Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə4/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   2   3   4   5   6   7   8   9   ...   66

- 13 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
rak ittihamı ilə həbs olundu. 1974-cü ilin avqustunda məhkəmə 
H. Rəhman barəsində ölüm hökmü çıxardı, bir nəfər ömürlük, 
doqquzu zabit olmaqla 10 nəfər müxtəlif müddətə həbs cəzasına 
məhkum edildi. Bu çevriliş cəhdinin özəlliyi ondan ibarət idi ki, 
həbs və ittiham olunanlar arasında hərbçilər və ziyalılarla yanaşı, 
din xadimləri, müxtəlif islamçı qruplaşmaların nümayəndələri də 
geniş şəkildə təmsil olunmuşdu. Elə onlar da Davud xanın növ-
bəti hədəfi idilər.
Hələ 1960-cı illərdə Əfqanıstan siyasi səhnəsində islam hərə-
katı («Nehzəte-islami») aydın görünürdü. «Müsəlman qardaş-
ları» («İxvan əl-müslimin») ideologiyasının güclü təsiri altında 
olan hərəkata Kabul universiteti ilahiyyat fakültəsinin dekanı, 
professor Qulam Məhəmməd Niyazi rəhbərlik edirdi. Onun 
başçılığı altında tələbələrin islamçı dərnəklərinin birləşməsi yolu 
ilə 1969-cu ildə «Müsəlman Gənclər Təşkilatı» yaradılmışdı. 
Sonralar Əfqanıstanda sovet işğalına qarşı cihadın Gülbəddin 
Hikmətyar, Bürhanəddin Rəbbani, Əhməd şah Məsud kimi ünlü 
nümayəndələri məhz bu təşkilatın sıralarından çıxmışdır. Çeşidli 
panislamist və fundamentalist qrupları ehtiva edən islamçı hərə-
kat özü də yekcins deyildi, onların içərisində radikallar və mötə-
dillər vardı, eyni zamanda onun hərbi qanadı fəaliyyət göstərirdi. 
İslamçılar iki cəbhədə – həm rejimə, həm də solçu-kommunist-
lərə qarşı mübarizə aparırdılar. Davud xanın hakimiyyəti dövrün-
də onlar elə bu iki qüvvənin hədəfinə tuş gəldilər. 
Qeyd edək ki, öz «milli inqilab» konsepsiyasında islama yer 
ayırsa da, Davud xanın atdığı bir sıra addımlar islamçı kəsimi 
daha da qızışdırır və radikallaşdırırdı. Belə ki, ölkənin yeni ger-
bində əvvəlkindən fərqli olaraq islami rəmzlər yer almamış, radi-
oda azan verilməsinə və dini verilişlərə məhdudiyyət qoyulmuş, 
Həcc mərasiminə gedənlərin sayı ildə 17 min nəfərdən 4 min 
nəfərə qədər azaldılmış, dini məzmunlu «Şəriyyat» jurnalı bağ-
lanmışdı [115, 148-150].


- 14 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
1974-cü ilin iyul ayında hökumət əleyhinə çıxışa hazırlaşan 
islamçıların planının üstü açıldı, 300-ə yaxın adam həbs olundu. 
Tutulanlar arasında «Müsəlman gənclərin» liderlərindən Həbi-
bürrəhman və Nüsrətyar, eləcə də professor Q.M.Niyazi vardı. 
Gənclərdən birincisi ölüm hökmünə, digəri isə ömürlük həbsə 
məhkum edildi. Niyazi də həbsxanaya atıldı və sonralar – 1979-
cu ildə ƏXDP hakimiyyəti dövründə qətlə yetirildi.
Bu hadisədən sonra repressiyaların güclənməsi islamçı hərə-
katın Hikmətyar və Rəbbani kimi fəallarını Pakistana qaçmağa 
sövq etdi. Orada onlar Pakistan hökuməti və fundamentalist 
qurumlardan («Cəmaəti-islami») böyük dəstək görərək, təşki-
latlanmağa və rejimə qarşı silahlı mübarizəyə hazırlaşmağa baş-
ladılar. 1975-ci ilin iyul ayında «Müsəlman gənclər» Əfqanısta-
nın bir neçə vilayətində (əsasən şimal vilayətlərində, o cümlədən 
Əhməd şah Məsudun rəhbərliyi ilə Pəncşirdə) hökumətə qarşı 
qiyam qaldırdılar. Lakin hakimiyyət qüvvələri qarşısında tab gə-
tirməyib məğlub oldular: bir çoxları həlak oldu, xeyli adam Pa-
kistana qaçdı, 100-dən çox islamçı həbs edilərək mühakimə olun-
du. Bu hadisədən sonra «Müsəlman Gənclər Təşkilatı» faktiki 
olaraq, öz ömrünü başa vurdu və onun Pakistanda məskunlaş-
mış liderləri yeni siyasi partiya və cəmiyyətlər yaratmaqla, daha 
mütəşəkkil mübarizəyə hazırlaşmağa başladılar.
İslamçılarla eyni vaxtda sol-radikal və millətçi (əsasən milli az-
lıqları – tacikləri, həzarələri təmsil edən) qruplaşmalar da silahlı 
qiyam qaldırmışdılar. Onlar hələ 1975-ci ilin may ayında Saləng 
aşırımı rayonunda birgə mübarizə haqqında protokol imzalamış 
və Davud xan rejimini «faşist-diktator hökuməti» adlandırmış-
dılar. Həmin tədbirdə maoçu «Şöleyi-cavid» («Əbədi şölə») 
təşkilatının təmsilçiləri, Tahir Bədəxşinin rəhbərlik etdiyi «Əfqa-
nıstan Zəhmətkeşlərinin İnqilabı Təşkilatı» (SAZA), «Milli 
zülm» («Setəme-milli») qrupu (sonralar SƏFZA – «Əfqanıs-
tan Zəhmətkeşlərinin Fədailəri Təşkilatı») və Əbdülməcid Kələ-


- 15 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
kaninin dərnəyi iştirak etmişdi. Bəzi məlumatlara görə, radikal 
solçularla islamçılar arasında eyni vaxtda qiyam qaldırmaq barə-
də razılaşma əldə olunmuşdu. Lakin onlar da hökumət qüvvələri 
tərəfindən darmadağın edilmiş, «Milli zülm» təşkilatının rəhbə-
ri Bəhrəddin Bais həbs olunmuş, «Şöleyi-cavid»in liderlərindən 
Əbdürrəhim Mahmudi edam edilmişdi [70, 381; 89, 160].
1976-cı ilin dekabrında islamçıların yaxından iştirakı ilə ge-
neral Mir Əhməd şah Rizvaninin çevriliş cəhdi də uğursuzluqla 
nəticələndi. Çevrilişçilər Əfqanıstanda teokratik dövlət qurmaq, 
ölkəyə ruhanilər tərəfindən seçilən «mömin prezidentin» rəh-
bərlik etməsinə nail olmaq istəyirdilər.
Davud rejiminə qarşı bütün bu çevriliş və qiyam cəhdlərinin 
uğursuzluqla nəticələnməsinin başlıca səbəbi, şübhəsiz, onun ge-
niş xalq kütlələri tərəfindən dəstəklənməsi idi. Bu dəstək onun 
hakimiyyətə gəlişinin elə ilk günlərindən özünü parlaq şəkildə 
göstərmişdi. Əlbəttə, burada rejimin ƏXDP, ilk növbədə «Pər-
çəm» və dolayısı ilə Sovet İttifaqı tərəfindən müdafiə olunması-
nın öz payı vardı. Lakin növbə ƏXDP-yə də çatdı.
1976-cı ilədək Davud xan «Pərçəm»dən olan nazirləri vəzifə-
dən uzaqlaşdırdı, 1977-ci ildə yeni kabinet formalaşdırılarkən, 
Həsən Şərq də hökumətdən kənarda qaldı. Sabiq «Pərçəm»çi 
nazirlərin bəziləri səfir qismində fəxri sürgünə göndərildi. ƏXDP 
üzvləri və tərəfdarları tədricən müxtəlif hökumət orqanların-
dan uzaqlaşdırıldı. Davud xan öz çıxışlarında ƏXDP-yə işarə ilə 
«idxal olunmuş ideologiyaların» ölkəyə ziyan vurduğunu bəyan 
edirdi. Həmin prosesdən bəhs edən «Pərçəm» liderlərindən 
biri (sonralar ƏXDP hakimiyyəti dövründə baş nazir olmuş) 
Sultan Əli Keştmənd yazırdı: «Davud bizim yoldaşları vəzifə-
dən çıxardıqdan sonra partiyamızın fəaliyyətini dayandırması ilə 
bağlı bizə bir məktub göndərdi. Həmin məktubda bizim fəaliy-
yətimizə daha dözə bilməyəcəyini vurğulayaraq, sərt xəbərdarlıq 
etmişdi. Məktubu oxuyan kimi sədrimiz fövqəladə iclas çağırdı. 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə