Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

- 38 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
«Pərçəm»çi sözünün yazılı  mətnlərdə və şifahi çıxışlarda istifa-
dəsi qadağan olunur, «Xəlq»çi sözünə isə geniş təfsir verilərək, 
işlənməsinə yaşıl işıq yandırılırdı. Qərarda deyilirdi: «Xəlq»çi 
sözü bizim partiyamızın – ƏXDP-nin xalqın, fəhlələrin inqilabi 
partiyası olduğunu ifadə edir. Xalqçı olmaq hər bir partiya üzvü 
üçün böyük şərəfdir» [87, 56]. 
Partiyadakı iki cinahın adına bu ikili münasibətin Karməl 
tərəfdarları arasında necə qarşılandığını şərh etməyə ehtiyac yox-
dur. Əslində bu, rəqib fraksiyanı partiya rəhbərliyindən sıxışdı-
rıb çıxarmaq niyyətinin açıq ifadəsi idi. Bu niyyət iyunun 10-da 
ƏXDP MK Siyasi Bürosunun partiya üzvlərinə ünvanladığı geniş 
məktubda da təcəssümünü tapmışdı.
Həmin məktubda partiya orqanlarına «şəriksiz, möhtərəm 
və sevimli rəhbər kimi Nur Məhəmməd Tərəki yoldaşın mənəvi 
nüfuzunu daha da möhkəmləndirmək və yüksəltmək» istiqamə-
tində iş aparmaq tapşırığı verilirdi. Bu isə partiya rəhbərliyində 
ikinci nüfuzlu şəxsin – Bəbrək Karməlin mövcudluğuna lüzum 
olmadığı anlamına gəlirdi.
Bütün bu hazırlıqlardan sonra Əmin «Pərçəm»çilərə həlledi-
ci zərbəni vurmaq qərarına gəldi. Siyasi Büronun iyunun 17-də 
keçirilən iclasında o, partiyada təfriqəçiliyə rəvac verdiyinə görə 
Karməlin və tərəfdarlarının hökumət rəhbərliyində iştirakının 
dözülməz olduğu barədə qızğın nitq söylədi. Karməl ona qarşı 
yönəlmiş ittihamlara və təhqirlərə dözməyib istefa verməyə hazır 
olduğunu bəyan etdi. Rəqibi, necə deyərlər, dilindən tutan  Əmin 
Karməli və məsləkdaşlarını səfir qismində xarici ölkələrə göndər-
mək təklifini irəli sürdü. Siyasi Büro bu təklifi cəmi bir səs çoxlu-
ğu ilə qəbul etdi.
Ölkə rəhbərliyində bu ciddi dəyişikliyə, şübhəsiz, Moskvadan 
müvafiq təlimatlar alan sovet müşavirləri də xeyir-dua vermiş-
dilər. Təsadüfi deyil ki, iyulun 5-də Əfqanıstanın Çexoslovakiya-
dakı səfiri təyin olunmuş Bəbrək Karməl ölkəni tərk etməzdən 


- 39 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
öncə Kabuldakı sovet səfiri A.M.Puzanovla görüşmək istəmiş, 
lakin rədd  cavabı almışdı.
Karməllə yanaşı, onun qardaşı, ƏXDP MK üzvü Mahmud 
Bəryaləy Pakistana, Nəcibulla – İrana, daxili işlər naziri Nur 
Əhməd Nur – ABŞ-a, Əbdülvəkil – Britaniyaya, A.Ratebzad isə 
Yuqoslaviyaya səfir göndərildi. İyul ayı ərzində onlar ölkəni tərk 
edib yeni təyinat yerinə yollandılar.
«Pərçəm» rəhbərliyinin nəinki hakimiyyətdən, hətta ölkədən 
uzaqlaşdırılması Əminə geniş səlahiyyətlər qazandırdı. Sultan Əli 
Keştməndin yazdığı kimi, «o, tədricən hakimiyyətin hər üç qa-
nadında – hökumətdə, partiyada və orduda hər şeyi əlinə aldı» 
[121]. Onun növbəti «vəzifəsi» «Pərçəm»in digər rəhbərlərini 
və tərəfdarlarını hakimiyyət orqanlarından təmizləmək idi. «Pər-
çəm»çilərin uğursuz çevriliş planı bu işdə ona yaxşı fürsət verdi. 
1978-ci ilin avqustunda «xalqa və vətənə xəyanət etmiş bir 
qrupun» çevriliş planının dövlət tərəfindən ifşa olunması barədə 
məlumat yayıldı. Elə həmin gün sentyabrın 4-nə – Ramazan bay-
ramı gününə nəzərdə tutulmuş çevrilişin əsas icraçısı – müdafiə 
naziri general Əbdülqadir və daha bir neçə yüksək rütbəli hərbçi 
həbs edildi. Araşdırma nəticəsində daha iki nazirin – planlaşdır-
ma naziri Sultan Əli Keştməndin və ictimai işlər naziri Məhəm-
məd Rəfinin çevrilişdə iştirakı müəyyən olundu və onlar da həb-
sə atıldı. Lakin hələ Bəbrək Karməlin çevrilişlə əlaqəsi barədə bir 
söz deyilmirdi.
Yalnız noyabrın 28-də – ƏXDP MK-nın plenumunda Bəbrək 
Karməlin və xaricdə olan digər «Pərçəm» rəhbərlərinin çevri-
lişlə birbaşa əlaqəsi Tərəkinin dilindən bəyan edildi. Bu bəyanat 
həbs edilmiş çevrilişçilərin etiraflarına əsaslanırdı. Onlar bildir-
mişdilər ki, çevriliş ərəfəsində Karməl birbaşa, yaxud İran və ya 
Pakistan ərazisindən keçməklə ölkəyə gəlməli və çevrilişə bilava-
sitə rəhbərlik etməli idi.
Plenum ərəfəsində Karməl və silahdaşları səfir vəzifəsindən 


- 40 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
azad olunmuşdular və onlardan ölkəyə qayıtmaq tələb edilmişdi. 
Lakin vətəndə onları nə gözlədiyini yaxşı bilən «Pərçəm» lider-
ləri xaricdə qalmağı üstün tutdular. 
Daxildə isə kütləvi həbslərə start verilmişdi. Çevrilişdə işti-
rakda şübhəli bilinərək təkcə Kabuldakı məşhur «Poli-Çərxi» 
zindanına salınanların sayı 3000 nəfərdən artıq idi və Karməl 
hakimiyyətə gələndə onların heç yarısı da sağ deyildi. Çevrili-
şin hazırlanmasında əsas fiqurlar kimi qiymətləndirilən general 
Əbdülqadir və S.Ə.Keştmənd barəsində edam hökmü çıxarıldı. 
M.Rəfi isə 20 illik həbsə məhkum edildi. Lakin sovet tərəfinin 
işə qarışması və təzyiqləri nəticəsində adı çəkilən şəxslər barədə 
edam hökmü dəyişdirildi, Rəfinin həbs müddəti isə azaldıldı – 
onlar hələ sovetlərə lazım olacaqdılar!
ƏXDP rəhbərliyinin başı daxili çəkişmə və didişmələrə elə 
qarışmışdı ki, silahlı müxalifətin təşkilatlanması və ilk çıxışlarını, 
eləcə də onlara aybaay güclənən xarici dəstəyi sanki görmürdü. 
Məsələn, 1979-cu ilin mart ayında ölkənin ən iri şəhərlərindən 
biri olan Heratda qiyam baş verərkən, Əmin «Pərçəm»çilərin 
növbəti çevriliş planının qarşısını almaqla, yeni kütləvi həbs-
lər və təmizləmələr həyata keçirməklə məşğul idi. Bir zamanlar 
ƏXDP-ni hakimiyyətə gətirmiş hərbçilər indi dəstə-dəstə zinda-
na salınır, yaxud ordudan uzaqlaşdırılırdı. Hakimiyyət hərisliyi 
«xalqçı» rəhbərlərin gözünü elə tutmuşdu ki, onlar ilk dövrlər-
dən fərqli olaraq xalqın dini hisslərinə hörmət naminə öz çıxışla-
rına «Bismillah»la başlamağı belə yaddan çıxarmışdılar. 
1979-cu ilin aprelində – inqilabın birinci ildönümü ərəfəsində 
artıq «Pərçəm»çilərin siyasi məhvi, demək olar, başa çatmışdı. 
İndi Əminin hakimiyyət uğrunda mübarizəsinin daha dramatik 
mərhələsi – «Xəlq»çilərarası mübarizə başlayırdı. Həmin ərəfə-
də Əmin «birinci nazir» – «lumrəy vəzir» (faktiki baş nazir) 
olmuş, hərbi və təhlükəsizlik strukturları üzərində tam nəzarətə 
yiyələnmişdi. O, durmadan hakimiyyət orqanlarına öz qohumla-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə