Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Parkinson xəstəliyi zamanı istifadə olunan mərkəzi və periferik təsirli xolinoblokatoru göstərin?



Yüklə 311,29 Kb.
səhifə59/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   55   56   57   58   59   60   61   62   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

219) Parkinson xəstəliyi zamanı istifadə olunan mərkəzi və periferik təsirli xolinoblokatoru göstərin?

A) Platifillin-hidrotartrat


B) Metosin-yodid (Metosin)
C) Triheksifenidil (Siklodol)
D) Troventol
E) Pirenzepin

Skopolamin-hidrobromid MSS sakitləşdirici təsir göstərir. Bu təsirinə görə ondan parkinsonizmin müalicəsində istifadə edilir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh. 159




220) Xolinesterazanın reaktivatorlarına hansı aiddir?

A) Heksametonium (Benzoheksonium)


B) Qalantamin-hidrobromid
C) Neostiqmin-metilsulfat
D) Trimedoksim-bromid (Dipiroksim)
E) Atropin-sulfat

Xolinesterazanın reaktivatorları fosfor üzvi birləşmələrin xolinesteraza ilə əmələ gətirdiyi birləşməni parçalayıb, xolinesterazanın sərbəst şəkildə ayrılmasını təmin etməklə onun katalitik aktivliyini bərpa edirlər. Bu maddələrə Trimedoksim-bromid (Dipiroksim) aiddir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 102




221) Mədənin şirə ifrazını zəiflətmək üçün atropin hansı maddələrlə birlikdə təyin edilir?

A) Antasid


B) Büzüşdürücü
C) Bürüyücü
D) Ödqovucu
E) Yerli keyləşdirici

Mədənin şirə ifrazını zəiflətmək üçün atropin-sulfat adətən antasid (anti-əeyhinə, acidum-turşu) maddələrlə (maqnezium-oksid, alüminium-hidroksid və s.) birlikdə təyin edilir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 106




222) Platifillin hansı tabletin tərkibinə daxildir?

A) De-nol


B) Vikalin
C) Aeron
D) Vikair
E) Plavefin

Platifillin dəniz, yaxud təyyarə xəstəliyinin müalicəsi və profilaktikası üçün istifadə olunan “Plavefin” tabletlərinin tərkibinə daxildir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 108





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə