Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları



Yüklə 311,29 Kb.
səhifə48/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   44   45   46   47   48   49   50   51   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

169) Antibiotiklər necə dozalanır?

A) Damcı ilə


B) Təsir vahidi ilə
C) Həcmlə
D) Kiloqramla
E) Mikroqramla

Antibiotiklər şərti təsir vahidləri ilə dozalanır. Reseptdə belə dərman maddələrinin adından sonar təsir vahidinin miqdarı (təsir vahidi) göstərilir. Məs: 500000 TV, 1000000 TV və s.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 13




170) Reseptdə nə vaxt “aa” işarəsi qoyulur?

A) Dərman maddəsi zəhərli olduqda


B) Dərman maddəsi güclü olduqda
C) Adi təsirli dərman olduqda
D) 2 və daha çox dərman maddəsinin miqdarı eyni olduqda
E) Dərman maddəsi narkotik olduqda

Əgər reseptdə eyni dozada 2 və daha çox dərman maddəsi yazılarsa, doza bir dəfə, axırıncı dərman maddəsinin adından sonra yazılır. Bu zaman dozadan əvvəl “aa” işarəsi qoyulur


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 16




171) “Siqnatura” sözünün mənası nədir?

A) Saxlamaq


B) Əlavə etmək
C) Təyinat
D) Yazmaq
E) Götür

“Siqnatura” latin sözü olub mənası təyinat deməkdir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 16




172) Pulsuz və güzəştli şərtlə buraxılan dərmanlara aid resept neçə nüsxədə yazılır?

A) 4 nüsxədə


B) 1 nüsxədə
C) Üzü köçürülür
D) 2 nüsxədə
E) 3 nüsxədə

Pulsuz və ya güzəştli şərtlə buraxılan dərmanlara resept 2 nüsxədə yazılır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 14




173) Tərkibində narkotik maddələr olan dərmanlararesept blankları hansı rəngdə olur?

A) Ağ-qara


B) Göy
C) Çəhrayı
D) Qırmızı
E) Ağ

Tərkibində narkotik maddələr olan dərmanlara aid reseptlər çəhrayı rəngli xüsusi blanklarda yazılır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005səh 15





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə