciklərə malik
olmayan qazda ionlaşdırıcının təsiri ilə yüklü zərrəciklər əmələ gəlir. Bu proses
zərbə ilə ionlaşma adlanır və aşağıdakı kimi baş verir. Qazı qızdırdıqda və ya
onlara müxtəlif ionlaşdırıcı şüalarla təsir etdikdə qaz zərrəciklərinin xaotik
hərəkətinin sürəti artır və nəticədə toqquşma zamanı onlar bir - birinin