Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Yalnız səthi və ya terminal anasteziyada istifadə olunan dərman vasitəsi hansıdır?



Yüklə 311,29 Kb.
səhifə57/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   53   54   55   56   57   58   59   60   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

209) Yalnız səthi və ya terminal anasteziyada istifadə olunan dərman vasitəsi hansıdır?

A) Prokain


B) Dikain
C) Trimekain
D) Benzokain
E) Sovkain

Güclü toksiki təsirə malik olduğuna görə dikain yalnız səthi anesteziyada istifadə edilir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 76




210) Aşağıdakı maddələrdən hansı qanqlioblokatorlara aiddir?

A) Heksametonium-benzosulfonat(Benzoheksonium)


B) Anatruksonium
C) Arduan
D) Ditillin
E) Tubokurarin-xlorid

Heksametonium vegetativ qanqlionlarda yerləşən n-xolinoreseptorları blokadaya alır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 113




211) Qanqliblokatorlar hansı halda işlənir?

A) Hipertonik krislərdə


B) Daxili orqanların atoniyasında
C) Qanaxmalar zamanı
D) Doğuş fəaliyyətini zəiflətmək üçün
E) Diabet zamanı

Qanqlioblokatorların təsirindən simpatik qanqlionlar blokadaya alınır. MSS-də simpatik sinirlər vasitəsilə qan damarlarına axan damardaraldıcı sinir impulslarının kəsilməsinə səbəb olduğu üçün qan damarları genişlənir, nəticədə arterial təzyiq aşağı düşür.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 111




212) Hipertoniya zamanı sititonu təyin etmək olarmı?

A) Yuxu törədir


B) Olmaz
C) Qan təzyiqini aşagı salır
D) Olar
E) Damarları genişləndirir

Sititon reflektor yolla damar-hərəkət mərkəzini oyadır və arterial təzyiqi artırır, buna görə də hipertoniya zamanı sititonu təyin etmək olmaz.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 97




213) Lobelin hansı bitkidən alınır?

A) Xədicə gülündən


B) Acı yovşandan
C) Xaş-xaş bitkisindən
D) Lobelia infanta
E) Efedra bitkisindən

Lobelin-Lobelia infanta bitkisinin alkaloididir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 97





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə