Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

- 41 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
rını və yaxın adamlarını yerləşdirir və bir növ həlledici məqama 
hazırlaşırdı. 
Ölkə isə addım-addım xaosa, dərəbəyliyə və vətəndaş müha-
ribəsinə sürüklənirdi. Kabuldakı kürsülər uğrunda çarpışan haki-
miyyət qruplaşmaları tədricən kəndlərə, şəhərlərə, əyalətlərə nə-
zarəti itirirdi. Həmin dövrdə ƏXDP hakimiyyəti tarixində  elə bir 
misilsiz hadisə baş verdi ki, onun hətta paytaxta nəzarət etdiyini 
də sual altına aldı: ABŞ-ın Əfqanıstandakı səfiri, necə deyərlər, 
günün günorta çağı, Kabulda girov götürüldü və sonra da öldü-
rüldü.
Hadisə belə olmuşdu: 1979-cu il fevralın 14-də ABŞ-ın Əfqa-
nıstandakı səfiri Adolf Dabs yaşadığı evdən səfirliyin binasına 
yollanarkən, dörd nəfər silahlı şəxs tərəfindən (onlardan biri po-
lis geyimində idi) girov götürüldü və şəhərin mərkəzindəki «Ka-
bul» mehmanxanasına aparıldı. Tezliklə onların sol təmayüllü 
Əfqanıstan Zəhmətkeşlərinin Fədailəri Təşkilatının (SƏFZA – 
Sazmane-fədaiyane-zəhmətkeşane-Əfğanestan) üzvləri olduğu 
bildirildi. Silahlılar ABŞ səfirinin sərbəst buraxılması müqabilin-
də SƏFZA-nın «Poli-Çərxi» zindanında saxlanan lideri Bəhrəd-
din Baisin azad olunmasını tələb edirdilər.
Təhlükəsizlik qüvvələri dərhal oteli mühasirəyə aldılar və heç 
kimə, o cümlədən, ABŞ səfirliyinin nümayəndələrinə terrorçu-
larla təmasa girmək imkanı vermədilər. Bir qədər sonra hökumət 
qüvvələrinə əməliyyata başlamaq əmri verildi və atışma zamanı 
terrorçularla birgə ABŞ səfiri də qətlə yetirildi.
Bu hadisə ilə bağlı Misbahzadənin mülahizələri maraq do-
ğurur: «ABŞ səfirini oğurlayanların kimliyi və onların bu işdə 
məqsədi indiyə qədər qəti şəkildə aydınlaşmasa və mübhəmlik 
haləsinə bürünsə də, bir şey şübhəsizdir ki, ABŞ səfiri Tərəki re-
jiminin təhlükəsizlik məmurları tərəfindən öldürülmüşdür. Ehti-
mal etmək olar ki, bu hadisə Kabul hökuməti tərəfindən rusların 
razılığı ilə təşkil edilmişdir; çünki rejimə müxalif qüvvələr belə bir 


- 42 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
addım atmaq istəsəydilər, gərək Tərəki rejiminə təsir etmək imka-
nı olan SSRİ-nin, yaxud SSRİ-yə yaxın bir ölkənin səfirini girov 
götürəydilər. Digər tərəfdən, Tərəki rejiminin və rusların Adolf 
Dabsın qətlinə laqeyd və soyuqqanlı münasibəti, ABŞ səfirliyi 
işlər vəkilinin məsələnin həllində iştirakına imkan verilməməsi, 
eləcə də Tərəki hökumətinin Amerikadan rəsmən üzr istəməməsi 
kimi faktlar rusların və onların əlaltılarının ABŞ səfirinin öldü-
rülməsində əli olduğuna və ya onlar tərəfindən dəstəkləndiyinə 
dəlalət edir» [115, 243].
İstənilən halda, bu hadisə həm ölkə daxilində, həm də bey-
nəlxalq aləmdə ƏXDP hakimiyyətinin nüfuzuna güclü zərbə 
vurdu, o cümlədən, narazı qüvvələrin daha da cəsarətlənməsinə 
səbəb oldu. Nəticə olaraq, müxtəlif əyalətlərdə hökumət əleyhinə 
silsilə qiyamlar baş verdi:
- 1979-cu il martın 12-də Səməngan vilayətindəki Dərəyi-Suf 
bölgəsinin əhalisi ayağa qalxaraq, hökumət orqanlarına hücum 
etdi;
- Martın 15-də ölkənin ən iri şəhərlərindən biri olan Heratda 
Tərəki hökumətini lərzəyə salan, hərbi hissənin ələ keçirilməsi, 
onlarla  zabitin, həmçinin sovet müşavirlərinin ölümü ilə nəti-
cələnən qiyam baş verdi;
- Aprelin 21-də Nəngərhar diviziyasının şəxsi heyəti Kabul 
hökumətinə qarşı çıxdı;
- Mayın 9-da  Logər vilayətində əhalinin hökumət əleyhinə 
çıxışları başlandı;
- İyunun 23-də paytaxt Kabulda mülki əhali, avqustun 15-də 
isə hərbçilər qiyam qaldırdı;
- Avqustun 22-də Əfqanıstan ordusunun ən yaxşı birləşmələ-
rindən biri sayılan Əsmar dağ-piyada polku hökumətə qarşı çıxdı 
və bütün silah-sursatı ilə birgə mücahidlərin tərəfinə keçdi [111, 
54-55].
Bütün bunlar ƏXDP hakimiyyətinin onsuz da zəif olan sosial 


- 43 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
dayaqlarının itirilməsi prosesindən xəbər verirdi. Xüsusən hərbi 
qulluqçuların – istər fərdlər, istər qruplar, istərsə də bütöv birləş-
mələr şəklində – düşmən cəbhəyə keçməsi hakimiyyət üçün çox 
təhlükəli bir tendensiya idi.
Qeyd etmək lazımdır ki, həmin tendensiya sonralar – sovet 
qoşunları Əfqanıstana girdikdən və Bəbrək Karməl hakimiyyətə 
gəldikdən sonra da davam edərək, daimi bir prosesə çevrilmişdi. 
Hərbi qulluqçuların silahını da götürərək, xidmət etdiyi hissəni 
tərk etməsi və mücahidlərə qoşulması adi bir hal olmuşdu. Xü-
susən hərbi əməliyyatlar zamanı əfqanlar əlverişli şəraitdən isti-
fadə edib hökumət ordusunun sıralarından uzaqlaşırdılar. Şəxsi 
müşahidələrimizə əsasən deyə bilərik ki, bir çox hallarda əfqan 
gəncləri məhz silah əldə etmək üçün orduya gəlir və fürsət düşən 
kimi, artıq müəyyən təlim görmüş və silahlanmış halda mücahid-
lərin tərəfinə keçirdilər. Digər tərəfdən, orduda müəyyən səlahiy-
yət sahibi olan və mücahidlərlə əlaqəli şəxslərin gizli silah-sursat 
ötürmələrini qeyd etmək lazımdır. Dəqiq uçotun aparılmadığı və 
hərbi təchizatın «silinməsi» üçün çoxsaylı variantların olduğu 
şəraitdə bu hal kifayət qədər geniş yayılmışdı.
Odur ki, ölkədəki hərbi müxalifəti lazımi silah-sursatla təkcə 
xarici havadarları deyil, nə qədər paradoksal görünsə də, həm də 
Əfqanıstan ordusunun özü təmin edirdi!
Hərbi müxalifətin tam formalaşması üçün insan resursları 
və maddi-texniki təchizatla yanaşı, zəruri olan ideoloji təminatı 
ƏXDP hakimiyyətinin yanlış addımları və siyasəti nəticəsində 
fəallaşmış, əhalinin geniş təbəqələrinə təsirini gücləndirmiş is-
lamçı təşkilatlar öz üzərinə götürdü. Din xadimlərinə özünün 
ideoloji düşməni, feodal və istismarçı təbəqənin müttəfiqi kimi 
baxan, onları «İxvan əş-şəyatin» («Şeytanların qardaşları») 
adlandıran ƏXDP rəhbərləri nüfuzlu ruhanilərə qarşı qanlı rep-
ressiyalardan çəkinmirdilər. Bunun ən bariz nümunəsi 1979-cu 
ilin yanvarında ölkədə böyük nüfuza malik olan Mücəddidi ru-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə