Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə14/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

- 44 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
hani nəslindən 79 nəfərin öldürülməsi oldu [124, 115].  Az sonra 
– mayın 29-da hələ Davud xanın dövründən «Poli-Çərxi» zin-
danında saxlanan Əfqanıstan İslam Hərəkatının rəhbəri Qulam 
Məhəmməd Niyazi bir qrup tərəfdarı ilə birlikdə edam edildi 
[111,  55].  
Bütün bunların nəticəsi olaraq, bir sıra əyalətlərdə nisbətən lo-
yal mövqedə olan, yaxud narazılığını gizli saxlayan din xadimləri 
hökumət əleyhinə açıq təbliğata, hətta əhalinin etiraz çıxışlarına 
rəhbərlik etməyə başladılar. Bu prosesdə ən mühüm həlqə 1979-
cu il martın 13-də Pakistanın Pişavər şəhərində Əfqanıstanın bir 
qrup din aliminin, o cümlədən, nəslinə divan tutulmuş Sibğətul-
la Mücəddidinin Kabul hökumətinə qarşı cihad fətvası verməsi 
oldu. Həmin akt ƏXDP hakimiyyətinə qarşı çoxillik mübarizənin 
ən ciddi, dönüş nöqtəsi sayıla biləcək məqamı oldu. Belə ki, Ka-
bul hökumətinə qarşı mübarizə küfr və ilhadla müharibə xarak-
teri aldı, bu mübarizənin iştirakçıları isə Allah yolunda vuruşan 
mücahidlərə çevrildilər. 
Təsadüfi deyildi ki, islamçı təşkilatların təbliğat vərəqələrində 
ən çox Quranın aşağıdakı iki ayəsindən istifadə olunurdu: «Allah 
yolunda öldürülənlərə (şəhid olanlara) «ölü» deməyin. Əksinə, 
onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsi-
niz» («Bəqərə» surəsi, 154-cü ayə); «Allah yolunda öldürülən-
ləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar 
diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur» 
(«Ali-İmran» surəsi, 169-cu ayə).
ƏXDP hakimiyyətinə qarşı silahlı mübarizədə cihad və şəhid-
lik diskursundan istifadə mücahidlərin qat-qat yaxşı təchiz olun-
muş hökumət qoşunlarını, sonralar isə həm də sovet hərbçiləri-
ni sözün həqiqi mənasında dəhşətə salan igidlik və şücaətlərinə 
təkan verdi, onların bütün savaş illəri ərzində mənəvi-psixoloji 
üstünlüyünü təmin etdi.
Ən qəribəsi olur ki, bütün bu proseslər fonunda ƏXDP rəh-


- 45 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bərləri daxili çəkişmələrdən əl çəkmir, əksinə, əsas qüvvəni məhz 
buna sərf edirdilər. Bu işdə aparıcı fiqur olan Əmin 1979-cu ilin 
avqustunda artıq partiya və hökumətdə, eləcə də orduda əsas söz 
sahibinə çevrilə bilmişdi. Kifayət qədər mahir natiq olan Əmin 
təkcə daxili intriqalarla və mövqe mübarizələri ilə kifayətlənmir, 
həm də cəmiyyətlə, ictimai fikirlə işləməyə diqqət ayırır və usta-
lıqla ölkədəki problemlərin məsuliyyətini Tərəkinin üzərinə atır-
dı. Yalnız 1979-cu ilin iyul-avqust aylarında o, azı 20 dəfə kütlə 
qarşısında çıxışlar etmişdi [87, 119].
1979-cu il sentyabrın birinci yarısında Əfqanıstan hakimiyyə-
tində baş verənlər kəskin süjetli siyasi detektiv filmin mövzusu 
ola bilər. Həmin ərəfədə Əmin bir sıra qohumlarını mühüm və-
zifələrə (o cümlədən, yeznəsi Məhəmməd Yaqubu ƏDR Silahlı 
Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə) təyin etdirməklə ya-
naşı, Tərəkinin yaxın ətrafındakı bəzi adamları ələ almışdı. Başqa 
sözlə, həmin adamlar Əminə «işləyirdilər». Bunlar Tərəkinin 
baş yavəri (köməkçisi) Davud Tərun, Əminin əleyhdarı olan təh-
lükəsizlik xidməti rəisi Əsədulla Sərvərinin bacısı oğlu və həmin 
orqanda daxili əks-kəşfiyyat idarəsinin rəisi Əziz Əhməd Əkbəri, 
eləcə də xarici işlər naziri Əkbər Şahvəli idi.
Əks tərəfdə isə Əminin qarşısında güclü bir «dördlük» - keç-
miş  müdafiə, indiki daxili işlər naziri Əsləm Vətəncar, adı çəkil-
miş Təhlükəsizlik Xidməti (ƏQSA) rəisi Əsədulla Sərvəri, rabitə 
naziri Seyid Məhəmməd Gülabzoy və keçmiş daxili işlər, indiki 
sərhəd və tayfalar naziri Şircan Muzduryar dayanırdı. Avqustun 
sonlarında iki qruplaşma arasında ziddiyyət kulminasiya həddinə 
çatmışdı və hər bir tərəf digərini məhv etmək üçün planlar qurur, 
məqam gözləyirdi. Üstəlik hər iki tərəf bir-birinin planlarından 
xəbərdar idi. Əmin usta bir oyunçu olaraq, qarşı tərəfin gözlədiyi 
həlledici zərbəni uzadır, rəqib qruplaşmanın hərəkətə keçməsini 
gözləyir, hətta  təhrik də edirdi. İş o yerə çatmışdı ki, «dördlük» 
üzvləri gecələr öz evlərində yatmırdılar.


- 46 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Sentyabrın 1-də Tərəki bloklara qoşulmayan ölkələrin döv-
lət və hökumət başçılarının VI konfransında iştirak etmək üçün 
Moskvadan keçməklə Havanaya yollandı. “Dördlük” üzvləri onu 
səfər fikrindən  daşındırmağa çalışsalar da, xeyri olmadı. Hətta 
Tərəki Havanada olarkən, Ə.Sərvəri təlaş içində ona zəng edib 
Əminin onları həbs, yaxud məhv etmək istədiyini bildirmişdi. 
Lakin Əmin vaxtı yetişməmiş belə bir addım atmadı. Sentyab-
rın 10-da konfransdan geri qayıdan Tərəki 6 saatlığa Moskvada 
dayandı və burada L.İ.Brejnev, A.A.Qromıko və… Bəbrək Kar-
məllə görüşdü. Görüşlərdə ölkədəki vəziyyət, hakimiyyətdaxili 
situasiya təhlil və müzakirə olundu. Qərara alındı ki, Əmin haki-
miyyətdən uzaqlaşdırılıb hansısa ölkəyə səfir göndərilməli, daha 
sonra Karməl və onun başçılıq etdiyi «Pərçəm» fraksiyası siyasi 
həyata qayıtmalı və partiyanın əvvəlki birliyi bərpa olunmalıdır. 
B.Karməlin baş nazir olması planlaşdırılırdı.
Tərəkini Havana səfərində və Moskvadakı görüşlərdə müşa-
yiət edən şəxslər içərisində Əminin yuxarıda qeyd olunan 3 ada-
mı da vardı və təbii ki, o, dərhal bu razılaşmalardan xəbər tutdu. 
Görünür, bunu bilən Tərəki məsələni uzatmamaq üçün Ə.Sərvə-
riyə Əmini öldürmək əmri verdi. Əmin Tərəkini qarşılamaq üçün 
aeroporta yollandığı zaman pusquda durmuş silahlılar tərəfindən 
qətlə yetirilməli idi. Lakin Əmin yeznəsi Yaqubun köməyi ilə bu 
planı pozdu, üstəlik Tərəkinin təyyarəsini bir saat Kabul səma-
sında gözlətdi. Nəhayət, eniş icazəsi alan təyyarəsindən enərkən, 
Tərəki Əmini qarşısında görüb çaşqın halda: «Siz də burdası-
nız?» – deyə soruşdu. Əmin: «Bəli, yoldaş Tərəki, mən də bur-
dayam» – deyib heç nə olmamış kimi ehtiramla onunla görüşdü 
[121].
Bu hadisədən sonra Tərəki-Əmin münasibətləri açıq şəkildə 
«kim-kimi» mərhələsinə daxil oldu. Öz gücünə arxayın olan 
Əmin faktiki olaraq, Tərəkini saymamağa, onun tələb və göstə-
rişlərini yerinə yetirməkdən boyun qaçırmağa və onunla kobud 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə