Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə9/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

- 29 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ABŞ-ın həmin dövrdə Əfqanıstandakı proseslərə siyasi yanaş-
masının başlıca cəhətləri dövlət katibi Sayrus Vensin sözlərin-
də daha aydın ifadə olunurdu: «Tarixi baxımdan ABŞ-ın orada 
(Əfqanıstanda – M.M.) əhəmiyyətli maraqları yox idi… Biz və 
regiondakı tərəfdaşlarımız Kabul rejiminin müxaliflərinə və an-
timarksist qruplara kömək göstərməklə, bölgədəki sabitsizliyi 
artırmaq istəmirdik. Mənim tövsiyəm belə idi ki, bu macəraya 
qarışmamaq lazımdır» [115, 199].
Məhz bu mövqeyin nəticəsi olaraq, bir müddət sonra ABŞ və 
onun regiondakı tərəfdaşlarından olan Pakistan Əminin yaxın 
münasibətlər qurmaq istəyinə soyuq yanaşmışdılar. Başqa sözlə, 
amerikalılar hələ 1950-ci illərdə Əfqanıstan hökumətinə yardım 
etməməklə, onun SSRİ-dən asılılığına zəmin yaratmaq xəttini 
tutmuşdular.
Həmin asılılıq SSRİ-nin «iştahasını artırır», bir çox digər 
kasıb ölkələrdə olduğu kimi, Əfqanıstanda da «sosialist inkişaf 
yolunu seçmiş» ələbaxan rejim  formalaşdırmaq istəyini güclən-
dirirdi. Bu isə SSRİ-nin iqtisadi məsrəflərinin artmasına, son nə-
ticədə içəridən çökərək, tarixi rəqabətdə ABŞ-a uduzmasına yol 
açırdı. Təsadüfi deyil ki, sonrakı mərhələdə Əfqanıstana böyük 
qoşun kontingentinin yeridilməsi və təqribən on il ərzində bu 
ölkənin SSRİ büdcəsindən ağlasığmaz vəsaitləri «udması» So-
vetlərin  süqutunu sürətləndirən ciddi amillərdən biri kimi qiy-
mətləndirilir.
Lakin hələlik buna bir neçə il qalmışdı, odur ki, iki yüz illik 
Böyük oyunda qələbəyə yaxın olduğunu düşünən və bu üzdən si-
yasi ehtirasları coşan sovet rəhbərləri səxavətlə gənc demokratik 
dövlətin «islahatlarını» dəstəkləyir, bu yolda heç nəyi, hətta öz 
vətəndaşlarının həyatını belə əsirgəmirdilər. Həmin «islahatlar» 
isə nə əfqan cəmiyyətinin inkişaf səviyyəsinə, nə də əfqan xalqı-
nın minillik ənənələrinə uyğun idi.
Tərəki hökuməti sosialist ölkələrinin təcrübəsindən çıxış 


- 30 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
edərək, Əfqanıstanın siyasi sistemini, sosial-mədəni və iqtisa-
di strukturunu dəyişdirmək üçün öz islahatlar proqramını 8 ay 
ərzində verdiyi 8 fərman (dekret)  vasitəsilə irəli sürdü. Bunlar-
dan yuxarıda xatırlanan ilk ikisi ölkənin yeni siyasi quruluşunu, 
o cümlədən, təkpartiyalı sistemi ümumi şəkildə müəyyənləşdir-
mişdi. 3-cü fərman köhnə Konstitusiyanın ləğvinə, Ali məhkəmə 
şurası və hərbi tribunalın yaradılmasına aid idi. 4-cü fərmanla 
Əfqanıstanın dövlət gerbi və bayrağı dəyişdirilmişdi. Onunla eyni 
vaxtda verilmiş 5-ci fərmanla Nadir xan nəslindən olan 23 nəfər, 
o cümlədən, Zahir şah «milli xainlər» elan olunmuş və Əfqanıs-
tan vətəndaşlığından məhrum edilmişdi. 6-cı fərman torpağın 
icarəyə verilməsi, mülkədarların gəliri, onun miqdarının azaldıl-
ması, müəyyən hallarda isə ləğvi kimi məsələlərə həsr olunmuş-
du. Bu fərman kəndlilərin 75 %-ni əhatə edirdi; hökumət eks-
pertlərinin hesablamalarına görə, 11 milyon kəndli iri mülkədar-
lara və icarədarlara olan borcdan azad edilmişdi. 1978-ci ilin okt-
yabrında verilmiş 7 nömrəli fərmanla qadınlar və kişilərin hüquq 
bərabərliyi elan edilir, iri məbləğdə başlıq ödənilməsi, məcburi 
və erkən nikahlar ləğv olunurdu. Hökumətin xüsusi önəm verdiyi 
8 saylı fərman isə torpaq islahatına həsr olunmuşdu və kənddə 
«feodal münasibətlərinin ləğvinə» yönəlmişdi. Fərmana əsasən, 
mülkədar torpaqlarının 6 hektardan artıq olan hissəsi əllərindən 
alınıb pulsuz olaraq kəndlilərə paylanırdı. İslahatın həyata keçiril-
məsini birinci mərhələsində (1979-cu ilin yanvar-iyul aylarında) 
rəsmi məlumata əsasən, 296 min ailə torpaqla təmin edilmişdi.
Lakin ƏXDP rəhbərliyi islahatların həyata keçirilməsində 
hədsiz radikallığa, tələskənliyə və volyuntarizmə yol verir, sovet 
sistemini eynən təkrarlamağa çalışır, ölkədəki ictimai münasibət-
lərin xarakteri və mahiyyətini nəzərə almadan, yaxud anlamadan 
sinfi mübarizədən, istismarçı sinfin ləğvindən dəm vururdu. Eyni 
zamanda, islamın və ruhanilərin ictimai həyatda rolu, əhali ara-
sında nüfuz və təsiri gözdən qaçırılırdı. Bir tərəfdən marksist-ate-


- 31 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ist düşüncə tədris və təbliğ olunur, digər tərəfdən də ƏXDP rəh-
bərləri, xüsusən ilk dönəmdə, xalqa müraciətlərini «Bismillah»-
la başlayır, dini bayramlarda ümumi namaz qılınmasında iştirak 
edirdilər. Xalqın inancının bu şəkildə “nəzərə alınması” isə əks 
effekt verir, nümayişkaranə riyakarlıq mömin insanların dini hiss-
lərinə toxunur, onları qıcıqlandırırdı. Bu da öz növbəsində ruha-
nilərin hökumət əleyhinə təbliğatına əlverişli şərait yaradırdı. 
Milli özünəməxsusluğun və tarixi ənənələrin nəzərə alınmaması 
daxili siyasətdə ƏXDP rəhbərliyinin buraxdığı ən böyük səhv idi.
Bu işdə sayı durmadan artan, getdikcə bütün partiya və dövlət 
strukturlarını, hətta yerli hakimiyyət orqanlarını əhatə edən sovet 
müşavirlərinin payı az deyildi. Heç bir xüsusi hazırlıq keçmədən 
və yerli şəraiti bilmədən Əfqanıstana ezam olunan bu müşavirlər 
ölkədə sovet idarəçilik modelinin tətbiqinə çalışır, bütün naqis-
likləri ilə birgə sovet təcrübəsini «əfqan yoldaşlara» ötürür, bir 
çox hallarda isə onların funksiyalarını mənimsəyirdilər. Bunun-
la əlaqədar əfqan tədqiqatçısı Məhəmməd İkram Əndişməndin 
yazdıqları maraq doğurur:
«Əslində Xalq Demokratik Partiyasının hökuməti, hətta  
SSRİ-nin Əfqanıstana hərbi təcavüzündən öncə, «müşavirlər 
hökuməti» idi. 1979-cu ilin iyun ayında mən Kabul universiteti 
rektorunun imzası ilə əkinçilik və torpaq islahatı nazirliyinə bir 
məktub apardım ki, öz monoqrafiyamda istifadə etmək üçün 
Bəğlan vilayətində suvarma və dəmyə əkinçiliyinə yararlı tor-
paqların sahəsi barədə məlumat əldə edim. Bu işlə məşğul olan 
məmur məktubu məndən alıb sovet  müşavirinin yanına getdi 
və məsələni tərcüməçi vasitəsilə ona anladıb icazə istədi. Müşa-
vir ona icazə verdi, sonra o, otağına qayıdıb məktubun üstündə 
müvafiq şöbəyə yazdı ki, Bəğlanın əkin sahələri barədə mənə 
məlumat verilsin» [127, 75-76].
Müşavirlərə bu cür münasibət və itaət heç də əsassız deyildi. 
Belə ki, yerli məmurların (eləcə də hərbçilərin və partiya funk-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə