Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə15/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

- 47 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
tərzdə danışmağa başladı. Prosesin qorxulu istiqamətə getdiyini 
görən Kabuldakı sovet nümayəndələri Moskvanın göstərişinə 
uyğun olaraq, tərəfləri barışdırmağa cəhd göstərdilər. Sentyabrın 
13-də SSRİ-nin ƏDR-dəki səfiri A.M.Puzanov yüksək rütbəli so-
vet hərbçilərinin müşayiəti ilə Tərəkinin iqamətgahına gəlib par-
tiyanın birliyini saxlamağın və inqilabın nailiyyətlərini qoruma-
ğın vacibliyi barədə L.İ.Brejnevin sözlərini çatdırdı. Həm Tərəki, 
həm də Əmin bu fikirlə razılaşdıqlarını bildirsələr də, ertəsi gün 
hadisələr tam fərqli istiqamətdə cərəyan etdi.
Sentyabrın 14-də axşama doğru Tərəki artıq Müdafiə Nazir-
liyində əyləşən Əminə zəng edib öz iqamətgahına – sovet nü-
mayəndələri ilə növbəti görüşə çağırdı. Əmin yalnız öz müha-
fizəsi ilə gələ biləcəyini bildirdi. Tərəki qısa çək-çevirdən sonra 
razılaşmalı oldu. Tərunun vasitəsilə Tərəkinin iqamətgahında 
baş verənlərdən dəqiq məlumatı alan Əmin 6 mühafizəçi ilə ora 
yollandı. Tərun onu qarşıladı və onlar üç mühafizəçini aşağıda 
qoyub iqamətgaha girdilər. İkinci mərtəbəyə qalxanda Tərəkinin 
yüngül pulemyotla silahlanmış yavərləri atəş açmağa başladılar. 
Tərun oradaca öldürüldü. Əmin isə pilləkənlə sürünərək özünü 
atəş altında olan maşınına çatdırdı və oradan yüksək sürətlə Mü-
dafiə Nazirliyinə gəldi.
Tərəkinin uğursuz sui-qəsd cəhdi Əminə qəti və son hərəkətə 
keçmək fürsəti verdi. Onun əmrinə əsasən, Tərəki iqamətgahının 
rabitəsi kəsildi və «kommandos» iqamətgahı mühasirəyə alıb 
qvardiyanı tərksilah etdi. Tərəki iqamətgahın kiçik bir otağında 
həbs edildi, onun tərəfdarlarına qarşı sürətli və kütləvi repressi-
ya başladı. Axşam saat 8-də Kabul radiosu Tərəkinin, eləcə də 
«dördlük» üzvlərinin vəzifədən getdiyi barədə məlumat yaydı.
Sonrakı iki gündə ƏXDP MK-nın və İnqilab Şurasının iclas-
ları keçirildi. Tərəki «səhhəti ilə əlaqədar» vəzifələrindən azad 
edildi, Əmin ƏXDP MK-nın baş katibi, İnqilab Şurasının sədri 
və baş nazir oldu. Beləliklə, Əfqanıstanda Həfizulla Əminin 100 


- 48 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
günlük hakimiyyəti başladı.
Sentyabrın 17-də Əmin Kabul televiziyası və radiosu ilə yarım 
saatlıq çıxış edərək, ölkədəki vəziyyətlə bağlı xalqa məlumat ver-
di. Çıxışında Tərəkinin adını bir dəfə də çəkmədən, «şəxsiyyətə 
pərəstiş»in ölkəyə vurduğu ziyandan (deyildiyi kimi, bu pərəs-
tişin yaradılmasında əsas rolu o özü oynamışdı!), ƏQSA-nın 
törətdiyi cinayət və özbaşınalıqlardan danışdı, bu qurumun ləğv 
edilərək, əvəzində KAM («Kargəri Estexbarati Moəssisə» – 
«Fəhlə Kəşfiyyatı Təşkilatı») yaradıldığını elan etdi. Yuxarıda 
adı keçən Əziz Əkbəri KAM-ın rəisi təyin olundu. Lakin bir müd-
dət sonra o, həmin vəzifədən azad edilib İraqa səfir göndərildi, 
yerinə isə Əminin qardaşı oğlu Əsədulla Əmin təyin edildi.
«Təhlükəsizlik, ədalət, qanunçuluq!» şüarını irəli sürən Əmin 
sovet-əfqan dostluğuna sadiqliyini bəyan etsə də, SSRİ ilə müna-
sibətlər o qədər də sadə deyildi. Tərəkinin təşkil etdiyi sui-qəsddə 
sovet səfirinin iştirakı (həmin vaxt sovet səfiri Puzanov həqiqətən 
də, Tərəkinin iqamətgahında idi), eləcə də səfirlikdə onun rəqib-
lərinə («dördlük» üzvlərindən üçünə) sığınacaq verilməsi Əmi-
ni Moskvaya ehtiyatla yanaşmağa vadar edirdi. Moskva da Brej-
nevin rəğbət bəslədiyi Tərəkinin devrilməsindən məmnun de-
yildi. Təsadüfi deyil ki,  sovet  rəhbərliyi yalnız 3 gün keçəndən 
sonra Əmini hakimiyyətə gəlməsi münasibəti ilə təbrik etmişdi. 
Bir müddət sonra Əmin Moskvadan Kabuldakı sovet səfirinin 
və baş hərbi müşavir general L.N.Qorelovun dəyişdirilməsini 
tələb etdi. Noyabr ayında bu istək yerinə yetirildi və F.A.Tabe-
yev SSRİ-nin Əfqanıstandakı yeni səfiri oldu.
Ötən dövrdə baş verənlərin məsuliyyətini öz üzərindən at-
mağa səy göstərən Əmin Tərəkinin rəhbərliyi dövründə edam 
olunan 12 min nəfərin siyahısını açıqladı, eyni zamanda bir çox 
məhbusları azad etdi. Lakin yeni yaradılmış KAM-ın əli ilə rep-
ressiyaların növbəti dalğası başlandı və qısa müddətdə 8 min 
adam zindanlara salındı [87, 138]. Bu şəxslərin böyük əksəriyyə-


- 49 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
tini Tərəki tərəfdarları və «Pərçəm» üzvləri təşkil edirdi.
Oktyabrın 6-da sovet tərəfinin təkidli xahişləri nəticəsində 
Keştmənd və Əbdülqadirin ölüm cəzası uzunmüddətli həbslə 
əvəzləndi. Lakin qəribədir ki, sovet tərəfi Tərəkinin xilas edilmə-
si istiqamətində heç bir təşəbbüs göstərmədi. Oktyabrın 10-da 
səhər Kabul radiosu ilə Tərəkinin «ciddi xəstəlik nəticəsində» 
dünyasını dəyişdiyi barədə məlumat verildi. Yalnız sonralar Tərə-
kinin oktyabr ayının 8-də gecə yarısı Əminin göstərişinə əsasən 
prezident qvardiyasının iki zabiti tərəfindən balışla boğulub öl-
dürüldüyü aydın oldu [87, 138-139].
Əminin avtoritar rejim qurmaq istiqamətində atdığı addımlar 
Əfqanıstan cəmiyyətindəki narazılığın genişlənməsinə, yeni eti-
raz çıxışlarının baş verməsinə səbəb oldu. Orduda əvvəlki dövrdə 
başlamış qiyamlar davam etməkdə idi. Əminin hakimiyyətə gəli-
şindən az sonra – oktyabrın 14-də Kabulun cənub-qərbində yer-
ləşən 7-ci piyada diviziyasında qiyam baş verdi. Yalnız 3 gündən 
sonra qiyamı qanla yatırmaq mümkün oldu. Diviziyanın disloka-
siyası dəyişdirildi. Kütləvi həbs və edamlar həyata keçirildi. Lakin 
prosesin qarşısını almaq mümkün deyildi. Orduda fərarilik gö-
rünməmiş miqyas almışdı. «Aprel inqilabı»ndan bəri ordunun 
şəxsi heyətinin sayı 2 dəfədən də çox azalmış, 40-50 min nəfərə 
enmişdi. Həmin dövrdə (1979-cu ilin sonunda) sovet kəşfiyyatı-
nın məlumatına əsasən, mücahidlərin də sayı 40 min nəfərə çatır-
dı. Kabul hökuməti kənd yerlərinin böyük bir hissəsinə nəzarəti  
itirmişdi.
Paralel olaraq, dinc əhalinin qonşu ölkələrə – Pakistan və İra-
na kütləvi axını baş verdi. Əmin hakimiyyətinin sonuna doğru 
Pakistanda əfqan qaçqınlarının sayı 400 min nəfərə, İranda isə 
200 min nəfərə çatırdı [87, 43]. Bunlar həm də mücahidlərin öz 
sıralarına yeni qüvvələr cəlb etməsi üçün əlverişli sosial baza idi. 
Artıq Pakistanda mücahidlərə qoşulmaq istəyənlər üçün 35 təlim 
düşərgəsi fəaliyyət göstərirdi.


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə