Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə6/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   2   3   4   5   6   7   8   9   ...   66

- 19 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
lər götürülür. Belə ki, birinci mərhələdə Davud xan SSRİ ilə sıx 
əməkdaşlıq siyasəti yürütdüyü halda, ikinci mərhələdə tədricən 
ondan uzaqlaşmaq və regiondakı müttəfiqləri (ilk növbədə İran 
və Səudiyyə Ərəbistanı) vasitəsilə Qərbə meyl etmək və bu əsas-
da Pakistanla münasibətləri normallaşdırmaq xəttini tutmuşdur.
Davud xanın xarici siyasət kursundakı dəyişiklik əslində onun 
daxili siyasətinə mütənasib şəkildə gerçəkləşirdi. Belə ki, artıq de-
yilənlərdən anlaşıldığı kimi, əgər hakimiyyətinin birinci mərhələ-
sində o, sol qüvvələrlə, ilk növbədə Bəbrək Karməlin rəhbərlik 
etdiyi “Pərçəm”lə yaxın əməkdaşlıq edirdisə, ikinci  mərhələdə 
mövcud siyasi qüvvələri küncə sıxışdıraraq, təkbaşına idarəçiliyə 
üstünlük verirdi. Ölkənin yeni Konstitusiyası da bunu qanuniləş-
dirmiş, dövlət başçısı kimi Davud xana hüdudsuz səlahiyyətlər 
vermişdi, ölkə parlamenti heç bir ciddi səlahiyyəti olmayan de-
korativ quruma çevrilmişdi. Başqa sözlə, özünün ikinci mərhələ-
sində Davud xanın hakimiyyəti hərbi-bürokratik diktaturaya çev-
rilməkdə idi.
Sosial-iqtisadi sferaya gəldikdə, qeyd etmək lazımdır ki, birinci 
mərhələdə hakimiyyətin atdığı addımlar bilavasitə cəmiyyətin zə-
ruri ehtiyaclarının ödənilməsinə, ictimai strukturdakı ziddiyyət-
lərin yumşaldılmasına yönəlmişdi; ikinci mərhələdə isə hökumət 
daha çox iri və təmtəraqlı layihələrə üstünlük verməyə başladı, 
bunun üçün də böyük maliyyə vəsaitləri lazım idi. SSRİ-nin ayır-
dığı kreditlər açıq-aşkar kifayət etmirdi, buna görə də Davud xan 
İran və Səudiyyə Ərəbistanı kimi ölkələrin təkliflərinə şirnikdi və 
bu təkliflərin arxasındakı siyasi məqsədlərə diqqət yetirmədi.
1970-ci illərin ortalarından etibarən Əfqanıstanın xarici si-
yasətində baş vermiş dəyişikliyi tədqiqatçılar müxtəlif cür izah 
etmişlər. Məsələn, əfqan alimi Sistani yazır: “Davud xanın ən 
məhrəm adamı olan qardaşı Sərdar Məhəmməd Nəim xan yü-
rütdüyü siyasətin təhlükəli nəticələri barədə ona xəbərdarlıq 
etdi, dəyişiklik və tarazlığın zəruriliyini vurğuladı. Davud xan da 


- 20 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
qardaşının məsləhətini məntiqi saydı və qərara aldı ki, öz xarici 
siyasətinə yenidən baxsın. O mənada ki, qonşuları İran və Pakis-
tanla əlaqələrini yaxşılaşdırsın və SSRİ-dən uzaqlaşıb ABŞ-a daha 
yaxın olsun” [124, 82].
Məhəmməd Nəim hökumətdə rəsmi vəzifə tutmasa da, Davud 
xana böyük təsir imkanlarına malik idi və beynəlxalq əlaqələrdə 
onun xüsusi nümayəndəsi kimi çıxış edirdi. Bu mənada baş ver-
miş dəyişiklikdə onun rolunu, əlbəttə, istisna etmək olmaz.
Məhəmməd Bağır Misbahzadə isə sözügedən dəyişikli-
yin bir sıra daxili və xarici səbəblərlə şərtləndiyini göstərir: 1) 
Əfqanıstan əhalisinin SSRİ-nin ölkəyə təsirinin artmasından 
və Davud xanın buna imkan verməsindən narazılığı; 2) Qər-
bin regiondakı müttəfiqlərinin hərtərəfli fəallığı və Davud xana 
təzyiqləri; 3) SSRİ-nin Əfqanıstanı özündən tam asılı vəziyyətə 
salmaq üçün siyasi və iqtisadi addımları; 4) Davudun rusların 
köməyi ilə ölkənin iqtisadi, sosial və siyasi problemlərini həll 
etməkdə uğursuzluğa düçar olması [115, 156-167].
Nəhayət, bununla bağlı, Əfqanıstan tarixinin tanınmış tədqiqat-
çısı, rus alimi V.Q.Korqun yazır: “Davudun xarici siyasətində cid-
di istiqamət dəyişikliyi baş verdi. SSRİ ilə əməkdaşlığı kəsmədən 
(seçdirmə bizimdir – M.M.) dövlət başçısı şah İranı və Fars körfəzi 
ölkələrinin mühafizəkar rejimləri ilə təmaslarını gücləndirdi. Son-
ralar o, İranın vəd etdiyi nəhəng maliyyə yardımına cavab olaraq, 
siyasi baxımdan Moskvadan məsafə saxlamağa başladı” [70, 385].
Görünən odur ki, Davud xan SSRİ-dən tamamilə uzaqlaşmaq 
yox, xarici siyasətdə balans yaratmaq və sovet asılılığından qur-
tarmaq istəyirdi. Bu işdə qeyd olunan ölkələrin, eləcə də Çinin 
göndərdiyi siqnallar mühüm rol oynamışdı. Lakin hadisələrin 
sonrakı inkişafı da göstərdi ki, SSRİ Əfqanıstandakı nüfuzunu 
heç kimlə bölüşmək fikrində deyildi.
Hər halda artıq 1975-ci ilin dekabrında SSRİ Ali Soveti Rə-
yasət Heyətinin sədri Nikolay Podqornının Kabula səfəri zama-


- 21 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
nı iki ölkənin münasibətlərindəki soyuqluq özünü açıq şəkildə 
göstərdi. Bu da Davud xanın digər ölkələrlə genişlənən əlaqələri-
nin bir növ təzahürü idi. Həmin prosesdə başlıca rolu, şübhəsiz, 
ABŞ-ın regiondakı mühüm müttəfiqi olan İran oynamışdı. Hələ 
1974-cü ilin aprel ayında Məhəmməd Nəim xan dövlət başçısı-
nın xüsusi nümayəndəsi kimi Tehrana səfər etmiş, şahla və digər 
rəsmilərlə müzakirələr aparmışdı. Səfərin nəticəsi olaraq, İran 
Davud rejiminə 40 milyon dollarlıq kredit ayırmışdı. Həmin ilin 
sentyabrında Səudiyyə Ərəbistanı Əfqanıstana 40 milyon dollar 
əvəzsiz yardım, 50 milyon dollar faizsiz borc verdiyini bəyan et-
mişdi. Eyni vaxtda İranın xarici işlər naziri Kabulda rəsmi səfərdə 
olmuşdu. Az sonra – noyabr ayında ABŞ-ın dövlət katibi Henri 
Kissincer Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndə 
heyəti ilə bərabər Kabula gəlmiş, Əfqanıstan hökumətinə iqti-
sadi-texniki yardım təklif etmişdi [10, 5]. Kissincer ikinci dəfə 
1976-cı ilin avqust ayında Əfqanıstana səfər etmişdi. Qeyd edək 
ki, ABŞ da Əfqanıstana 19 milyon dollarlıq əvəzsiz yardım ayır-
mışdı.
Əfqanıstanın xarici əlaqələrində Davud xanın İrana rəsmi 
səfəri bir növ dönüş nöqtəsi olmuşdu. 1975-ci ilin aprel ayında 
gerçəkləşmiş bu səfərdə İran şahı və baş naziri ilə aparılan da-
nışıqlardan sonra İran tərəfi Əfqanıstana inkişaf etməkdə olan 
ölkələrin tarixində görünməmiş məbləğdə – 2 milyard dollarlıq 
kredit ayırmağa hazır olduğunu bildirmişdi. Bu məbləğin 300 
milyon dolları yeddiillik planda nəzərdə tutulmuş layihələrə, 1,7 
milyardı isə Əfqanıstanın Herat, Kabul və Qəndəhar şəhərlərinin 
İran dəmir yollarına birləşdirilməsinə sərf ediləcəkdi. Əfqanısta-
nın dəmir yolu ilə İrandakı Bəndər-Abbas limanına çıxışı onun 
SSRİ ərazisindən tranzit asılılığını aradan qaldıracaqdı.
İran təkcə Əfqanıstana yardım etməklə kifayətlənməyib, artıq 
deyildiyi kimi,  onun Pakistanla münasibətlərinin normallaşma-
sında da fəal rol oynadı (Türkiyə ilə birgə). Davud xanla görüşdən 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə