Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

- 56 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
lükəsizlik maraqları birinci yerdə durmuşdur. Bunu çox sonralar 
– 1989-cu ildə SSRİ Xalq Deputatlarının II qurultayının qapalı 
iclasında DTK-nın o zamankı sədri V.A.Kryuçkovun (Əfqanıs-
tana qoşun yeridilən dövrdə o, sovet xarici kəşfiyyatına rəhbər-
lik etmişdir) məruzəsi aydın şəkildə təsdiq edir [93, 249-250]. 
Buradan məlum olur ki, 1979-cu ilin sonuna doğru islam bay-
rağı altında döyüşən mücahidlərin sayı 40 minə çatmışdı və on-
lar ölkənin 27 vilayətindən 12-də hərbi əməliyyatlar aparırdılar. 
Əfqanıstanın hökumət qüvvələri nəinki onların öhdəsindən gələ 
bilmirdi, eyni zamanda orduda qiyamlar, fərarilik halları baş alıb 
gedirdi, dinc əhali kütləvi şəkildə qonşu İran və Pakistana qaçırdı, 
Əmin isə öz hakimiyyətini qorumaq üçün islamçı müxalifət və 
Qərblə danışıqlara meylli idi.
Bu da maraqlıdır ki, Sov.İKP MK-nın Əfqanıstana qoşun ye-
ridilməsini rəsmiləşdirən “A”-da vəziyyətə dair” adlı, 12 dekabr 
1979-cu il tarixli 176 saylı məxfi qərarında həmin addımın səbəb-
ləri barədə heç nə deyilməmişdir [84]. 
Qeyd edək ki, eyni gündə ABŞ-ın orta mənzilli “Perşinq” 
raketlərinin Qərbi Almaniyada yerləşdirilməsi barədə qərar  
qəbul edilmişdi və bu da SSRİ-nin Əfqanıstana çoxsaylı hərbi 
qüvvələr göndərməsində təsir faktorlarından biri kimi qiymət-
ləndirilir [63; 122]. Ümumən bu məsələdə İranda İslam inqila-
bının qələbəsindən tutmuş Sovet-Çin münasibətlərinə və təbii 
ki, SSRİ-ABŞ rəqabətinə qədər çoxsaylı regional və qlobal pro-
seslərin təsirini izləmək mümkündür.
A.M.Kalinovski Əfqanıstana hərbi müdaxiləni Sovet İttifaqı-
nın Üçüncü Dünyanı öz təsirinə salmaq istiqamətində 1950-ci 
illərdə başlayan və sonrakı iki onillikdə genişlənən siyasətinin 
kulminasiyası adlandırır [2, 1]. O, haqlı olaraq yazır ki, “Soyuq 
müharibə geostrateji qarşıdurmadan daha geniş bir şey idi – bu, 
həm də iki yaşayış yolu, iki modernləşmə üsulu arasında yarış idi” 
[2, 10].


- 57 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ABŞ ilə nüvə silahları sahəsində paritetə nail olduqdan, gər-
ginliyin azaldılması istiqamətində əhəmiyyətli addımlardan 
(strateji silahların məhdudlaşdırılmasına dair SSRİ ilə ABŞ ara-
sında SALT-1 və SALT-2 müqavilələrindən) sonra sovet rəh-
bərliyi Üçüncü Dünya ölkələrini öz orbitinə almaq xəttini daha 
inamla həyata keçirməyə başlamışdı. ABŞ-ın Vyetnamdakı uğur-
suzluğundan və əksinə, özünün Anqola (1975) və Efiopiyadakı 
(1977) uğurlarından ruhlanan SSRİ, görünür, Əfqanıstana mü-
daxiləsinin də müvəffəqiyyətli olacağını düşünürdü. Sovet rəh-
bərliyi bir növ burada Çexoslovakiyadakı (1968) təcrübəsini tək-
rarlayacağına ümid bəsləyirdi. Yəni qısa müddətdə Əfqanıstanda 
“qayda-qanun yaradıb” qoşunları çıxaracağını planlaşdırırdı. 
Bunu müdaxilənin ilk günlərində marşal Sergey Sokolovun Ka-
buldakı sovet səfirliyində keçirilən müşavirədə dedikləri də təs-
diqləyir: o, bildirmişdi ki, SSRİ Müdafiə Nazirliyinin hesablama-
larına görə, 1980-ci il iyulun 1-ə qədər Əfqanıstanda əksinqilab 
məhv ediləcəkdir  [60, 85]. 
Sovet rəhbərliyi o dövrdə Əfqanıstandakı müharibənin 10 
ilə yaxın – 3335 gün davam edəcəyini yəqin ki, ağlına belə gətir-
mirdi. Plan belə idi ki, “əksinqilab” qısa müddətə sıradan çıxarı-
lacaq, ölkədə qurulmuş oyuncaq rejim möhkəmləndiriləcək və 
bununla da SSRİ Cənub-qərbi Asiyada strateji üstünlüyə nail 
olacaq, eyni zamanda öz cənub respublikalarını (Orta Asiyanı) 
güclənməkdə olan “islam təhlükəsindən” qoruyacaqdır (həmin 
dövrdə Əfqanıstanın SSRİ ilə sərhədinin uzunluğu 2348 kilo-
metr idi). Lakin gözləntilərin əksinə olaraq, Əfqanıstan müha-
ribəsi “təkcə SSRİ-nin uduzduğu ilk müharibə olmadı, həm də 
onun döyüşdüyü son müharibə oldu” [18, 235].
SSRİ rəhbərliyinin Əfqanıstana qoşun yeritmək barədə qəra-
rına təsir edən amillərdən birini də qeyd etmək lazımdır. Bu da 
ABŞ xüsusi xidmətlərinin uğurlu dezinformasiya əməliyyatları-
dır. Belə ki, ABŞ kəşfiyyatı 1979-cu ilin martından başlayaraq, 


- 58 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Sovet ordusu birləşmələrinin Əfqanıstanla sərhəddəki hərəkətlə-
rini diqqətlə izləyir, eyni zamanda Əfqanıstan daxilində olan qüv-
vələrin, sovet hərbi və diplomatik missiyalarının fəaliyyəti barədə 
geniş məlumat toplayırdı. Hələ yayda (1979-cu il iyunun 28-də) 
Kabuldan 60 km şimalda yerləşən Bəqram aerodromuna sovet 
paraşüt-desant batalyonunun gəlişindən etibarən getdikcə SSRİ 
silahlı qüvvələri təmsilçilərinin sayının artdığını, eləcə də yüksək 
rütbəli hərbi və siyasi nümayəndələrin Əfqanıstana gediş-gəlişi-
nin çoxaldığını görən amerikalılar prosesin hara getdiyini gözəl 
anlayır və bunu sürətləndirmək üçün müəyyən addımlar atırdılar. 
O cümlədən, Əminin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə birbaşa 
əlaqəsinə, Amerikanın Əfqanıstana müdaxilə etmək niyyətlərinə 
dair dezinformasiya xarakterli məlumatlar sovet DTK-sının ix-
tiyarına verilirdi [93, 258-259]. Təsadüfi deyil ki, sovet qoşun-
larının Əfqanıstana yeridilməsi barədə qərarın qəbuluna məhz 
sovet DTK-sı və onun rəhbəri Y.V.Andropov ən əhəmiyyətli təsir 
göstərmişdi.
Sovet rəsmiləri məsələnin mahiyyətini çox sonralar dərk et-
miş və açıqlamışlar. Məsələn, yenidənqurmanın ideoloqlarından 
biri, Sov.İKP MK-nın katibi A.N.Yakovlev yazırdı ki, “Amerika 
kəşfiyyatının Əfqanıstanda bizə tələ qurduğunu göstərən çoxsay-
lı materiallar vardır. DTK-ya qalaq-qalaq dezinformasiya ötürül-
müşdü” [97, 9]. DTK generalı V.Şironin də bildirirdi ki, “ABŞ so-
vet rəhbərliyini Əfqanıstana qoşun yeritməyə vadar etmək üçün 
hərtərəfli tədbirlər görürdü. Baş katib Brejnevin arzu olunan qə-
naətə gəlməsi üçün Əminin iştirakı ilə silsilə dezinformasiya aksi-
yaları düşünülüb həyata keçirilmişdi” [93, 259].
Amerikalıların bu əməliyyatlarının təsirini Sov.İKP MK-nın 
Əfqanıstana dair məxfi sənədlərini xronoloji qaydada izləyərkən 
də müşahidə etmək mümkündür. Əgər 1979-cu ilin sentyabrına 
qədərki sənədlərdə məsələlərə analitik və təmkinli (soyuq başla!) 
yanaşma özünü göstərirsə, müdaxilədən öncəki iki ayın sənədlə-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə