Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə22/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

- 68 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
il fevralın 22-də paytaxt Kabulda “Allahu əkbər” sədaları altında 
minlərlə insanın iştirak etdiyi aksiya keçirildi. SSRİ və Bəbrək Kar-
məl hökuməti əleyhinə şüarlarla keçirilən aksiya şəhərdə böyük 
qarışıqlıq, dağıntılar və yanğın törətdi. Hökumət silahlı qüvvələrin 
köməyi ilə etirazı amansızlıqla yatırtdı, yüzlərlə adam öldü və yara-
landı, çoxlu sayda aksiyaçı həbs olundu. Bəzi müəlliflər aksiyanın 
təşkilində xarici qüvvələrin (ABŞ və Pakistanın) əli olduğunu bil-
dirsələr də [88, 28], o, ölkənin və rejimin aqibətini göstərmək baxı-
mından əlamətdar idi. İki ay sonra – aprelin 21-də Kabul Universi-
teti tələbələrinin və lisey şagirdlərinin üç gün davam edən antisovet 
və antirejim çıxışları başlandı. Aksiyada qızlar da fəal surətdə iştirak 
edirdilər. Hökumət etirazı yatırtmaq üçün bu dəfə də güc tətbiq et-
məli oldu, hətta şəhər üzərinə aviasiyanı qaldırdı.
Paytaxtda bu vəziyyət olduğu şəraitdə əyalətlərin durumu hö-
kumət üçün daha pis idi. Faktiki olaraq, kənd yerləri görünmə-
miş sürətlə hökumətin nəzarətindən çıxırdı. Rejimə müqavimət 
kütləvi və mütəşəkkil xarakter almışdı. 1980-ci ilin yazında artıq 
kənd yerlərinin 60 %-dən çoxu hökumətin nəzarətində deyildi. 
Növbəti ilin sonlarına doğru bu rəqəm 80 %-i ötmüşdü. Əslin-
də ölkədə ikihakimiyyətlilik hökm sürürdü: iri şəhərlər, vilayət 
mərkəzləri hökumətin, kənd yerləri isə mücahidlərin idarəçiliyin-
də idi. Onlar burada özlərinin hakimiyyət orqanlarını (əmirliklər, 
yaxud islam komitələri) yaradırdılar. Eyni zamanda əhalinin hələ 
Tərəki-Əmin dönəmindən başlanan ölkəni tərk etməsi prosesi in-
tensiv səciyyə kəsb etmişdi. 1980-ci ilin yanvar-dekabr aylarında 
təkcə Pakistana üz tutan əfqan qaçqınlarının sayı 3 dəfə artaraq, 
1,2 milyona çatmışdı [88, 57]. 1980-ci illərin sonuna doğru isə 
əfqan qaçqınlarının sayı 5 milyon nəfəri ötmüşdü ki, bunun da 
əsas hissəsi Pakistanda və İranda məskunlaşmışdı.
Belə bir vəziyyətdə sovet qoşunlarının proseslərə müdaxiləsi 
qaçılmaz oldu. İlkin mərhələdə sovet siyasi və hərbi rəhbərliyi 
qoşunların mücahid dəstələrinə qarşı əməliyyatlarda iştirakını 


- 69 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
nəzərdə tutmurdu. 1980-ci il yanvarın 4-də Kabuldakı hərbi mü-
şavirlərlə görüşən Müdafiə Nazirliyinin Əfqanıstan üzrə operativ 
qrupunun rəhbəri marşal Sokolov demişdi: “Diqqətinizi ona cəlb 
etmək istəyirəm ki, sovet qoşunlarının qiyamçılara qarşı silahlı 
mübarizəyə cəlb olunması yolverilməzdir, onların tamam başqa 
funksiyaları vardır” [62, 7]. Lakin cəmi bir həftə sonra o, 20-ci di-
viziyanın artilleriya polkunda baş vermiş qiyamı yatırtmaq üçün 
əfqan tərəfinin kömək barədə müraciətinə müsbət cavab verməli 
olmuşdu. Az sonra fevral-mart aylarında ölkənin cənubundakı 
Kunər vilayətində keçirilən iri hərbi əməliyyata əfqan ordusu 
hissələri ilə yanaşı bir sovet batalyonu da cəlb olundu. Ümumən 
1980-ci ilin mart-may aylarında Əfqanıstanda qiyamçılara qarşı 
96 əməliyyat keçirilmişdi ki, bunun da 54-də sovet hərbçiləri iş-
tirak etmişdi [81, 117]. Bu fakt Əfqanıstandakı sovet kontingen-
tinin işğalçı obrazını daha da möhkəmləndirir, eyni zamanda və-
ziyyətin daha da pisləşməyə doğru getdiyini görən Sovet rəhbər-
liyini Əfqanıstana yeni-yeni qüvvələr göndərməyə vadar edirdi.
Qeyd etmək lazımdır ki, ilkin mərhələdə (1980-1981-ci illər-
də) Əfqanıstandakı sovet qoşunlarının sayı 80 min nəfərdən artıq 
idi. 1985-1986-cı illərdə isə bu rəqəm 120 min nəfərə çatmışdı. 
Bununla bağlı mövcud ədəbiyyatda müxtəlif rəqəmlərə (135, hət-
ta 150 min nəfər) rast gəlmək olur. Görünür, bunun səbəbi odur 
ki, Əfqanıstanda 40-cı orduya daxil olmayan hərbi qüvvələr də 
var idi. Məhdud kontingenti təşkil edən 40-cı ordu 4 diviziyadan 
(3 motoatıcı və 1 desant), bir neçə əlahiddə briqada və alaydan, 
müxtəlif xidmət hissələrindən ibarət idi. Onun ixtiyarında 600 
tank, 1500 piyadaların döyüş maşını, 2900 zirehli transportyor, 
500 təyyarə və vertolyot, müxtəlif çaplı 500 (başqa mənbəyə 
görə, 900) artilleriya qurğusu var idi [34, 20]. 40-cı ordu ilə ya-
naşı, DTK-nın sərhəd qoşunlarının 6 dəstəsi, “Kaskad”, “Omeqa” 
kimi xüsusi təyinatlı dəstələri, eləcə də SSRİ DİN-in tərkibində 
olan “Kobalt” xüsusi təyinatlı qüvvələri Əfqanıstandakı hərbi 


- 70 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
əməliyyatlara cəlb olunmuşdu.
Hərbi kontingentə ümumi rəhbərliyi SSRİ Müdafiə Nazirliyi-
nin operativ qrupu həyata keçirirdi. 1979-1985-ci illərdə həmin 
qrupa marşal S.L.Sokolov, 1985-1989-cu illərdə isə ordu generalı 
V.İ.Varennikov rəhbərlik etmişdi. 40-cı ordunun öz komandan-
ları vardı və onlar hər 2-3 ildən bir dəyişdirilirdi. Bundan əlavə, 
Əfqanıstan ordusunun bilavasitə daxilində Baş hərbi müşavirin 
(Əfqanıstan müdafiə nazirinin müşavirinin) rəhbərliyi ilə geniş 
müşavirlər korpusu fəaliyyət göstərirdi. Ümumi sayı 2000-dən 
çox olan bu müşavirlər Əfqanıstan Müdafiə Nazirliyinin aparatın-
dan tutmuş diviziyalara, polklara və əlahiddə batalyonlara qədər 
fəaliyyət göstərirdilər. Onlara sovet hərbi tərcüməçiləri ayrılmış-
dı. Hərbi müşavirlər əfqan ordusunun təlim görməsində, əməliy-
yatların planlaşdırılması və gedişində bilavasitə iştirak edirdilər.
Sovet qoşunlarının Əfqanıstandakı fəaliyyət dövrü yerinə ye-
tirilən vəzifələrin xarakteri baxımından 4 mərhələyə bölünür: 1) 
dekabr 1979 – fevral 1980: qoşunların ölkəyə gəlməsi, qarnizon-
larda yerləşməsi, dislokasiya mövqelərinin mühafizəsinin təşkili; 
2) mart 1980 – aprel 1985: təkbaşına, bəzən də Əfqanıstan si-
lahlı qüvvələri ilə birlikdə fəal və iri miqyaslı hərbi əməliyyatların 
keçirilməsi;  3) aprel 1985 – yanvar  1987: fəal hərbi əməliyyat-
lardan əsasən əfqan ordusunun dəstəklənməsinə keçid (aviasiya, 
artilleriya və s. vasitəsilə), onun güclənməsi, döyüş ruhiyyəsinin 
yüksəlməsi istiqamətində iş; 4) yanvar 1987 - fevral 1989: hər-
bi aktivliyin minimuma endirilməsi, Əfqanıstan hakimiyyəti və 
ordusunun möhkəmlənməsinə çalışılması, qoşunların tədricən 
ölkəni tərk etməsi [62, 28-29; 81, 115].
Məhdud kontingent həm qabaqcadan planlaşdırılmış, həm də 
cari vəziyyətə uyğun əməliyyatlar keçirirdi. Müharibə dövründə 
müvafiq olaraq 416 və 220 belə əməliyyat (cəmi 636) keçirilmiş-
di. Bütün bunlara baxmayaraq, Əfqanıstan ərazisini tam nəzarətə 
götürmək mümkün olmurdu. Hərbi əməliyyatların ən qızğın illə-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə