Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə19/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

- 59 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
rində qəribə bir təlaş və tələskənlik sezilməkdədir.
Əfqanıstana sovet məhdud kontingentinin yeridilməsi barədə 
qəti qərarın verilməsində Andropov (DTK sədri), Ustinov (mü-
dafiə naziri) və Qromıkodan (xarici işlər naziri) ibarət “üçlük” 
həlledici rol oynamışdır. Həmçinin o dövrün “baş ideoloqu” Sus-
lovun və beynəlxalq məsələlər üzrə MK katibi Ponamaryovun da 
rolunu qeyd etmək lazımdır. Bununla belə, sona qədər bu qərarla 
razılaşmayan və onun qəbuluna mümkün vasitələrlə müqavimət 
göstərən şəxslər də olmuşdur. Bu, ilk növbədə, sovet ordusu baş 
qərargahının rəisi marşal Oqarkov, onun birinci müavini general 
Axromeyev, 1979-cu ilin avqustundan müdaxilə ərəfəsinə qədər 
Əfqanıstanda olmuş Quru qoşunlarının komandanı general Pav-
lovski, 1975-ci ildən (Davud xanın dövründən!) Əfqanıstanda 
baş hərbi müşavir işləmiş general Qorelov və başqaları idi [64]. 
O dövrü öyrənən bir çox tədqiqatçılar, proseslərin şahidi və 
iştirakçısı olmuş bir sıra şəxslər, hətta əfqan müəllifləri də qoşun 
yeridilməsi ilə bağlı hərbçilərlə, o cümlədən, hərbi kəşfiyyatla 
(QRU – Baş Kəşfiyyat İdarəsi) DTK arasında ciddi fikir ayrılı-
ğının olduğunu vurğulayırlar [130]. Hərbçilər Əminlə işləməyin 
vacibliyini, onun SSRİ-yə sadiq olduğunu bildirirdilər, DTK isə 
nəinki onu hakimiyyətdən uzaqlaşdırmaqda, həm də fiziki cəhət-
dən məhv etməkdə israrlı idi. Sonda DTK-nın mövqeyi üstün 
gəldi, general Qorelov geri çağırılaraq, Maqometovla əvəzləndi, 
müdaxilədən az sonra Pavlovski də vəzifəsindən kənarlaşdırıldı.
Qeyd edək ki, amerikalılar SSRİ-nin Əfqanıstana müdaxilə-
sinin dəqiq vaxtını da müəyyənləşdirə bilmişdilər: “Dekabrın 
22-də (1979-cu il – M.M.) Milli Təhlükəsizlik Agentliyinin di-
rektoru vitse-admiral Bobbi Rey İnmən Bzejinskiyə və müdafiə 
naziri Brauna zəng edib məlumat verdi ki, şübhə doğurmayan bir 
hesabata görə, SSRİ qarşıdakı 72 saat ərzində Əfqanıstana geniş 
hərbi müdaxiləyə başlayacaqdır. Dekabrın 24-də o, yenidən zəng 
edərək bildirdi ki, qoşunların yeridilməsi qarşıdakı 15 saat ərzin-


- 60 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
də baş verəcək. Bu informasiyanın düzgünlüyü, şübhəsiz, öz təs-
diqini tapdı” [10].
Beləliklə, Əfqanıstana məhdud kontingentin göndərilməsinə 
dair siyasi qərardan təqribən iki həftə sonra – 1979-cu il dekabrın 
25-də Moskva vaxtı ilə saat 15.00-da general-leytenant Y.V.Tuxa-
rinovun komandanlığı ilə 40-cı ordunun hissələri Amudərya çayı 
üzərindən keçərək, qonşu ölkənin ərazisinə daxil oldular. Sovet 
qoşunları üç istiqamətdə hərəkət edərək mühüm məntəqələrdə 
mövqe tutmağa başladılar. Eyni zamanda desant hissələri hava 
yolu ilə Bəqram və Kabul aerodromlarına çatdırılırdı.
Dekabrın 27-də sovet desantı Kabulun mühüm siyasi və hərbi 
nöqtələrini nəzarətə götürdü. Elə həmin gün şimaldan gələn mo-
toatıcı diviziyanın hissələri şəhərə daxil oldu. Axşama yaxın (saat 
19 radələrində) Əminin Tacbək adlanan iqamətgahına hücum 
başladı. Əməliyyatı DTK-nın “Zenit” adlanan xüsusi dəstələ-
ri həyata keçirirdi (həmin qrup, eləcə də DTK-nın 500 nəfərlik 
“müsəlman batalyonu” daha əvvəl Əfqanıstana gəlmişdi). Əmi-
nin mühafizəsini həm əfqan ordusunun formasını geymiş sovet 
əsgərləri, həm də əfqan döyüşçülər həyata keçirirdi. General Qo-
relovun dediyinə görə, “Zenit”ə köməyə gəlmiş sovet desantı on-
ların hər ikisini məhv etmişdi [64]. 
Bəzi məlumatlara əsasən, sovet hərbçiləri Tacbək sarayına 
daxil olarkən, Əmin artıq qəlpə yarasından ölmüşdü [59]. Digər 
məlumata görə, o, yaralı olmuş və ailəsinin gözü qarşısında gül-
lələnərək öldürülmüşdür  [130]. Belə bir versiya da var ki, Əmin 
ələ keçmiş və sovet səfirliyinə aparılmışdır [21]. Saraya hücum 
zamanı Əminin kiçik yaşlı oğlu həlak olmuş, qızları yaralanmışdı. 
Əminin həyat yoldaşının bildirdiyinə görə, o, sona qədər iqamət-
gaha hücum edənlərin sovet əsgərləri olduğuna inanmamışdır 
[130]. 
Dekabrın 30-da Əfqanıstanın yeni rəhbərliyi Əminin inqilabi 
məhkəmənin hökmü ilə edam edildiyi xəbərini yaydı. Eyni infor-


- 61 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
masiya sovet mətbuatında da təkrar olundu. Beləcə, Əminin 100 
günlük hakimiyyəti başa çatdı: L.İ.Brejnev dostu Tərəkinin qətli-
ni Əminə bağışlamadı. Bir müddət sonra – 1980-ci ilin sentyab-
rında Fransa prezidenti Valeri Jiskar d’Estenlə söhbət zamanı o, 
demişdi: “Prezident Tərəki mənim şəxsi dostum idi. O, 1979-cu 
ilin sentyabr ayında mənim qonağım olmuşdu. Amma vətəninə 
qayıtdıqdan sonra Həfizulla Əmin tərəfindən öldürülmüşdü. 
Mən Əminin bu hərəkətini heç vaxt bağışlamaram” [122]. Belə-
liklə, Brejnevin Tərəkiyə şəxsi simpatiyası və Əminə qarşı qəzəbi 
SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsində subyektiv faktor kimi 
çıxış etmişdi.
Əmin devrildikdən sonra, öncədən planlaşdırıldığı kimi, 
Bəbrək Karməlin başçılığı ilə yeni hökumət formalaşdırıldı. Qeyd 
edək ki, Karməl bir neçə yaxın silahdaşı ilə hələ dekabrın 14-də 
gizli şəkildə Daşkənddən Bəqrama gətirilmişdi. Lakin həmin 
vaxt DTK-nın Əminin sarayına hücum planı baş tutmadığından 
o, geri qaytarılmış, bir də ayın 23-də eyni yolla Bəqrama gəlmiş, 
dekabrın 28-də isə sovet tanklarının müşayiəti ilə Kabula çatdı-
rılmışdı [88, 17-18]. Karməlin ƏXDP baş katibi, İnqilab Şurası-
nın sədri və ƏDR baş naziri kimi dekabrın 27-də axşam radio ilə 
səslənən əfqan xalqına müraciəti isə əvvəlcədən yazılmış şəkildə 
Daşkənd, yaxud Düşənbədən yayımlanmışdı.
Dekabrın 30-da Karməl müvəqqəti iqamətgahı olan Çehel-
sütun sarayında (təqribən iki həftə sonra o, şəhərin mərkəzin-
də yerləşən və vaxtilə Davud xanın iqamətgahı olmuş Ərg saray 
kompleksinə köçdü) özünün ilk mətbuat konfransını keçirdi və 
baş verənləri «Aprel inqilabının yeni mərhələsi» kimi səciy-
yələndirdi. Təbii ki, ölkədəki vəziyyətə görə əvvəlki rəhbərlik kəs-
kin şəkildə ittiham olundu və mövcud durumun yaxşılaşdırılması 
istiqamətində təcili tədbirlər görüləcəyi vəd edildi.
Sonrakı iki həftə ərzində hakimiyyət orqanlarının formalaş-
dırılması həyata keçirildi. Rəsmi qurumlarda təkcə ƏXDP təm-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə