Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə


- 6 -  ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə2/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   2   3   4   5   6   7   8   9   ...   66

- 6 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Azərbaycan üçün təkcə elmi-nəzəri deyil, həm də praktik əhə-
miyyət daşımaqdadır. 
Ümid edirik ki, mövzusu baxımından Azərbaycanda ilk olan 
bu kitab Əfqanıstanın müasir tarixinə və beynəlxalq əlaqələrinə 
dair yeni araşdırmaların meydana gəlməsinə təkan verəcəkdir.
Kitabın “Əlavələr” bölümündə verilmiş materiallar müəllif 
tərəfindən dəri (fars), rus və ingilis dillərindən tərcümə edilmiş-
dir.      


- 7 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
1973-cü ilin yayında Əfqanıstanın 60 yaşını haqlamış rəhbəri 
Məhəmməd Zahir şah İtaliyada müalicədə olarkən, onun əmisi 
oğlu, sabiq baş nazir Məhəmməd Davud xan Kabulda çevriliş 
etdi və ölkədə monarxiyaya son qoyulduğu, respublika qurulu-
şuna keçildiyi barədə bəyanat verdi. Bununla da Zahir şah Əfqa-
nıstanın son şahı kimi tarixə düşdü və onun təqribən 30 illik mü-
hacirət həyatı başlandı: çevrilişdən sonra o, İtaliyada yaşamağa 
davam etdi və bir də 2002-ci ildə «millətin atası» qismində vətə-
ninə qayıda bildi.
Ölkədəki reallığı düzgün qiymətləndirən Zahir şah bir müd-
dət sonra taxt-tacdan əl çəkməsi barədə Davud xana belə bir mək-
tub göndərdi:
«Mərhəmətli və bağışlayan Allahın adı ilə!
Qardaşım möhtərəm prezident!
Son hadisələr barədə eşitdiyim vaxtdan bu ana qədər fikrim 
vətənimin yanında idi və onun gələcəyindən nigaran idim. Lakin 
Əfqanıstan xalqının tam əksəriyyətlə gələcəkdə milli məsələlərin 
respublika rejimi vasitəsilə idarə olunmasına tərəfdar çıxdığını 
biləndən sonra vətənimin əhalisinin iradəsinə hörmət qoyaraq, 
özümü şahlıqdan istefa vermiş sayıram və bu məktubla öz qərarı-
mı Sizə çatdırıram.
Mənim arzum əziz vətənimin səadəti və tərəqqisindən başqa 
Ərəfə: “Aprel inqilabı”ndan 
əvvəl Əfqanıstanda vəziyyət


- 8 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bir şey olmadığı üçün sadə bir əfqan kimi Əfqanıstan bayrağının 
kölgəsində dayanıram. Dua edirəm ki, ulu və qadir Tanrı mənim 
vətənimin və həmvətənlərimin hamisi və yardımçısı olsun. 
Məhəmməd Zahir, Əfqanıstanın sabiq padşahı. 
İtaliya, 12 avqust 1973-cü il” [127, 355-356].
Beləliklə, ölkənin idarəçiliyi, o cümlədən, xarici siyasəti ilə 
bağlı Zahir şahla Davud xan arasında iyirmi ildən çox davam 
edən ixtilaflar ikincinin xeyrinə həll olundu. Qeyd edildiyi kimi, 
Davud xan əvvəllər – 1953-1963-cü illərdə Əfqanıstanın baş na-
ziri olmuş və ölkənin modernləşməsinin qızğın tərəfdarı, “yuxa-
rıdan islahat” və “idarə olunan iqtisadiyyat” xəttinin müəllifi 
kimi tanınmışdı. Lakin istər onun avtoritar islahatçılığı, istərsə 
də sonrakı “demokratiya onilliyi”, o cümlədən, siyasi partiya və 
ictimai birliklərin sərbəst fəaliyyətinə icazə verilməsi müəyyən 
müsbət irəliləyişlərə rəğmən, ölkənin problemlərini həll etmə-
miş, əksinə, cəmiyyətdə yeni ziddiyyətlər doğurmuş, sol və dini 
müxalifətin formalaşmasına, antimonarxiya əhval-ruhiyyəsinin 
güclənməsinə səbəb olmuşdu. Çevrilişdən sonra onun səbəbləri 
barədə danışarkən Davud özü də belə demişdi: «Nə üçün bizim 
ölkəmizdə inqilab oldu? Əlbəttə, heç bir şey səbəbsiz və əsassız 
olmur. Bunun səbəbləri hər bir əfqan vətəndaşına məlumdur və 
o da hökumətdəki korrupsiya, sosial ədalətsizlik və digər bəlalar-
dan ibarətdir» [137]. 
Bir puştu millətçisi kimi Davud xan çevrilişdən sonrakı ilk 
çıxışında yenidən Puştunistan məsələsini gündəmə gətirdi. Xatır-
ladaq ki, hələ baş nazirliyi dövründə Davud xan məşhur «Dürand 
xətti»nin əleyhinə çıxışlar etmiş, hətta Pakistana silahlı diversant 
dəstələri göndərmişdi. Pakistanla qarşıdurma təbii olaraq, hələ o 
vaxt Davud xanın Qərbdən uzaqlaşıb SSRİ-yə yaxınlaşmasına, 
kommunist rejimi ilə geniş hərbi və iqtisadi əməkdaşlığa başla-
masına səbəb olmuşdu. Sovet hökuməti də özünün strateji ma-
raqlarına uyğun olaraq, Davud xana hər cür yardım göstərirdi. 


- 9 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Belə ki, 1955-ci ildə SSRİ Əfqanıstana güzəştli şərtlərlə 100 mil-
yon dollar həcmində kredit vermişdi. Bir il sonra iki ölkə arasında 
32 milyon dollarlıq hərbi saziş də imzalanmışdı. Əfqan zabitləri 
sovet hərbi məktəblərinə oxumağa göndərilirdi. Bu üzdən Davud 
xan hələ o zaman ABŞ-da «Qırmızı şahzadə» adlandırılırdı.
Bir çoxları Davudun SSRİ-yə bu meylini onun solçu, hətta 
kommunist baxışları ilə əlaqələndirirlər. Lakin bəzi müəlliflər 
onun bütün addımlarında şəxsi və hakimiyyət maraqlarından 
çıxış etdiyini vurğulayırlar: «Davud heç bir məsləkə və məktə-
bə bağlı deyildi. Onun o tərəf-bu tərəfə meyllənməsi hakimiyyəti 
əldə etmək və qorumaq məqsədi daşıyırdı» [115, 147]. 
Əlbəttə, prezidentliyinin sonrakı dövründə onun üzünü Qər-
bə tutması bu fikrin heç də əsassız olmadığını göstərir. Əfqan 
tədqiqatçılarından biri də yazır: «Sərdar Məhəmməd Davud 
xan həyatda heç vaxt ikinci yerlə razılaşmayan adamlardan idi. 
O tiplərdən idi ki, ölkədə ikinci adam olmaqdansa, kənddə bi-
rinci şəxs olmağı üstün tuturlar» [137].  
İstənilən halda Davud xan baş nazir postundan uzaqlaşdırıl-
dıqdan sonra bir növ xəlvətə çəkilməsinə və şah sarayı ilə əlaqələ-
rini kəsməsinə baxmayaraq, daim hakimiyyətə qayıtmaq barədə 
düşünmüş, bu üzdən hərbçilərlə təmaslarını qoruyub saxlamış-
dır. Həmin dövrdə orduda sol baxışlar geniş yayılmışdı, 1965-ci 
ildə yaradılmış, iki il sonra isə «Xəlq» («Xalq») və «Pərçəm» 
(«Bayraq») adı ilə iki fraksiyaya parçalanmış Əfqanıstan Xalq 
Demokratik Partiyasının (ƏXDP) təsiri güclü idi. Davud xanın 
ƏXDP ilə, xüsusən «Pərçəm»lə yaxın əlaqələri vardı və istər 
1973-cü ilin 17 iyul çevrilişində, istərsə də çevrilişdən sonra hö-
kumətin qurulmasında ondan güclü dəstək almışdı. Çevrilişdən 
sonra baş nazir, müdafiə naziri və xarici işlər naziri postlarını öz 
əlində cəmləşdirən prezident Davud xanın hökumətində 7 nəfər 
«Pərçəm» üzvü və tərəfdarı təmsil olunmuşdu, o cümlədən, 
Həsən Şərq baş nazirin müavini vəzifəsini tuturdu (kabinet üzv-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə