Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) “Apotheka” sözünün mənası nədir?



Yüklə 311,29 Kb.
səhifə51/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   47   48   49   50   51   52   53   54   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

183) “Apotheka” sözünün mənası nədir?

A) Köşk
B) Laboratoriya


C) Klinika
D) Anbar
E) Aptek

“Apotheka” yunan sözü olub, anbar mənası verir. Bu da apteklərin əvvəllər dərman maddələri saxlayan anbar vəzifəsini daşıması ilə əlaqədardır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 45




184) Bu dərmanlardan hansının aptekdən reseptsiz buraxılmasına icazə verilir?

A) Seduksen


B) Validol
C) Sibazon
D) Fenobarbital
E) Fenazepam

Validol ağız boşluğu reseptorlarını qıcıqlandırmaqla reflektor yolla tac damarlarını genişləndirir və nəticədə miokarda O2 daşımasını gücləndirir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 15




185) Aptek şəraitində termostabil dərman maddələrinin inyeksiya məhluluları necə hazırlanır?

A) Termiki sterilizə yolu ilə


B) Dərman maddəsinin üzərinə 0,5%-li xlorbutanol əlavə etməklə aseptik şəraitdə
C) Dərman maddəsinin üzərinə 0,3%-li trikrezol əlavə etməklə aseptik şəraitdə
D) Dərman maddəsinin üzərinə 0,5%-li fenol əlavə etməklə aseptik şəraitdə
E) Aseptik şəraitdə

Aptek şəraitində termostabil dərman maddələrinin inyeksiya məhlulları termiki sterilizə yolu ilə hazırlanır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 41




186) Peroral yolla orqanizmə yeridilən dərman maddəsi neçə dəqiqədən sonra təsir göstərir?

A) Həmin anda


B) 5 dəqiqə sonra
C) 60 dəqiqə sonra
D) 15-40 dəqiqə sonra
E) 10 dəqiqə sonra

Peroral yolla yeridilən dərman maddəsi qana bir qədər gec sorularaq 15-40 dəqiqədən sonra öz təsirini göstərir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 49





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə