Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə10/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

- 32 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
sionerlərinin) vəzifə  təyinatında sovet müşavirlərinin rəy və zə-
manəti mühüm rol oynayırdı. Odur ki, «əfqan yoldaşlar» onların 
rəğbətini qazanmaq üçün hər vasitəyə əl atır, o cümlədən, onlara 
bahalı hədiyyələr («bəxşiş») verməkdən çəkinmirdilər. 
Qeyd edək ki, ƏDR hökuməti ölkədəki sovet müşavirləri-
nin sayı barədə danışmağı xoşlamırdı. Yalnız bir dəfə  Həfizulla 
Əmin baş nazir olduğu zaman mətbuat konfransında bu barədə 
məlumat verərək, bildirmişdi ki, ölkədə çalışan sovet müşavir və 
mütəxəssislərinin sayı 1000 nəfərdir və bunlardan 799-u mülki, 
201 nəfəri isə hərbi sahədə fəaliyyət göstərir. Şübhəsiz, bu rəqəm 
nə onda, nə də indi heç kəsə inandırıcı görünməmişdir. Belə ki, 
hələ Davud xan dövründə Əfqanıstandakı sovet müşavirlərinin 
sayı 3000 nəfər olmuş, ƏXDP hakimiyyətə gəldikdən sonra isə 
sürətlə artmışdır. Aprel inqilabından sonrakı ilk iki ildə onların 
sayının 4500-5000 nəfər olduğu təxmin edilir.
Məhz sovet müşavirlərinin  səyləri ilə Əfqanıstanda SSRİ-də 
mövcud olan təkpartiyalı sistem tətbiq olunurdu ki, bu da yeni 
hökumətin yol verdiyi digər bir ciddi səhv idi.
ƏXDP-nin hakimiyyəti monopoliyada saxlamaq, ölkədəki di-
gər siyasi qüvvələrlə əməkdaşlıqdan imtina etmək istəyi «Aprel 
inqilabı»ndan dərhal sonra özünü göstərdi. Belə ki, 1978-ci il 
mayın 6-da N.M.Tərəki yerli və xarici jurnalistlər üçün keçirdiyi 
mətbuat konfransında digər siyasi təşkilatlara münasibətlə bağlı 
sualı cavablandırarkən, demişdi: «Əgər onlar bizim proqramı-
mıza və bizim inqilabımıza qarşı çıxmasalar, onların fəaliyyət 
göstərməsinə imkan verə bilərik. Bu, bizim gələcək qərarlarımız-
dan asılı olacaq» [87, 15]. Beləliklə, ƏXDP proqramının qəbul 
edilməsi başqa siyasi qüvvələrin fəaliyyət imkanı qazanmasının 
ilkin şərti kimi irəli sürülürdü. 
Təqribən bir ay sonra İraq jurnalistinə müsahibə verən Tərə-
ki ölkədə demokratik qüvvələrin koalisiyasını qurmaq ideyasını 
rədd edərək, bunu belə əsaslandırdı ki, «digər siyasi təşkilatların 


- 33 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
heç biri Aprel inqilabına heç bir töhfə verməyib». Başqa sözlə, 
Tərəki «inqilabı biz etmişik, biz də ölkəni idarə edəcəyik» bəya-
natını vermiş oldu. Bu isə ölkənin demokratik və milli-vətənpər-
vər qüvvələrinin birləşməsi zərurəti barədə onun əvvəlki bəya-
natlarına daban-dabana zidd idi. Beləcə «ƏXDP siyasi özünütəc-
rid yoluna qədəm qoydu, lap başlanğıcdan cəmiyyətdəki sosial 
dayaqlarını məhdudlaşdırdı, ictimai həyatı demokratikləşdirmək 
niyyətlərinin səmimiyyətinə  şübhə yaratdı» [87, 15].
Həmin dövrdə cəmi 18 min üzvü olan (ölkə əhalisinin 0,1 %-i) 
ƏXDP təkbaşına hakimiyyət iddiası ilə hansı yükün altına girdiyi-
nin fərqində deyildi və çox keçmədən idarəetmədə ciddi çətinlik-
lərlə üzləşdi. Lazımi peşəkarlığa, həyat və idarəetmə təcrübəsinə 
malik olmayan «gənc inqilabçıların» dövlət orqanlarında rəhbər 
vəzifələrə təyin edilməsi acı nəticələrini çox da gözlətmədi. Bu da 
yeni rejimin əhali arasında qısa zamanda nüfuzdan düşməsinə, 
hakimiyyətə etimadın sürətlə azalmasına gətirib çıxardı. Eyni 
prosesin orduda və ümumiyyətlə, güc strukturlarında təkrarlan-
ması isə fəlakətli nəticələrə zəmin yaratdı.
Partiya və dövlət orqanlarının fəaliyyətindəki paralellik, par-
tiya funksionerlərinin hakimiyyət orqanlarının səlahiyyətlərinə 
yiyələnməsi (eynən SSRİ-də olduğu kimi!) ölkənin idarəetmə 
sistemini zəiflədir, bürokratik aparatın məsuliyyətsizliyinə, və-
zifədən sui-istifadə hallarına yol açırdı. Partiya nomenklaturası 
getdikcə daha çox hakimiyyəti əlində cəmləşdirir, imtiyazlı tə-
bəqəyə çevrilirdi. Bu da yeni hökumətin xalqın gözündən düş-
məsinə səbəb olur, bəyan edilən şüarların, verilən vədlərin həyata 
keçəcəyinə inamı heçə endirirdi.
ƏXDP rəhbərliyinin bütün risklərə və qorxulu perspektivlərə 
rəğmən, özündən müştəbehliyi və avtokratiyaya meyli səbəbsiz də 
deyildi. Onlar yerli qüvvələrlə əməkdaşlıqdansa, «Şurəvi»nin – 
SSRİ-nin yardımına və dəstəyinə güvənir, ən çətin anda SSRİ-nin 
onları köməksiz qoymayacağına inanırdılar. Bu kömək isə, necə 


- 34 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
deyərlər, bitib-tükənmək bilmirdi.
«Aprel çevrilişindən sonrakı bir neçə ay ərzində iqtisadi və 
texniki əməkdaşlığın genişlənməsinə dair 104 milyon dollar 
dəyərində otuza yaxın sovet-əfqan sazişi imzalanmışdı. 1978-
1979-cu illərdə Sovet İttifaqı Əfqanıstanda 60-dan çox müxtə-
lif obyektlərin tikintisinə yardım göstərirdi. Ölkəyə sovet hərbi 
yardımı da kəskin şəkildə artdı. 1978-ci ilin iyul ayında 250 mil-
yon dollarlıq silah göndərilməsi barədə saziş imzalandı. SSRİ-də 
əfqan kadrların hazırlanmasının miqyası da genişləndi: 1979-cu 
ildən başlayaraq, hər il 1500 nəfər əfqan gənci Sovet İttifaqına 
oxumağa göndərildi» [70, 407]. 
Əfqanıstanın digər sosialist ölkələri (Bolqarıstan, Almaniya 
Demokratik Respublikası, Çexoslovakiya, Polşa, Macarıstan, 
Monqolustan, Vyetnam, Kuba və s.) ilə də əlaqələri genişlənir-
di. Bunun əksinə olaraq, region ölkələri, yuxarıda işarə olunduğu 
kimi, Əfqanıstandakı yeni rejimə isti yanaşmırdılar. Bu soyuqluq 
tədricən düşmənçiliyə və Əfqanıstan müxalifətinin açıq şəkildə 
dəstəklənməsinə çevrildi. Belə ki, 1978-ci il mayın əvvəllərində 
ƏDR hökumətini rəsmən tanıyan Səudiyyə Ərəbistanı tezliklə 
onunla diplomatik əlaqələrini kəsdi. Ər-Riyad «aprel inqilabını» 
islama təhlükə olaraq dəyərləndirdi və elə bu mövqeyin nəticəsi 
olaraq, çox keçmədən silahlı əfqan müxalifətinin əsas sponsoru 
rolunda çıxış etməyə başladı.
Qonşu Pakistanla münasibətlər yeni rejim üçün həyati əhə-
miyyət kəsb edirdi, lakin bütün səylərə rəğmən bu münasibət-
ləri normallaşdırmaq mümkün olmadı. 1978-ci ilin sentyabrın-
da Pakistan prezidenti Ziyaül-Həqq Kabula rəsmi səfərə gəldi. 
Uğursuzluqla nəticələnən (ilk növbədə puştu problemi ilə əlaqə-
dar) bu səfərdən sonra rəsmi Pakistanın ƏDR hökumətinə qarşı 
mövqeyi daha da sərtləşdi. Çox keçmədən Ziyaül-Həqq bəyan 
etdi ki, Əfqanıstan bufer dövlət rolunu oynamaqdan vaz keçərək 
SSRİ-nin əlaltısına çevrilmişdir. Bu isə artıq güclənməkdə olan 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə