- 95 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
minində olduğunu açıq şəkildə ifadə edirdi. Əslində uzun illərdən
bəri istər hakimiyyət, istərsə də mücahidlər arasında latent forma-
da özünü göstərən etnik ziddiyyətlər artıq açıq müstəviyə keçirdi
və daha qanlı mübarizənin başlandığından soraq verirdi.
Maraqlıdır ki, Məsud və Rəbbanini “Pərçəm”çilərlə işbirliyində
suçlayan Hikmətyar özü aprelin 24-də Logər vilayətində Nəcibul-
laya yaxın olan “Pərçəm”çi (Nəcibullanın hakimiyyəti dövründə
“Pərçəm” və “Xəlq”in hər biri də iki qrupa bölünmüşdü – onu
dəstəkləyənlər və əleyhinə olanlar) vitse-prezident (keçmiş müda-
fiə naziri) general Məhəmməd Rəfi ilə görüşmüş və müəyyən razı-
lığa gəlmişdi [127, 129]. Qeyd edək ki, Nəcibulla istefa verdikdən
sonra onun funksiyalarını vitse-prezidentlərin və xarici işlər naziri-
nin daxil olduğu Şura yerinə yetirirdi və Rəfi həmin Şuranın üzvü
kimi kommunist hökumətini təmsil edirdi. (Şura vitse-prezident
Əbdürrəhim Hatifi müvəqqəti prezident təyin etmişdi).
Digər tərəfdən, Məsudun ətrafındakı qüvvələri qonşu ölkənin
(İranın) maraqlarına xidmətdə ittiham edən Hikmətyar nədənsə
özünün başqa bir qonşu ölkənin (Pakistanın) mənafelərinə xidmət
etdiyini “unudurdu”. Məhz Hikmətyarı hakimiyyətə gətirmək üçün
Pakistanın rəsmi qurumları sovet qoşunlarının Əfqanıstandan çıx-
masından 20 gün sonra (1989-cu ilin martında) mücahidlərin ağır
məğlubiyyəti ilə nəticələnən Cəlalabad əməliyyatını tələm-tələsik
həyata keçirmişdilər. Plana əsasən, şəhər azad olduqdan sonra
Hikmətyarın başçılıq etdiyi müvəqqəti hökumət orada yerləşməli
idi. Əməliyyat ABŞ-ın razılığı və Pakistanın baş naziri Binəzir Bhut-
tonun nəzarəti ilə bilavasitə ölkənin kəşfiyyatı (ISI) tərəfindən
hazırlanmışdı. Əsasən Hikmətyar və Səyyafın qüvvələrinin qatıl-
dığı əməliyyatda ərəb könüllüləri və Pakistan hərbçiləri də iştirak
edirdilər. 15.000 nəfərin cəlb olunduğu bu əməliyyat mücahidlərin
müasir hərb qaydaları ilə həyata keçirdiyi ilk hücum idi.
Dörd aydan çox davam edən Cəlalabad əməliyyatı azı 3000 mü-
cahidin, 10.000 nəfərdən çox dinc əhalinin həlak olması ilə başa
- 96 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
çatmışdı. Macar tədqiqatçısı Nəsrin Katonanın yazdığına görə, Cə-
lalabad döyüşü II Dünya müharibəsindən sonra baş vermiş ən bö-
yük döyüşlərdən biri olmuşdur [107]. Təkcə onu demək kifayətdir
ki, hökumət qüvvələri tərəfindən şəhərə 400-dən çox “Skad” ballis-
tik raketi atılmışdı. Cəlalabad məğlubiyyəti həm də ISI-nin rəhbəri
Həmid Gülün vəzifəsindən azad olunması ilə nəticələnmişdi.
Acı məğlubiyyətdən az sonra Hikmətyarın dəstələri həmin
əməliyyatda onları yetərincə dəstəkləməyən Məsudun qüvvələri
ilə Təxar vilayətində döyüşə girmiş və xeyli adamı qətlə yetirmişdi.
Daha sonra Məsud onun əsgərlərini öldürən İslam Partiyası mü-
cahidlərini əsir götürüb edam etmişdi. Bütün bunlar mücahidlərin
hansı münasibətlərlə, necə dərin ixtilaflarla hakimiyyətə gəldiyini
göstərməkdədir.
Hikmətyarın qeyd olunan bəyanatlarından sonra digər partiya-
ların silahlı dəstələri də Kabula doğru axışmağa başladılar. Hikmət-
yarın qüvvələri cənubdan, Səyyafın və Məzarinin dəstələri qərb-
dən, Xalisin döyüşçüləri şərqdən Kabula daxil oldular (Qeyd edək
ki, həmin ərəfədə müdafiə nazirinin birinci müavini, Kabul qarni-
zonunun rəisi general Əziminin əmri ilə şəhər ətrafındakı təhlükə-
sizlik zolağı dağıdılmışdı). Şəhərdə qarət və zorakılıq başladı, hər
partiyanın qüvvələri bir dövlət orqanının binasını ələ keçirib onun
üzərində öz bayrağını ucaltdı. Eyni zamanda müxtəlif partiyalara
mənsub mücahidlər arasında toqquşmalar baş verdi. Belə olan təq-
dirdə Məsudun qüvvələri şəhərə girməli oldu. General Dustumun
hərbçiləri təyyarə ilə gələrək, Kabul aeroportunu nəzarətə götür-
dülər. 3 gün ərzində paytaxtda xaos və anarxiya hökm sürdü. On-
larla ev dağıldı, yüzlərlə mülki şəxs həlak oldu. Yalnız aprelin 27-si
axşama doğru Hikmətyarın dəstələri və onun “Xəlq”çi tərəfdaşla-
rı artıq müvəqqəti hökumətdən səlahiyyət almış Məsud və onun
müttəfiqlərinin qüvvələri tərəfindən şəhərin cənub və cənub-şərq
ətrafına sıxışdırıldı. Səudiyyə Ərəbistanı kəşfiyyatının rəhbəri Tür-
ki əl-Feysəlin və Pakistanın baş naziri Nəvaz Şərifin işə qarışması
- 97 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
sayəsində tərəflər arasında atəşkəsə nail olundu və bununla da Pi-
şavərdə müəyyənləşdirilmiş keçid hökumətinin Kabula gəlməsinə
şərait yarandı [127, 135-136].
Aprelin 25-də axşam Pişavərdə “Yeddilik” rəhbərlərinin hö-
kumətlə bağlı müzakirələrinin (Hikmətyar orada iştirak etməsə də,
səlahiyyətli nümayəndəsi vardı) nəticələri açıqlandı. Alınmış qəra-
ra əsasən, Sibğətulla Mücəddidinin rəhbərliyi ilə keçid hökuməti
yaradılırdı. Onunla bərabər 50 nəfərlik bir heyət (30 mücahid ko-
mandanı, 10 ruhani və 10 siyasətçi) Kabula getməli və hakimiyyə-
tin ötürülməsini təmin etməli idi. 2 aylıq müddətdən sonra Bür-
hanəddin Rəbbani 4 ay Əfqanıstan İslam Dövlətinin (artıq dövlət
belə adlanacaqdı – M.M.) prezidenti olacaq və hökumət qurula-
caqdı. Hökumətin “cihad təşkilatlarından” təşkil olunması nəzərdə
tutulurdu. Hikmətyarın partiyasına baş nazir kürsüsü təklif olunur-
du. Onun üç müavini eyni zamanda xarici işlər, təhsil, daxili işlər
naziri olacaqdı və bu postlar müvafiq olaraq, Gilaninin, Xalisin və
Səyyafın partiyalarına verilirdi. Əhməd şah Məsud müdafiə naziri
olacaqdı, Nəbinin partiyasının təmsilçisi isə Məhkəməyə rəhbərlik
edəcəkdi. Qalan nazir postları ilə bağlı növbəti günlərdə qərara gəl-
mək nəzərdə tutulurdu. Bu proses 6 aydan çox çəkməməli idi və hə-
min vaxt ərzində bir neçə yüz nəfərdən ibarət İslam Şurası və ya İs-
lam Məclisi (parlamentə bənzər qurum) formalaşmalı idi. Həmin
məclis növbəti 1,5-2 il müddətinə fəaliyyət göstərəcək müvəqqəti
hökumət təşkil etməli idi [127, 130-131].
Bütövlükdə qərar tələsik qəbul olunmuşdu və bir çox suallar
açıq qalmışdı, bu da gələcək ixtilaflara zəmin yaradırdı. Hər halda
vaxt gözləmirdi və Mücəddidinin rəhbərlik etdiyi heyət aprelin
27-də Pişavərdən Kabula doğru hərəkət etdi. Ertəsi gün – aprelin
28-də Xarici işlər nazirliyinin binasında təşkil olunmuş mərasimdə
Nəcibulla iqtidarının baş naziri Fəzlül-Həqq Xaliqyar rəsmən hö-
kuməti Mücəddidiyə təhvil verdi [111, 79]. (Digər məlumatlara
əsasən, təhvil-təslim aktını vitse-prezidentlərdən biri – Əbdürrə-
Dostları ilə paylaş: |