Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Romazulan preparatı hansı bitki xammalındanalınır?



Yüklə 311,29 Kb.
səhifə56/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   52   53   54   55   56   57   58   59   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

205) Romazulan preparatı hansı bitki xammalındanalınır?

A) Palıd qabığından


B) Adaçayı yarpaqlarından
C) Qaragilə meyvələrindən
D) Çay yarpaqlarından
E) Çobanyastığı çiçəklərindən

Romazulan tərkibcə çobanyastığının ekstraktı, çobanyastığından alınan efir yağı və emulqator olan mayedir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 83




206) Əsasi bismut-nitrat hansı tabletin tərkibinə daxildir?

A) Aspirin


B) Aeron
C) Validol
D) Vikalin
E) Papazol

Əsasi bismut-nitrat mədə və onikibarmaq bağırsağın xora xəstəliklərində istifadə edilir. “Vikalin” və “Vikair” tabletlərinin tərkibinə daxildir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 83




207) Mentol hansı tabletin tərkibinə daxildir?

A) Validol


B) Qastal
C) Vikair
D) De-nol
E) Vikalin

Mentol stenokardiya tutmalarını aradan qaldırmaq üçün istifadə olunan validolun tərkibinə daxildir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 83




208) Yerli anastetikləri xarakterizə edən əsas cəhət hansıdır?

A) Afferent liflərdə impulsların ötürülməsinin müvəqqəti və geridönən blokadası baş verir


B) Sinir uclarını qıcıqlandıraraq müvafiq fizioloji effektlər törədirlər
C) Dəri və selikli qişalarda qoruyucu örtük əmələ gəlir
D) Selikli qişa səthini örtərək hissi sinir uclarına göstərilən qıcıqlandırıcı təsirin qarşısını alır
E) Qıcıqlandırıcı təsirə malik olan faktorları adsorbsiya edirlər

Bu dərman maddələri hissi sinir uclarına və hissi sinirlərə təsir göstərərək oyanmanın əmələ gəlməsinə və ötürülməsinə mane olur.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”, “Nurlan”. Bakı, 2005 səh 74





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə