Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Sititon və Lobelin hansı mərkəzə təsir göstərir?



Yüklə 311,29 Kb.
səhifə58/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   54   55   56   57   58   59   60   61   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

214) Sititon və Lobelin hansı mərkəzə təsir göstərir?

A) Görmə mərkəzinə


B) Qusma mərkəzinə
C) Aralıq beyinə
D) Tənəffüs və damar-hərəkət mərkəzinə
E) Eşitmə mərkəzinə

Bu preparatlar sinokarotid kələflərin N-xolinoreseptorlarının qıcıqlanması nəticəsində reflektor yolla uzunsov beyində yerləşən tənəffüs və damar-hərəkət mərkəzlərini oyadır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 96




215) Sitizin hansı tabletin tərkibinə daxildir?

A) “Teturam”


B) “Lobesil”
C) “Anbital”
D) “Tabeks”
E) “Aeron”

Nikotinizənlə mübarizə üçün sitizin alkaloidindən istifadə edilir. Bu məqsədlə sitizin “Tabeks” tabletin tərkibində istifadə olunur.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 98




216) M-N xolinomimetiklər neçə qrupa bölünür?

A) 4
B) 1


C) 6
D) 2
E) 3

M-N xolinomimetik maddələri şərti olaraq iki yerə bölünür: 1) birbaşa təsirli, 2) dolayı təsirli.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 99




217) Birbaşa təsirli M-N xolinomimetik maddələrə hansı preparat aiddir?

A) Pilokarpin


B) Karboxolin
C) Aceklidin
D) Neostiqmin-metilsulfat (Prozerin)
E) Sızaprid

Karboxolin bilavasitə M-N xolinomimetik maddələrə aiddir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 99




218) Platifillin hansı mərkəzin fəaliyyətini tormozlayır?

A) Damar-hərəkət


B) Qusma
C) Görmə
D) Eşitmə
E) Qoxu

Platifillin damar-hərəkət mərkəzinin fəaliyyətini tormozlayaraq arterial təzyiqi aşağı salır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 104





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə