Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Təkrar yeridilmə zamanı dərman vasitəsinin orqanizmdə toplanması hansı terminlə ifadə olunur



Yüklə 311,29 Kb.
səhifə50/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   46   47   48   49   50   51   52   53   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

179) Təkrar yeridilmə zamanı dərman vasitəsinin orqanizmdə toplanması hansı terminlə ifadə olunur

A) İdiosinkraziya


B) Sensibilizasiya
C) Sinergizm
D) Uyuşmamazlıq
E) Kumulyasiya

Kumulyasiya dedikdə orqanizmə təkrar yeridilərkən dərman maddəsinin təsirinin güclənməsi başa düşülür.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 66




180) Ürək qlikozidlərinə xas olan xüsusiyyət hansıdır?

A) Ürəyin dəqiqəlik həcmini azaldır


B) Kalsium ionlarının miqdarını azaldır
C) Kalium ionlarının miqdarını artırır
D) Antidiuretik təsir göstərir
E) Müsbət inotrop effekt göstərir

Ürək qlikozidləri müalicəvi dozada sistolanın gücünü artırır və davametmə müddətini azaldır. Ürək qlikozidlərinin yaratdığı bu effekt – müsbət effekt adlanır.


Ədəbiyyat: M.Qəniyev “Farmakologiya”,E. Ağayev, İbrahim Rəhimov, “Farmakologiya” Bakı “Nurlan” 2005 səh 222




181) Orqanizmə çoxlu miqdarda inyeksiya məhlulu yeritmək lazım gələrsə, həlledici kimi nədən istifadə edilir?

A) 5%-liqlükoza məhlulundan


B) 5%-li askorbin turşusu məhlulundan
C) 0,1%-li kalium permanqanat məhlulundan
D) 0,1%-li epinefrin (Adrenalin) məhlulundan
E) 3%-li hidrogen-peroksid məhlulundan

5% qlükozanın izotonik məhlulundan venaya təyin olunan müxtəlif dərman maddələrini həll etmək üçün istifadə edilir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 554




182) Termolabil maddələr hansı temperaturda sterilizə olunur?

A) 1500C-də


B) 1000C-də
C) 1200C-də
D) 1000C-dən yuxarı
E) 1000C-dən aşağı

Termolabil yəni istiyə davamsız məhlullar nisbətən aşağı temperaturda sterilizə edilir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 41





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə