Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə21/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

- 65 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
kirələrdən sonra Bzejinskinin Əfqanıstan məsələsində daha aq-
ressiv mövqe tutmağa əsaslanan baxışı üstün gəlmiş və o, MKİ 
vasitəsilə bu xətti gerçəkləşdirməyə başlamışdı [17, 35]. Az sonra 
Sayrus Vensin istefaya getməsi (1980-ci ilin aprelində) Bzejins-
kinin əl-qolunu daha da açmış və o, Karterin hakimiyyətinin son 
günlərində (15 yanvar 1981-ci il) NSC-63 kimi məşhur olan 
«Fars körfəzinin təhlükəsizlik çərçivəsi” (“Persian Gulf security 
framework”) adlı məxfi prezident direktivinin qəbul edilmə-
sinə nail olmuşdu [26]. Bu sənəd Əfqanıstana sovet müdaxiləsi 
şəraitində Cənub-qərbi Asiya və Fars körfəzi regionunda ABŞ-
ın maraqlarının müdafiəsinin müxtəlif aspektlərini (hərbi, si-
yasi, iqtisadi, kəşfiyyat) ehtiva edirdi. Bununla da növbəti ABŞ 
prezidentinin adı ilə bağlı olan və Üçüncü Dünya ölkələrindəki 
sovetpərəst, kommunist yönlü və anti-Amerika rejimlərin devril-
məsinə yönəlmiş “Reyqan doktrinası” üçün ciddi zəmin yaradıl-
mışdı. Sovet rəhbərliyi, görünür, ABŞ-ın xarici siyasətində belə 
bir dönüşə hazır deyildi.
1980-ci il yanvarın 5-də Əfqanıstan məsələsi BMT Təhlükə-
sizlik Şurasının iclasında müzakirəyə qoyuldu. Şuranın 15 üzvün-
dən 13-ü sovet qoşunlarının dərhal ölkədən çıxarılmasını tələb 
etdi. Az sonra – yanvarın 14-də BMT Baş Assambleyasının fövqə-
ladə sessiyasında mütləq səs çoxluğu ilə (lehinə 104, əleyhinə 18, 
bitərəf 18) sovet hərbçilərinin Əfqanıstandan dərhal, qeyd-şərt-
siz və tam şəkildə çıxarılmasını tələb edən qətnamə qəbul olundu 
[111, 58]. Analoji qətnamə (111 lehinə, 22 əleyhinə və 12 bitərəf 
olmaqda) Assambleyanın 20 noyabr 1980-ci ildə keçirilən növ-
bəti 35-ci sessiyasında da qəbul edildi. Qətnamədə əfqan xalqına 
ölkənin idarəçilik formasını, siyasi-iqtisadi quruluşunu sərbəst 
şəkildə müəyyənləşdirmək hüququnun verilməsi tələbi öz əksini 
tapmışdı. “Bu, üstüörtülü şəkildə B.Karməl hökumətinin legitim-
liyinin tanınmaması demək idi” [88, 53].
Tezliklə İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaş-


- 66 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
lıq Təşkilatı) da Əfqanıstan məsələsinə dair mövqeyini bildirdi. 
1980-ci il yanvarın 25-28-də təşkilata üzv dövlətlərin xarici işlər 
nazirlərinin İslamabadda keçirilən fövqəladə toplantısında “əfqan 
xalqına qarşı sovet hərbi təcavüzü” qətiyyətlə pislənildi və qo-
şunların Əfqanıstandan çıxarılması tələb olundu. Eyni zamanda 
Əfqanıstan təşkilatın üzvlüyündən xaric edildi.
İstər BMT, istərsə də İKT sonrakı dövrdə də bu məsələyə 
dair analoji məzmunlu qətnamələr qəbul etmişdilər. Həm SSRİ, 
həm də Karməl rejimi ciddi beynəlxalq qınaq və təzyiqlə üz-üzə 
qalmışdı. ƏXDP hökuməti dünyanın 67 dövləti ilə diplomatik 
əlaqələrə malik olsa da, faktiki təcrid olunmuş durumda idi. Xü-
susən qonşu ölkələr Pakistan və İranla münasibətlər son dərəcə 
gərgin idi. 1980-ci il yanvarın 14-də Karməl İranın dini lideri Xo-
meyniyə məktub yazıb qonşu ölkə ilə dostluq əlaqələrində ma-
raqlı olduğunu bildirsə də, ümumiyyətlə, cavab almadı. Həmin 
ilin mayında ƏDR hökuməti xüsusi bəyanat yayaraq, İrana və Pa-
kistana ikitərəfli danışıqlar yolu ilə dostluq əlaqələrinin qurulma-
sını, əfqan qaçqınlarının ölkəyə qayıtmasına şərait yaradılmasını 
və s. təklif etdi. Bütövlükdə “1980-ci ilin mayından 1981-ci ilin 
iyul ayına qədər əfqan tərəfi münasibətlərin normallaşdırılması 
çağırışı ilə İran və Pakistana 6 dəfə müraciət etmiş” [88, 54], lakin 
bu çağırışlar cavabsız qalmışdı.
Beləliklə, qoşunların Əfqanıstana yeridilməsi nəticəsində həm 
SSRİ, həm Karməl rejimi üç səviyyəli – ölkədaxili, regional və 
qlobal böhranla üzləşmişdi [96, 157].
Ölkədaxili vəziyyət isə tədricən fəlakətli xarakter almağa baş-
layırdı. Karməl hökuməti rejimin sosial dayaqlarını möhkəmlən-
dirmək istiqamətində bəyanat və müəyyən addımlarına, o cüm-
lədən, 1980-ci ilin əvvəllərində 15 min nəfərə yaxın məhbusu 
azad etməsinə rəğmən, ciddi legitimlik böhranı yaşayırdı. Sovet 
tanklarının üzərində hakimiyyətə gəlmiş Karməl XIX əsrdə ingi-
lislərin köməyi ilə taxta oturmuş və təqribən 3 il sonra qətlə ye-


- 67 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
tirilmiş Dürrani hökmdarı Şah Şüca ilə eyniləşdirilirdi [36, 237; 
127, 86-87].
Bu dövrdə ƏXDP hakimiyyətinin hansı mahiyyət və forma-
ya malik olduğunu V.Q.Korqun belə ifadə edir: “Ölkə minlər-
lə sovet müşaviri ilə dolu idi: onlar partiyada, orduda, dövlət 
aparatında, ictimai təşkilatlarda, sənaye müəssisələrində, təhsil 
müəssisələrində, KİV-lərdə çalışırdılar. Müşavirlər Əfqanıstanın 
“sovetləşməsi” vəzifəsini yerinə yetirirdilər; iqtisadi, siyasi və icti-
mai həyatda sovet inkişaf modelinin norma və institutları tətbiq 
olunurdu. Heç bir əhəmiyyətli qərar müvafiq müşavirlərin razı-
lığı olmadan qəbul edilmirdi: müşavirlər əslində əfqan vəzifəli 
şəxslərini əvəz edirdilər. DTK və DİN-in nümayəndəlikləri geniş 
fəaliyyətdə idilər. ƏXDP rəhbərliyi aydın şəkildə oyuncaq rejim 
(seçdirmə bizimdir – M.M.) formasını alırdı” [70, 421].
Başqa sözlə, əvvəlki dövrdə təşəkkül tapmış “müşavirlər hö-
kuməti” daha eybəcər şəkil almağa başlamışdı. Hətta “Aprel 
inqilabı”na və şəxsən Bəbrək Karmələ rəğbətini gizlətməyən, 
uzun illər Əfqanıstanda çalışmış Rusiya tədqiqatçısı M.F.Slin-
kin belə etiraf edir ki, “Əfqanıstanın partiya və dövlət rəhbərliyi 
Moskvadan asılı vəziyyətdə idi. O, ölkəni müstəqil şəkildə idarə 
etmək üçün hər hansı imkandan məhrum edilmişdi. Ona yalnız 
Kremldən gələn tapşırıqları “öz dilindən” səsləndirmək və onun 
göstərişlərinə uyğun hərəkət etmək hüququ verilmişdi. Hər bir 
az-çox mühüm vəzifə tutan əfqan partiya və dövlət qulluqçusuna 
müxtəlif fəaliyyət sahələri üzrə sovet müşavirləri təhkim olun-
muşdu. Onların əksəriyyəti müşavir statusuna etinasız yanaşaraq 
və “inqilabi məqsədəuyğunluq” mülahizələrindən çıxış edərək, 
Əfqanıstanın çeşidli idarə və müəssisələrinin bilavasitə idarəçili-
yinə fəal şəkildə müdaxilə etməyə başlamışdılar” [88, 57].
Əfqan cəmiyyəti bunu yaxşı görür və bununla barışa bilmirdi. 
Odur ki, çox keçmədən ölkədə müxtəlif tipli etirazlar baş verdi. 
Karməlin hakimiyyətə gəlişindən heç iki ay keçməmiş – 1980-ci 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə