Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə7/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   2   3   4   5   6   7   8   9   10   ...   66

- 22 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
sonra Pakistana səfər edən İran şahı Məhəmməd Rza Pəhləvi iki 
ölkə arasında dialoqun başlanmasında bir növ vasitəçi oldu. Nəti-
cə olaraq, 1976-cı ilin iyun ayında Pakistanın baş naziri Zülfüqar 
Əli Bhutto Kabula rəsmi səfər etdi. Bundan iki ay sonra Davud 
xanın Pakistana səfəri baş tutdu. İki dövlət başçısının növbəti gö-
rüşü 1977-ci ilin iyun ayında Kabulda oldu. Aparılan müzakirələr 
nəticəsində münasibətlərdəki gərginlik aradan qalxdı. Davud xan 
Puştunistan məsələsini gündəmdən çıxardı və bir sıra məlumatla-
ra görə, “Dürand xətti”ni tanımağa razılıq verdi. Qeyd edək ki, bu, 
ölkə daxilində Davud xanın nüfuzuna böyük zərbə oldu və onun 
sosial dayaqlarını xeyli dərəcədə zəiflətdi.
Paralel olaraq, Əfqanıstanın İraq, Küveyt, Çin, Yuqoslaviya, 
Avstraliya və s. kimi ölkələrlə də əlaqələri genişlənirdi. Dünya 
Bankı, Asiya İnkişaf Bankı kimi qurumlar Əfqanıstandakı la-
yihələrə dəstək verməyə başlamışdı. Davud xan artıq gənc zabit-
ləri hazırlıq üçün SSRİ-yə deyil, Hindistan və Misirə göndərməyə 
başlamışdı, təyyarəçilər isə Türkiyəyə oxumağa göndərilirdi. Ka-
bul Universitetinin mühəndislik fakültəsinə 1976-cı ildə 1000 
nəfərə yaxın tələbə qəbul olunmuşdu və orada amerikalı müəllim-
lərin böyük təsiri vardı. Məhəmməd Nəim xan Fransa və ABŞ-da 
səfərdə olmuşdu. 1978-ci ilin əvvəllərində ABŞ və Səudiyyə Ərə-
bistanı ilə hərəsi 500 milyon dollarlıq iqtisadi yardım anlaşması 
əldə edilmişdi. Həmin ilin iyununda İran şahının Kabula səfəri 
olacaqdı, sentyabrda isə Davud xan ABŞ-a gedib prezident Kar-
ter ilə görüşəcəkdi [10, 7]. 
Bütün bu prosesləri yaxından izləyən sovet rəhbərliyi artıq 
ciddi narahatlıq keçirirdi. 1977-ci ilin aprel ayında Davud xan 
Moskvaya dəvət olundu. Rəsmi görüş zamanı L.İ.Brejnev diplo-
matik etiketə riayət etmədən NATO ölkələrindən olan mütəxəs-
sis və müşavirlərin Əfqanıstanda fəaliyyət göstərməsindən na-
razılığını bildirdi, onların əslində casusluqla məşğul olduğunu 
və ölkədən çıxarılmasının vacibliyini dilə gətirdi. Davud xanın 


- 23 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bu tələbə cavabı çox sərt və görüşdə iştirak edənlər üçün gözlə-
nilməz olmuşdu. O, bildirmişdi ki, biz sizə ölkəmizi necə idarə 
etməyi diktə etmək ixtiyarını verməmişik, Əfqanıstan müstəqil 
dövlətdir və kiminlə əməkdaşlıq etməyi özü müəyyənləşdirir; 
biz lazım gəlsə, kasıb olaraq qalacağıq, lakin qərar və hərəkətləri-
mizdə azadlığımızı qoruyacağıq! Həmin söhbətdən sonra Davud 
xan Brejnevlə ertəsi günə nəzərdə tutulmuş təkbətək görüşü ləğv 
edərək, Kabula qayıtdı [124, 92]. Bu, artıq münasibətlərin nüma-
yişkaranə surətdə pozulması demək idi.
Sovet rəhbərliyi dərhal hərəkətə keçdi. İlk addım kimi ƏXDP 
fraksiyalarının birləşdirilməsi nəzərdə tutuldu. Eyni zamanda iq-
tisadi razılaşmaların icrası yubadıldı və ya təxirə salındı.
Davud xanın SSRİ-yə səfərindən cəmi 2-3 həftə sonra – 1977-
ci ilin mayında Tərəki ilə Karməlin görüşündə fraksiyaların birləş-
məsi barədə razılıq əldə olundu. İyulun 3-də keçirilən konfransda 
ƏXDP əvvəlki halına qayıtdı və hər iki fraksiyadan paritet əsasda 
30 nəfərlik Mərkəzi Komitə seçildi. Tərəki partiyanın baş katibi, 
Karməl isə MK-nın üç katibindən biri oldu. Paralel olaraq, Əminin 
rəhbərliyi ilə orduda qiyama hazırlıq işinə start verildi.
1977-ci il noyabrın 16-da Davud hökumətinin Planlaşdır-
ma və Büdcə naziri Əli Əhməd Xürrəm qətlə yetirildi. O, Qərbə 
meylli və Davuda ciddi təsiri olan bir şəxs kimi tanınırdı. Qətlin 
icraçısı həbs və mühakimə edildi, onun guya islamçıların sifarişi-
ni yerinə yetirdiyi açıqlandı. Lakin naziri qətlə yetirən müəllimin 
əslində ƏXDP-yə bağlı bir şəxs olduğu üzə çıxdı. Bu, görünür, 
Davud xana açıq və son xəbərdarlıq idi.
Ölkəni qarışdırmaq üçün növbəti terror aksiyası 1978-ci il 
aprelin 17-də baş verdi: ƏXDP-nin liderləri və nəzəriyyəçilərin-
dən biri Mir Əkbər Xəybər qətlə yetirildi. Onun aprelin 19-da 
keçirilən dəfn mərasimi bir növ siyasi nümayişə çevrildi. Min-
lərlə insanın toplaşdığı mərasimdə ƏXDP rəhbərləri alovlu çıxış-
lar edərək, qətldə hökuməti günahlandırdılar. Onlar bilərəkdən 


- 24 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Xəybərin cənazəsini prezident iqamətgahının önündən aparmış, 
eyni zamanda ABŞ səfirliyinin qarşısında etiraz mitinqi keçir-
mişdilər [70, 402]. Əslində ƏXDP liderləri bu hadisədən bəhanə 
kimi istifadə edərək, ehtirasları qızışdırmağa çalışırdılar. Davud 
xan onların həbsinə göstəriş verdi. Aprelin 26-da ƏXDP rəhbərli-
yinə daxil olan 7 şəxs, o cümlədən, Tərəki və Karməl həbs edildi. 
Əmin, bəzi məlumatlara görə, bir neçə saat sonra tutuldu, bəzi 
məlumatlara əsasən isə, həbsdən kənarda qaldı. Elə o da ordunun 
ertəsi günə nəzərdə tutulan çevriliş planını hazırlayıb zabitlərə 
təqdim etmişdi...


- 25 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
1978-ci il aprelin 27-də səhər saat 10 radələrində Kabulun 
Poli-Çərxi rayonunda yerləşən 4-cü briqadaya məxsus 50-yə 
yaxın tank şəhərin mərkəzindəki prezident iqamətgahına doğru 
hərəkətə başladı. Onlara ƏXDP üzvü olan zabitlər Məhəmməd 
Rəfi və Məhəmməd Əsləm Vətəncar rəhbərlik edirdi. Həmin vaxt 
prezident sarayında Davud xanın sədrliyi ilə hökumətin fövqəla-
də iclası keçirilirdi.
Bu ərəfədə orduya tam döyüş hazırlığı əmri verilsə də, qiyam-
çılar tezliklə prezident sarayını mühasirəyə ala bildilər, daha son-
ra hərbi-hava qüvvələrinin qərargahını, Əfqanıstan radiosunu, 
Kabul beynəlxalq aeroportunu, rabitə və müdafiə nazirliklərini 
ələ keçirdilər. ƏXDP-nin hər iki cinahdan olan rəhbərləri həbsxa-
nadan azad edildi.
Tərəki və Karməl bir zirehli maşında əvvəlcə Əfqanıstan radi-
osunun binasına, oradan da hərbi-hava qüvvələrinin qərargahı-
na getdilər. Deyilənə görə, bu iş Karməlin təkidi ilə olmuşdu və 
məqsəd bu idi ki, çevriliş baş tutmasa, onlar asanlıqla aradan çıxa 
bilsinlər [115, 192].
Hərbi-hava qüvvələrinin qərargahında ƏXDP MK-nın iclası 
keçirildi və «inqilabın qələbəsi» haqqında bəyanat verilməsi qə-
Çevrilişdən təcavüzə: 
“Xəlq”lə “Pərçəm”in bitməyən 
mübarizəsi


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə